Ölkə vətəndaşlarının pul gəlirləri, əməkhaqqı və pensiyaları artmaqda davam edir
24.08.2011 [11:03]
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı əhalinin gəlirlərinin artmasına öz mühüm təsirlərini göstərməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib. ölkə vətəndaşlarının bütün təbəqələri əlavə sosial qayğılarla əhatə olunub, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilib. 2011-ci ilin ötən dövrü ərzində əhalinin rifah halı daha da yaxşılaşıb. Cari ilin ötən 7 ayı ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşması müşahidə olunub.
2011-ci ilin yanvar-iyul ayları ərzində əhalinin gəlirləri 16,3 milyard manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artım deməkdir. Qeyd olunan dövrdə hər nəfərə düşən gəlirlərin məbləği 15,8 faiz artaraq orta hesabla ayda 258,6 manat (340 dollar) olub. Eyni zamanda, ilin əvvəlindən indiyədək əhalinin real gəlirlərinin məbləği 1810,2 manat təşkil edib. Gəlirlərin 66,3 faizi istehlak xərclərinə yönəldilib, 8 faizi vergilərin payına düşüb. Bununla belə, vətəndaşların istehlak xərclərindən əlavə 23,9 faiz əlavə vəsaitləri qalıb ki, onlar bunu əmanətlərin və kapitalın artırılması məqsədilə istifadə ediblər.
Hesabat dövründə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövründəki səviyyəni 32,8 manat və ya 10,3 faiz üstələyərək 352,7 manat (330 dollar) təşkil edib. Bu dövrdə pensiyaçıların orta aylıq pensiyası daha çox artıma məruz qalıb. Sosial Müdafiə Fondu sistemində 1280 min nəfər pensiyaçının aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 115 manata çatıb. Amma əmək pensiyaçılarının pensiyalarına əlavələrin olunmasından sonra 1 milyon nəfər əmək pensiyaçısının pensiyası 40 faiz artıb. Bu, dünya üzrə ən yüksək göstərici sayıla bilər. Prezident İlham Əliyev pensiya islahatlarını təqdir edərək bildirib ki, ölkəmiz dünya miqyasında ən mükəmməl sosial siyasət aparır: “Azərbaycanda sosial məsələlərin həlli və xüsusilə pensiya islahatı ona gətirib çıxarıb ki, pensiyanın həcmi orta əməkhaqqının 40 faizini təşkil edir. Hesab edirəm ki, bu, MDB məkanında necə deyərlər, ən birinci göstəricidir və dünya miqyasında da biz inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşırıq”.
ümumiyyətlə, ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son 10 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu tendensiya daha çox əməkhaqqı və pensiyaların artım dinamikasında hiss olunur. Belə ki, 2001-2010-cu illər ərzində ölkə əhalisinin məcmu gəlirləri 4,3 milyard manatdan 26 milyard manata qədər artıb. Bu, 6 dəfədən çox artım deməkdir. Orta pensiya və aylıq əməkhaqları isə 4 dəfədən çox artıb. Göründüyü kimi, əhalinin gəlirləri,aylıq əməkhaqqı və pensiya üzrə artım templəri dinamik xarakter daşıyır. Bu faktor makroiqtisadi sabitlik, sosial inkişaf baxımından mühüm nəticələr kimi səciyyələndirilə bilər.
Əhalinin gəlirlərinin artmasını və məntiqi nəticəsi kimi onun həyat səviyyəsinin yüksəlməsini ticarət şəbəkəsindən daha çox əmtəə alınması və xidmətlərdən daha geniş istifadə edilməsi sübut edir. ötən 7 ay ərzində ticarət dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi isə 8,1 faiz artaraq müvafiq olaraq 8,9 və 2,7 milyard manat təşkil edib. Yəni, əhalinin gəlirlərinin artımı və sosial imkanlarının yaxşılaşması onların istehlak bazarından daha çox mal və xidmətlərə pul xərcləməsinə səbəb olub, nəticədə ümumi ticarət sferasında aktivlik artıb.
Bundan başqa qeyd etdiyimiz kimi, ölkə vətəndaşlarının ötən 7 ay ərzində istehlak xərclərinə sərf etdiyi vəsaitlərdən əlavə olaraq 23,9 faiz, yəni 60 manat həcmində pulları qalıb ki, onlar bunu əmanətlərin və kapitalın artırılmasına yönəldiblər. Yəni, vətəndaşlar aylıq 60 manat əlavə pul vəsaitlərini banka qoyublar. Bu isə onların ay ərzində sosial vəziyyətlərinin yaxşılaşmasının göstəricisi sayıla bilər. Məhz bunun nəticəsidir ki, son 7 ayda əhalinin banklardakı əmanətlərinin məbləği ötən illə müqayisədə 34, 7 faiz artaraq 3,5 milyard manata çatıb. Bu, çox böyük göstərici sayıla bilər və ümumi əmanət bazarının inkişafına stimul verəcək faktordur.
Göründüyü kimi, sosial siyasətin uğurla həyata keçirilməsi insanların aylıq gəlirlərinin, əməkhaqlarının artmasına öz mühüm təsirlərini göstərməkdədir. Prezident İlham Əliyev bildirib ki, hökumət həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət verir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını bildirib: “Bizim siyasətimiz çox açıqdır. Həm xarici siyasət, həm daxili siyasət, iqtisadi və sosial məsələlərlə bağlı olan siyasətimiz bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, bölgədəki mövqeləri daha da möhkəm olsun, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bizim bütün iqtisadi göstəricilərimiz gördüyümüz işlərin bariz nümunəsidir”.
2011-ci ilin son aylarında və qarşıdakı illərə dair sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, respublikamızın makroiqtisadi inkişafı daha da sürətlənəcək. ölkənin maliyyə imkanları yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığı və nəzərdə tutulan digər hədəflərə tam çatmağa imkan verəcək. Minimum əməkhaqqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siyasətin əsas məqsədləri olacaq. Bu tədbirlər isə ümumilikdə insanların aylıq gəlirlərinin və orta aylıq əməkhaqqının məbləğinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52

