Ölkəmizin bütün bölgələrində canlanma və inkişaf var
16.08.2011 [01:06]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Siyəzən şəhərinin mərkəzində salınmış Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə Heydər Parkında görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev prospektində yerləşən bu park 2010-cu ildə istifadəyə verilib. Bir hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, yaraşıqlı fəvvarə kompleksi, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bildirilib ki, parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, ölkəmizin hər yerində olduğu kimi, Siyəzən sakinləri də Ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünya miqyasında tanınan siyasi xadim Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, nizami ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilib.
Qeyd olunub ki, tikintisinə 2008-ci ildə başlanılan mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Binanın ümumi sahəsi 600 kvadratmetrdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və respublikamızın regionlarında keçirdiyi görüşləri əks etdirən 12 fotoguşə yaradılıb. 300 kvadratmetr sahəsi olan birinci mərtəbədə Ulu öndərin büstü qoyulub. Burada kompyuterlərlə təchiz olunan xarici dil dərnəyi, konfrans zalı və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir. Mərkəzdə şagirdlər üçün Azərbaycan ədəbiyyatını və zəngin tariximizi dərindən öyrənmək üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində müxtəlif xarici dillərdə ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən nəşrlərə də geniş yer verilib. Mərkəzin ikinci mərtəbəsində rəsm, xalçaçılıq dərnəkləri fəaliyyət göstərəcək. Burada virtual sinif otağı da yaradılıb. Mərkəzin qonaqları bu virtual sinif otağının imkanlarından istifadə etməklə Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış ola biləcəklər.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Siyəzən şəhərinin yeni giriş hissəsi, Bayraq Meydanı və gənclər mərkəzinin eskiz layihəsini əks etdirən stendlərə baxıb. Dövlətimizin başçısı gələcəkdə həyətlərin abadlaşdırılmasını və mövcud ticarət obyektlərinin fasadlarının üzlənməsini əks etdirən stendlərlə də tanış olub.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Siyəzən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyəti dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, son bir neçə ildə Siyəzəndə çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilib. Həmin binalar şəhərin simasına yaraşıq verməklə yanaşı, əhalinin rahatlığına da xidmət edir. Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni binası da bu sırada xüsusi yer tutur. 1990-cı ildə siyəzənli uşaqların istifadəsinə verilən məktəb incəsənətin müxtəlif növləri üzrə beynəlxalq müsabiqələrin bir çox qalib və mükafatçılarını yetişdirib. Əvvəllər başqa ünvanda yerləşən və baxımsız vəziyyətdə olan incəsənət ocağı indi yeni məkana köçüb.
Məktəbin foyesindəki stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunur. Burada, həmçinin, ölkəmizin müxtəlif bölgələrində istifadəyə verilən yeni uşaq gənclər mərkəzlərinin açılışlarından fotoşəkillər də yer alıb.
Dövlətimizin başçısına məlumat verilib ki, tikinti zamanı məktəbin həyəti abadlaşdırılıb, 4,8 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Ən müasir tələblər səviyyəsində tikilmiş məktəbin dəhlizlərində Azərbaycanın və xarici ölkələrin tanınmış musiqiçilərinin və bəstəkarlarının portretləri asılıb. Binada nəzəriyyə, xalq çalğı alətləri, fortepiano alətləri şöbələri fəaliyyət göstərir. Bundan başqa, 18 sinif otağı, festivalların, müsabiqələrin və konsertlərin keçirilməsi üçün zal və yeməkxana da var. Məktəbdə muğam, tar, kamança, fortepiano, qarmon, nağara, klarnet, xor, təsviri incəsənət və rəssamlıq bölmələri fəaliyyət göstərir.
Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinləyib. Bildirilib ki, 52 müəllimin işlədiyi məktəbdə Siyəzən şəhərindən və ətraf kəndlərindən 247 uşaq müxtəlif bölmələrdə təhsil alır. Son illərdə məktəbin yetirmələri Rusiya, Belarus, çexiya və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivalları və rəsm müsabiqələrinin laureatları olub və fəxri fərmanlara layiq görülüblər.
Dövlətimizin başçısı məktəbin müəllimlərinə və şagirdlərə uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin yerləşdiyi meydanda geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev Şabran şəhərində inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Şabran rayonunun inkişafı daim ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində diqqət mərkəzində olub. ümummilli liderin diqqət və qayğısını Şabran rayonunun ictimaiyyəti hər zaman ehtiramla yad edirlər. Ulu öndərin xatirəsinin rayonda əbədiləşdirilməsi üçün tədbirlər görülür.
Şabran şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də Ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş, zəngin tarixə malik Şabran qədim yaşayış məskənlərimizdən biridir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızın əvvəllərində yaşayış məskəni olduğunu müəyyən ediblər.
Məlumat verilib ki, muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydəki eksponatlar arasında Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları yer alıb.
Dövlətimizin başçısı muzeyin girişində quraşdırılan fotostendlərə baxıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3 min 572 eksponat nümayiş olunur.
Prezident İlham Əliyev Şabranın ilkin orta əsrlərdə maketinə baxıb.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan və təmir edilən Şabran Mədəniyyət Sarayı ilə tanış olub.
Prezident İlham Əliyev sarayın foyesində yaradılan fotoguşələrlə tanış olub.
Dövlətimizin başçısı əvvəlcə Mədəniyyət Sarayının zalı ilə tanış olub.
Prezident İlham Əliyev Şabranın “Xınayaxdı” folklor kollektivinin ifasında ədəbi-bədii kompozisiyaya tamaşa edib.
Mədəniyyət Sarayı ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
Prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanışlıqdan sonra yaxınlıqdakı Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında olub.
Bildirilib ki, Məmmədağa Nəzirov İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə tarixi töhfələrini verən qəhrəman Vətən övladlarından biridir. Böyük Vətən müharibəsində faşistlərə qarşı rəşadətlə döyüşən igid partizan Məmmədağa Nəzirovun xatirəsi bu gün də şabranlılar tərəfindən ehtiramla anılır.
Qeyd olunub ki, parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. ümumi sahəsi 0,7 hektara yaxın olan istirahət guşəsində yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb.
Sonra dövlətimizin başçısı parkın yaxınlığında inşa edilən bulaq kompleksinə baxıb. Bildirilib ki, müasir üslubda inşa edilən bu kompleksdən şəhər əhalisi şollar suyu alır. Bu bulağın inşası həm də şəhər sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımlardan biridir.
Prezident İlham Əliyev “Şabran ilkin orta əsrlərdə” adlı fotostendlə də tanış olub. Respublikamızın digər bölgələri kimi, Şabran da qədim tarixi abidələri ilə tanınır. Rayon ərazisində ilkin orta əsrlərə aid çox sayda tarixi abidələr qorunub saxlanılır. Bölgənin bu cür abidələrlə zəngin olması bu gün müasir səviyyədə inkişaf edən Şabranın qədim tarixindən xəbər verir. Heç şübhəsiz ki, bu fakt həm də rayona əlavə turist axınının artmasına səbəb olan başlıca meyarlardan biri kimi səciyyələndirilir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında da iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzin kitab fondu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada 5 mindən artıq latın qrafikalı ədəbiyyat toplanıb. Bunlardan da 500-ə yaxını uşaq ədəbiyyatıdır.
Qeyd olunub ki, Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da ən müasir standartlara cavab verir. Elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb. Sistemin yaddaşına 707 adda 35 minədək kitab, dövri mətbuat, qəzet və jurnallar daxil edilib. Dövri mətbuatın elektron kartotekası yaradılıb. Burada oxuculara onlayn xidmət də göstərilir. Bildirilib ki, sistem vasitəsilə dövlətimizin başçısının imzaladığı Sərəncam, Fərman və qanunların tam mətnindən ibarət baza yaradılıb. Ayrıca linkdə klassik və müasir əsərlərin, həmçinin uşaq ədəbiyyatına dair bir çox əsərlərin tam mətni oxucuların istifadəsinə verilib. Bir sözlə, yeniyetmələrin rahat istifadəsi üçün burada hər cür şərait yaradılıb. Mərkəzin ətrafındakı parklar yenidən qurulub, uşaqların və sakinlərin istirahəti üçün şərait daha da yaxşılaşdırılıb.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.
Prezident İlham Əliyev, həmçinin, Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verib ki, bu gün ölkəmizdə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. ölkəmizdə bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Bütün bunlar dövlətin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının rəmzi açılışını bildirən lenti kəsib.
Şabran Rayon Mərkəzi Xəstəxanası ilə ta
nışlıqdan sonra dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri və tibb işçiləri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Şabran rayonunda 10,7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalı ilə tanış olub. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və tikinti işlərini həyata keçirən “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Əfəndi İsmiyev dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər.
Prezident İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsini istismara verən düyməni basıb.
Dövlətimizin başçısına kanalın Dövlət Neft Fondunun vəsaiti hesabına tikilən 20,75 kilometrlik ikinci hissəsi barədə də məlumat verilib.
Prezident İlham Əliyev melioratorları və inşaatçıları Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin istifadəyə verilməsi münasibətilə təbrik edib.
Sonra xatirə şəkli çəkdirilib.
Dövlətimizin başçısına Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsi çərçivəsində görülən işlərlə əlaqədar bölgədə aqrar sektorun inkişafı üçün yaranan əlavə imkanlar barədə məlumat verilib.
Vəlvələçay-Taxtakörpü kanalının istismara verilən birinci mərhələsi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olub.
Bildirilib ki, dövlətimizin başçısının 2007-ci ildə təməlqoyma mərasimində iştirak etdiyi bu hidrotexniki qurğu Azərbaycanda reallaşdırılan layihələrin müasirliyinin və mükəmməlliyinin təsdiqinə sübutdur.
Bəndin tunel hissəsi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, bənddə qapısız sutullayıcı və suqəbuledici qurğuları, enerji tuneli, su elektrik stansiyasının tikintisi və burada ümumi gücü 25 meqavat təşkil edəcək 3 turbinin quraşdırılması nəzərdə tutulub.
Sonra dövlətimizin başçısı Taxtakörpü-Ceyranbatan kanalının tikintisində işlərin gedişi ilə tanış olub. Məlumat verilib ki, bu kanalın tikintisində məqsəd mövcud nasos stansiyalarını ləğv etməklə saniyədə 40 kubmetr suyu öz axını ilə Ceyranbatan Su Anbarına çatdırmaqdır.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən kompleks işlərlə tanış olan Prezident İlham Əliyev tapşırıqlarını verib, melioratorlara və inşaatçılara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

