Bakıda "Hilton Baku" otel kompleksinin açılışı olub
04.10.2011 [10:34]
Dünən Bakının mərkəzində yerləşən “Hilton Baku” otel kompleksinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, son illər Azərbaycana turist axınının sürətli artımı müşahidə olunmaqdadır. 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması bu sahənin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıb. Müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxana komplekslərinin inşası geniş vüsət alıb. “Hilton” otellər şəbəkəsi və onun sahibi “Hilton Worldwide” şirkəti 92 ildir biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları təklif edir. özünün qlobal brendləri vasitəsilə qonaqlar yüksək xidmət ənənəsini davam etdirən “Hilton Worldwide” şirkətinin brendləri 84 ölkədə 3750 mehmanxanadan və 615 min otaqdan ibarətdir. Azərbaycanın paytaxtında inşa olunan “Hilton Baku” oteli də şirkətin xidmət sahəsində daha bir nailiyyətidir. Heydər Əliyev Beynəlxalq Aeroportundan 24 kilometr məsafədə yerləşən “Hilton Baku” otel kompleksi müasir dizaynı ilə seçilir. Otelin inşasında beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ərazi ilə tanış olublar.
Bildirilib ki, hər növ yüksək xidmətin göstəriləcəyi otel kompleksi paytaxtın müasir görkəminə uyğunlaşdırılıb. “Hilton Baku” otel kompleksi “İSR Kapital Menecment” MMC və “Hilton Worldwide” şirkətləri arasında 2007-ci ildə imzalanan müqavilə əsasında inşa olunub. Türkiyənin “Koray İnşaat” şirkəti tərəfindən inşa edilən otelin tikintisində 700 işçi çalışıb. 25 mərtəbədən ibarət olan oteldə ümumilikdə 309 otaq var. Oteldə Finlandiya istehsalı olan beş müasir lift quraşdırılıb. Mehmanxananın birinci mərtəbəsində qeydiyyat mərkəzi və qonaqların istirahəti üçün rahatlığı ilə seçilən gözləmə otağı var.
Dövlətimizin başçısı burada “Şəkər-Lanç” və 200 nəfərlik “Silantro” restoranları ilə tanış olub. Qeyd edilib ki, restoranlarda müştərilərə milli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaq.
Otelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılıb. Burada qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək. İlin isti aylarında qonaqların açıq havada istirahəti üçün lazımi şərait yaradılmış kompleksin ən yuxarı mərtəbəsindən Bakının mənzərəsini seyr etmək mümkündür. Xəzər dənizinə açılan mənzərə isə xüsusilə diqqəti cəlb edir.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, otelin 24-cü mərtəbəsində “Skay-Qrill” restoranı fəaliyyət göstərəcək.
Bildirilib ki, otel kompleksində 2,5
min kvadratmetr sahəsi olan SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. İdman mərkəzindəki bütün avadanlıqlar ABŞ-dan gətirilib. Müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə ən yüksək şərait yaradılıb. “Hilton Baku” otel kompleksinin SPA və Fitnes Mərkəzi buraya müraciət edəcək hər bir kəsdə zəngin təəssürat doğuracaq, onlara mənalı istirahət bəxş edəcək.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, otelin binasının 17 mərtəbəsi otaqlardan ibarətdir. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. Ən yüksək standartlara cavab verən otaqlardan həm şəhərimizə, həm də Xəzər dənizinə gözəl mənzərə açılır. Bildirilib ki, burada dünya otel biznesində mövcud ən yüksək xidmət göstəriləcək. Bütün otaqlarda istirahət üçün maksimum şərait yaradılıb. Otel simsiz internet şəbəkəsi ilə təmin edilib, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışlı telefon şəbəkəsi qurulub.
Məlumat verilib ki, ikinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Zalda, həmçinin, müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Birinci mərtəbədən buraya avtomobillərin qaldırılması üçün xüsusi lift sistemi quraşdırılıb ki, bu, toy mərasimləri zamanı avtomaşının birbaşa maneəsiz hərəkətini təmin edir. Eyni zamanda, bu, müxtəlif avtomobillərin təqdimatının keçirilməsinə də imkan yaradır. Rəsmi görüş və qəbulların yüksək səviyyədə təşkili üçün ayrıca otaq da var. Burada həm işıq, həm də səsləndirmə sistemi yüksək səviyyədə qurulub.
Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb.
“ISR Holdinq” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov və “Hilton Worldwide” şirkətinin vitse-prezidenti Maykl Kollini dövlətimizin başçısına və Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

