/ / Azərbaycan Almaniya, ABŞ, Çin və Fransa kimi dünyanın aparıcı dövlətləri ilə bir sırada UNESCO-nun mühüm qurumuna vitse-prezident seçilib
Azərbaycan Almaniya, ABŞ, Çin və Fransa kimi dünyanın aparıcı dövlətləri ilə bir sırada UNESCO-nun mühüm qurumuna vitse-prezident seçilib
31.10.2011 [18:10]
Xəbər verildiyi kimi, oktyabrın 25-də UNESCO-nun iki ildən bir keçirilən Baş Konfransının növbəti 36-cı sessiyasının birinci günündə Baş Konfransın Prezidenti ilə yanaşı, qurumun elektoral qruplarından vitse-prezidentlərinin seçkisi keçirilib. Azərbaycan da qurumun vitse-prezident vəzifəsinə seçilib. Əlbəttə ki, ölkəmizin Almaniya, ABŞ, çin, Fransa kimi dünyanın aparıcı dövlətləri ilə bir sırada UNESCO-nun ən mötəbər və mühüm qurumuna vitse-prezident seçilməsi Azərbaycanda bütün sahələrdə gedən inkişafın və birinci xanımın, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmizlə qurum arasında yaranmış əlaqələrin bariz göstəricisidir.
Qeyd edək ki, Azərbaycan-UNESCO münasibətləri bu günə qədər olduqca zəngin inkişaf yolu keçib. Dünyanın təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan UNESCO ilə Azərbaycan arasında əlaqələrin inkişafına ümummilli lider Heydər Əliyev böyük önəm verirdi. Azərbaycandan olan nümayəndə heyəti ilk dəfə olaraq UNESCO Baş Konfransının 1993-cü ilin oktyabrında keçirilən 27-ci sessiyasında iştirak edib. Yeni yaranmaqda olan əlaqələrin daha da genişlənməsi üçün Ulu öndər daha bir mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən UNESCO-nun o zamankı baş direktoru Federiko Mayorla görüşüb. Respublikamızın elm, təhsil və mədəniyyətlə məşğul olan qurumlarının fəaliyyətinin UNESCO-nun işi ilə əlaqələndirilməsini həyata keçirmək məqsədilə ümummilli lider Heydər Əliyev 1994-cü il fevral ayının 21-də Milli Komissiyanın yaradılması barədə Sərəncam imzalayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılan komissiyanın respublikanın müvafiq nazirliklərinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qədim maddi-mədəniyyət abidələrindən biri olan İçərişəhərin qorunması istiqamətində gördüyü işlərin nəticəsi olaraq 2000-ci ildə abidə UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev isə UNESCO ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri daha da genişləndirib. Dövlət başçısı UNESCO ilə ölkəmiz arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, 2005-ci ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Milli Komissiyanın yeni tərkibi müəyyənləşdirilib. Dövlət başçısının İçərişəhərdə yerləşən memarlıq abidələrinin qorunmasını və bərpasını təmin etmək məqsədilə imzaladığı sərəncamlar və Onun bilavasitə nəzarəti altında görülən işlər nəticəsində ötən il UNESCO-nun sessiyalarının birində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib və İçərişəhər məhv olmaq təhlükəsi altında olan Dünya İrsi Siyahısından çıxarılıb.
Heç kəsə sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əməyi çox böyükdür. Dünya mədəniyyətinə töhfələr bəxş etmiş zəngin və olduqca qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın bu yöndəki fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü ildə bu təşkilatın şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb. 2010-cu ildə isə Mehriban xanım Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı təqdim edilib. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin möhkəmləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir.
Bildiyimiz kimi, Azərbaycan xalqının minilliklər boyunca yaratdığı qədim və zəngin mədəniyyət, maddi və mənəvi irs bütün dünyada maraq doğurur. Bu mühüm bəşəri dəyərlərin, irsin qorunaraq gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərə UNESCO hərtərəfli dəstək verir. Məhz bu dəstəyin, o cümlədən, dövlət başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Həmçinin, təşkilatın Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Bununla adıçəkilən mədəniyyət sahələrinin Azərbaycan xalqına məxsus qədim irs olması beynəlxalq aləmdə təsdiqlənmiş oldu. Hətta, Novruz bayramının da beynəlmiləl qeyri-maddi-mədəni irs kimi siyahıya daxil olmasında da Azərbaycanın rolu böyükdür. Eyni zamanda, dövlət başçısı və Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilməsi müzakirə olunub.
Azərbaycanla UNESCO arasında çoxşaxəli əlaqələrin olmasını sübut edən daha bir mühüm göstərici ölkəmizin təşkilat çərçivəsində qoşulduğu çoxsaylı konvensiyalardır. Bunların içərisində Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Protokol (1993) və İkinci Protokol (2000), ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993), Qeyri-Maddi-Mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006) və başqalarının adını çəkmək olar. UNESCO-nun baş direktoru İrina Bokovanın jurnalistlərə açıqlamasında da bildirdiyi kimi, respublikamız təşkilatla çox fəal əməkdaşlıq edir: “Azərbaycan UNESCO-da çox fəal mövqe tutur. Təşkilatın elə bir fəaliyyət sahəsi yoxdur ki, Azərbaycan orada aktiv olmasın”.
Bu gün artıq UNESKO ümumbəşəri problemlərin həllinə də böyük diqqət ayırır və son zamanlar bu məsələlər müharibələrin, yoxsulluğun, savadsızlığın acı nəticələrinin artması fonunda daha da aktuallıq kəsb etməyə başlayıb. Azərbaycan isə öz növbəsində bu məsələlərə töhfəsini verməyə çalışır.
Dünyanın yeni konfiqurasiyasının formalaşdırıldığı bir zamanda Azərbaycan artıq müxtəlif forumlar çərçivəsində qloballaşmanın humanitar aspektlərinin müzakirəsini aktuallaşdırır. çoxmədəniyyətlilik, müasir texnologiyalar, elmlərin qovuşması, biotexnologiya və etik problemlər, iqtisadi inkişaf modelinin humanitar aspektləri, sosial media və yüksək texnologiyalar, postmodern cəmiyyətdə ənənəvi dəyərlər sistemi kimi məsələləri gündəmə gətirməklə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real çərçivənin yaradılmasına səy göstərir. Əlbəttə ki, ekspertlərin dünyanın gələcək mənzərəsilə bağlı verdiyi proqnozlara əsaslansaq o zaman, planetin bundan sonrakı düzəninin formalaşdırılmasında səmimi dialoq və xoş məramın, digər tərəfdən, qarşıya çıxan problemlərin qarşılıqlı anlaşma çərçivəsində həll edilməsinin mühüm vasitələrə çevrildiyini əyani şəkildə görərik. UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunmuş “UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumunda çıxış edən UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bildirib ki, bəşəriyyətin gələcəyi sülh mədəniyyətini formalaşdırmadan və davamlı inkişafı təmin etmədən həqiqətən mümkün deyildir: “Hazırda biz olduqca mürəkkəb dünyada yaşayırıq. Bir tərəfdən, o, yeni texnologiyaların tətbiqi və müasir elmin sürətli inkişafı ilə xarakterizə olunur. Əgər əvvəllər təbii resurslar zənginliyin yeganə mənbəyi sayılırdısa, indi insanların özü müasir ideya və texnologiyaların təşəbbüskarı kimi yeni mənbə rolunu oynayırlar. Lakin təbii sərvətlərdən fərqli olaraq, insan təfəkkürü hüdudsuzdur. “İnsan kapitalı” termini artıq metafora deyildir. Təfəkkür və zənginlik bir məfhum kimi götürülə bilər. Digər tərəfdən, dünyada dərin maliyyə böhranı yaşanır və bir çoxları bunu daha ciddi sistematik böhranın əlamətləri kimi görür. Hazırkı qloballaşma hamımızı qlobal dünyanın sakinlərinə çevirib. Lakin əfsuslar olsun ki, biz, eyni zamanda, heç vaxt görünməmiş dərəcədə bir-birimizdən ayrıyıq. İqtisadiyyat aləmi bunun sosial ədalət və qlobal etika kimi ideallardan nə qədər uzaq olduğunu nümayiş etdirir”.
Bu mənada Azərbaycan bəşəri ideallara sadiq qalaraq, dünyadakı münaqişələrin sülh yolu ilə ədalətli şəkildə həll edilməsi, terrorizmə son verilməsi, həmçinin, dinindən, iqrindən, etnik və dil mənsubiyyətindən asılı olmayaraq, dünya insanlarının birgə mehriban şəraitdə yaşaması üçün bir platforma yaradılmasına cəhd göstərir. Əlbəttə ki, Azərbaycan uzun illər ərzində UNESCO ilə qurulmuş hərtərəfli səmərəli əməkdaşlıq çərçivəsində bu ideyaların reallaşmasına tərəfdar çıxıb. Bu, əməkdaşlığın bu gün də inkişaf etdirilməsi isə UNESCO ilə respublikamız arasında formalaşan qarşılıqlı etimadı daha da möhkəmləndirir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

