Həm Şərq, həm də Qərb ilə
20.10.2011 [16:25]
“Nezavisimaya qazeta”nın 2011-ci il 17 oktyabr tarixli nömrəsində Moskva Dövlət Universitetinin İnformasiya-Təhlil Mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayevin Azərbaycanın uğurlarına həsr olunmuş “Həm Şərq, həm də Qərb ilə” adlı məqaləsi dərc olunub. AzərTAc həmin məqaləni təqdim edir.
Maraqlıdır ki, çoxşaxəli xarici siyasətin dəqiq siyasi tərifi hələlik verilməmişdir. Hesab edilir ki, bu, müəyyən diplomatik tərz, xarici siyasətin aparılmasının sərfəli metodudur və ona əməl etməklə, hakim elitanın formalaşdırdığı milli maraqlar daha dolğun həyata keçirilir. Postsovet məkanında belə praktika sınaq və səhvlər yolu ilə tədricən tətbiq olunurdu. Yalnız 2000-ci illərin əvvəlində həmin metod xarici siyasət xəttinin səmərəliliyinin meyarına, xüsusi etalona çevrilmişdi. Azərbaycan da çoxşaxəli nüfuz dairəsi məcrasında heç də birdən-birə irəliləməyə başlamamışdır.
20 il əvvəl, postsovet dövrünün əvvəlində Azərbaycanın birinci milli-demokratik elitasının şüurunda çoxşaxəlilik zərurəti müttəfiqlərin çevrəsini düşünülmüş şəkildə genişləndirmək zərurəti kimi yaranır. çoxşaxəlilik xarici siyasət strategiyası prinsipi kimi hələ elan edilməsə də, xarici siyasət tərzi kimi tədricən özünü göstərirdi. Lakin nəzərə alınsa ki, Azərbaycan digər postsovet respublikaları kimi Rusiya ilə yüzlərlə qeyri-formal əlaqələrlə bağlı idi, diplomatiyanın sovet dövründə tərbiyə olunmuş kadr resurslarından nəzərəçarpacaq dərəcədə asılı idi, real çoxşaxəliliyi həyata keçirmək asan deyildi. Belə vəziyyət elitaların siyasi şüurunda özünəməxsus cəplik doğurdu - praktiki çoxşaxəlilik Rusiyapərəst xəttə alternativ kimi Rusiyadan üz çevirmə kimi təsəvvür olunurdu. Azərbaycanın birinci prezidenti Əbülfəz Elçibəyin Rusiyanı təhlükəli rəqib kimi görməsinin, ona keçmiş müstəmləkənin suverenliyinin tam reallaşmasının qarşısını alan metropoliya kimi baxmasının səbəbi bundadır. Bir növ ikili vəziyyət yaranmışdı: çoxlu sayda xarici oyunçunu öz problemlərinə, - söhbət ilk növbədə Qarabağ münaqişəsindən gedirdi, - cəlb etmək hesabına Moskvadan qopmaq arzusu və bununla yanaşı, ötən əsrin onillikləri boyu formalaşmış sosiomədəni və iqtisadi əlaqələrin qırılmasının qeyri-mümkünlüyünün obyektiv surətdə dərk edilməsi. 1991-1995-ci illərdə çoxşaxəliliyin tam təşəkkülü mərhələsindən bir qədər çətinliklə danışmaq olar: əvvəlcə Rusiyadan ümidin üzülməsi, Rusiya amilinin inkar edilməsi və sonra yenə də Rusiyada dayaq axtarılması zərurətinin başa düşülməsi. Rusiyanın müttəfiq kimi qazanılması. Sonuncu məsələ Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Bakıda məhz belə ifadə olunmuşdu.
Tarazlı çoxşaxəli siyasətə doğru geniş daxili impulsun yaranması fenomeni Azərbaycanda yalnız 1990-cı illərin ortalarından etibarən müşahidə olunur. Bütövlükdə, Cənubi Qafqazda və ayrıca olaraq Azərbaycanda milli iqtisadiyyatlar qloballaşdıqca, əsasən bu və ya digər vektorda öz ticarət-sənaye əməliyyatlarını həyata keçirməyi düşünən elita qrupları yaranır. Əlbəttə, biznes maraqların dəqiq sərhədləri sezilmir. Lakin biznesin üstünlük verdikləri müşahidə olunur və olunmaqdadır. Bu, xüsusən, orta səviyyəli sahibkarlara (bu baxımdan yaşadıqları ölkəyə bağlı ticarət-investisiya şəbəkəsi formalaşdıran diaspor nəzərəçarpacaq rol oynayır) aiddir. Lakin hakim qrupda cəmlənmiş əsas üstünlüklər, əslində, milli maraqlar kimi təqdim olunur və belə yüksək səviyyədə çox aşkar ziddiyyətlər nümayiş etdirmir. Sadə dillə desək, hakim elita yumurtaları müxtəlif səbətlərdə saxlayır. Beləliklə, Azərbaycanda çoxşaxəlilik təcrübəsi həmişə iqtisadi şərtlərlə möhkəmlənmişdir, onların da ən başlıcası da neft və qaz ixracıdır.
Məsələn, 1990-cı illərin axırında karbohidrogenlərin ixracının məqbul yollarının təhlili zamanı Bakıya aydın oldu ki, şəxsi iqtisadi inkişafın hərəkətverici qüvvəsinin sürətlə yaradılması məqsədi ilə bu resurslardan tam istifadə olunması yalnız Qərb kapitalının yaxından iştirakı ilə mümkündür. Lakin elə dərhal da başqa geosiyasi layihələr arasında incə manevr etmək zərurəti yarandı. Qərbin neft-qaz nəhənglərini öz resurslarına cəlb etməklə yanaşı, Rusiya vektorunu da sabitləşdirmək lazım idi. 2000-ci illərin əvvəlindən indiyədək biz Rusiya ilə ticarət-iqtisadi əlaqələrin planlı şəkildə genişlənməsini - istər Rusiya-Azərbaycan layihələrinin sayca artmasını, istərsə də beynəlxalq siyasətdə və iqtisadiyyatda qarşılıqlı fəaliyyət məkanının genişlənməsini müşahidə edirik. Həmin meyil Putinin Avrasiya məkanının ticarət-sənaye inteqrasiyası strategiyası ilə xaraktercə üst-üstə düşür. özü də Azərbaycan burada öz mövqelərini bütün istiqamətlər üzrə geri qaytarmağa çalışır. Bu, resurslar bazarında da əyani şəkildə görünür. Bakı Aİ-nin qaz layihələrini (NABUCCO) dərhal rədd etmir, lakin, eyni zamanda, Avropa Komissiyasını qabaqlamağa çalışmır və özünün qaz ixracının artım imkanlarını Rusiyanın daxili bazarının perspektivləri və Rusiyanın tranzit imkanları ilə əlaqələndirir. Eyni zamanda, Bakı öz qazının Avropaya tranziti ilə bağlı Ankara ilə olduqca çətin danışıqlar aparır.
Xarici siyasətin müxtəlif istiqamətlərini bir xəttə inteqrasiya etmək, habelə belə siyasətin ortaya çıxan problemlərini aradan qaldırmaq bacarığı, əslində, adi məsələ deyildir. Fəal çoxşaxəlilik dərhal böhranlı geosiyasətin amilinə çevrilir. Azərbaycan-İran və Azərbaycan-Amerika münasibətlərinin haçalanması daha əyani misaldır. Sonralar bu gərginlik sahəsinə Azərbaycan siyasətinin Tehranla münasibətləri normal səviyyədə saxlamaqla İsrail vektoru əlavə olundu. İranda çoxmilyonlu Azərbaycan əhalisinin yaşaması ilə əlaqədar Azərbaycanın bu ölkə ilə qarşılıqlı fəaliyyətinin müəyyən xüsusiyyətləri mövcuddur. Bunu Azərbaycanın heç də bütün tərəfdaşları nəzərə almır. Lakin Azərbaycan və İsrail arasında əməkdaşlığın getdikcə möhkəmlənməsi faktı, heç şübhəsiz, islam ölkəsi üçün nadir haldır. Xüsusən xatırlasaq ki, bu proses Türkiyə-İsrail münaqişəsi fonunda gedir. Azərbaycanın Qafqazı öz milli maraq dairəsi sayan dövlətlərin (Rusiya, Türkiyə, İran) mənafeləri arasında manevr etmək bacarığı sabit inkişaf üçün həyati zəruri şərtdir.
2011-ci il Azərbaycanın xarici siyasətində iki əlamətdar hadisə ilə - onun qoşulmamaq hərəkatına qatılması və BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü statusu almaq üçün sifariş verməsi ilə yadda qalmışdır. Ənənəvi geosiyasi avtoritetlərin çökməsi, qlobal inteqrasiya strukturları platformalarının transformasiyası Azərbaycan kimi ölkələrə yeni imkanlar açır. Lakin bu, çoxşaxəlilik strategiyası üçün həm də yeni təhdidlər deməkdir. Xarici siyasi çəkisini artıran Azərbaycan onu çətin seçim qarşısında qoyacaq və ola bilsin, ənənəvi tərəfdaşlarla münasibətlərini gərginləşdirəcək qərarlar qəbul etməlidir. Lakin işin tərs üzü budur ki, Rusiyaya sürətlə dəyişən multiqütblü dünyada balanslar siyasəti yürüdən daha sanballı oyunçu ilə müttəfiq olmaq sərfəlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23

