Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

19.10.2011 [18:52]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ekvadordan ilk dəfə nazirlər səviyyəsində ölkəmizə nümayəndə heyətinin gəldiyini vurğulayan Prezident İlham Əliyev bu cür səfərlərin sayının artacağına və bu səfərin ölkələrimiz arasında fəal münasibətlərin əsasının qoyulması işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib. Dövlətimizin başçısı ekvadorlu nazirin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edib.
Nazir Rikardo Armando Patinyo Arokan Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırıb. Rikardo Armando Patinyo Arokan Azərbaycana ilk səfərindən məmnunluğunu bildirib. ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir bu səfərin Azərbaycan ilə Ekvador  arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağını deyib.
Dövlətimizin başçısı Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Ekvadorun dövlət başçısına çatdırmağı xahiş edib.
Paylaş:
Baxılıb: 876 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30