Azərbaycan iqtisadiyyatına son 7 ayda 4 milyard dollar xarici investisiya yatırılıb
26.08.2011 [09:53]
Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti xarici sərmayəçilərin fəaliyyətinin genişlənməsinə və yeni sahələrə investisiya qoymasına səbəb olub. 2011-ci ilin əvvəllərindən başlayaraq respublikamızın iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi artıb və son 7 ayda bu sahədə dinamika daha da sürətlənib. Yanvar-iyul aylarında ölkə iqtisadiyyatına 4 milyard dollardan artıq xarici investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Xarici sərmayələrin təxminən 1,9 milyard dolları, yəni 45 faizi neft sektoruna, digər hissəsi isə qeyri-neft sektoruna və digər bölmələrə yönəldilib.
ümumiyyətlə, xarici sərmayələrin artım tendensiyası son illər daha çox nəzərə çarpır və hər il bu sahədə təxminən 25-40 faiz civarında artım qeydə alınır. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatına yönələn ümumi sərmayə portfelində xarici dövlətlərin aparıcı şirkətlərinin və səhmdarlarının da əhatəsi genişlənir. Yəni, ənənəvi sərmayəçilərlə yanaşı, yeni investorların da iqtisadi bölmələrə kapital qoyuluşları müşahidə olunur. Bura Amerika və Avropanın aparıcı dövlətləri ilə yanaşı, orta inkişaf etmiş ölkələrinin potensial sərmayəçiləri, eləcə də, Asiyanın nüfuzlu holdinqləri daxildir. 2010-cu ildə və 2011-ci ilin ötən ayları ərzində sərmayə proqramlarına yeni sahələrin də daxil olması Azərbaycan iqtisadiyyatının cəlbedici olduğunu göstərir.
Hazırda respublikamızın iqtisadiyyatına yönəldilən xarici sərmayələrdə əsas yeri Avropa ölkələri tutur. Məsələn, xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yönəldilmiş sərmayələrin böyük bir qismi Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Koreya və Fransa investorlarına məxsus olub. Yanvar-iyul ayları ərzində Azərbaycanda əsas kapitalına yönəldilmiş investisiyalar üzrə ölkələrin siyahısına isə Böyük Britaniya başçılıq edir. Son bir ildə Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 40 faizdən çox artıb.
ölkəmizə ən çox sərmayə qoyan ölkələrin siyahısında ikinci yerdə ABŞ qərarlaşıb. ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi son bir ildə 400 milyon dollardan çox olub. Eləcə də, ölkəmizdə əsas sərmayə yatıran dövlətlərdən biri kimi Yaponiyanın da investorları fəallıq nümayiş etdirirlər. Yaponlar tərəfindən Azərbaycanın əsas kapitalına ötən il təxminən 200 milyon dollar, bu ilin ilk yarısında isə 100 milyon dollardan çox sərmayə yönəldilib. Sərmayə portfelində Norveç və Türkiyənin də payı artmağa doğru gedir. Hər iki ölkə 100 milyon dollara yaxın kapital qoyuluşları ilə diqqəti cəlb edir. Bundan başqa, Cənubi Koreya, Fransa, çin, çexiya, Səudiyyə Ərəbistanı, Küveyt də ölkəmizə yatırdıqları sərmayələrin həcmini artırıb.
Azərbaycan iqtisadiyyatına yönələn kapital axınları ölkəmizin investisiya mühitinin əlverişliliyi və cəlbediciliyi ilə sıx bağlıdır. Hökumət tərəfindən həyata keçirilən “açıq qapı” siyasəti respublikamızın dünya dövlətlərinin sərmayə qoyuluşlarına dair renkinqində mövqeyinin möhkəmlənməsinə səbəb olub. ötən müddətdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında” qanunların icrası, eləcə də, Azərbaycanla bir sıra xarici dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin qüvvəyə minməsi xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların ölkəmizə olan marağının daha da artmasına əsaslı zəmin yaradıb.
Respublikamıza olan dərin inam əcnəbi iş adamlarının neft sektoru ilə yanaşı, qeyri-neft bölmələrinə milyardlarla dollar sərmayə qoymasına səbəb olub. Son 20 ildə isə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcmi 100 milyard dollara çatıb. Bölgədə yerləşən heç bir ölkəyə bu həcmdə sərmayə yönəldilməsi mümkün olmayıb. Təbii ki, respublikamıza olan inam və etibar sərmayəçilərin iri layihələrdə iştirak etməsinə marağını artırmış olur. Prezident İlham Əliyev bildirib ki, bunun başlıca səbəbi Azərbaycanda çox müsbət sərmayə mühitinin təmin edilməsidir. ümumiyyətlə, ölkədə bütün investorlar üçün azad və şəffaf rəqabət şəraitinin təmin edilməsi Azərbaycan hökumətinin başlıca prioritetlərindən biridir. Son illərdə biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər ölkədə həyata keçirilən iqtisadi islahatların və davamlı siyasətin əsas istiqamətlərindən birinə çevrilib.
Xarici investisiyaların həcminin və əcnəbi sərmayəçilərin ölkəmizə marağının artmasına davamlı sabitlik və dinamik inkişaf amili də mühüm təsir göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın uğurlu iqtisadi inkişafı, əlbəttə ki, potensial investorlara da çox böyük siqnaldır və əgər belə olmasaydı, investorlar başqa yerlərdə işlər görərdilər. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi, vətəndaş birliyi də bütün bu işlərə təkan verir: “Biz bu gün də xarici sərmayələrin cəlb edilməsinə çalışırıq. Azərbaycan birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında ənənəvi olaraq birinci sıralardadır. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan çox vəsait qoyulmuşdur. Onun əksəriyyəti daxili sərmayələrdir, ancaq xarici sərmayələr də mühüm yer tutur. Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə qorunur, o cümlədən, qanunvericilik bunu təmin edir”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32

