İlham Əliyevdən açıq mesaj!
08.09.2023 [10:00]
Haqlı iradlar, haqlı tələblər...
Dünya birliyi ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Ermənistanın apardığı siyasi xəttin təzhlükəsizlik arxitekturasının yaranmasına mane olması ortadadır - regionda separatizmin başa çatmasına mane olan İrəvan hətta beynəlxalq miqyasda Azərbaycana qarşı təzyiq mexanizmləri yaratmağı düşünür. Təbii ki, Ermənistanın bu cəhdi iflasa məhkumdur və avqustun 16-da BMT TŞ müstəvisindəki müzakirələrin nəticəsi də bunu sübut etdi. Ermənistanın və havadarlarının Laçın dövlət gömrük buraxılış məntəqəsi ətrafında yaratmağa çalışdığı “ajiotaj” heç bir effekt vermədi. Əksinə, dünyanın aparıcı təşkilatının üzvü olan dövlətlərin əksəriyyəti Azərbaycanın təkliflərini və mövqeyini dəstəklədi. Laçın dövlət sərhəd-buraxılış məntəqəsi üzərindən ermənilərin davamlı təxribat cəhdləri, məntəqə ilə bağlı aparılan siyasi manipulyasiyalar isə Ermənistanın regionda stabilliyə mane olduğunun göstəricisidir. Bu məsələ sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı telefon danışığında da əsas müzakirə predmeti olub.
Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi...
Telefon danışığı zamanı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.
“Laçın postu”nun formalaşdırılması ilə Azərbaycan regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımlar atmış oldu. Ermənistan dəfələrlə detallı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb - beləliklə, Qarabağın da suveren Azərbaycan torpağı olduğunu təsdiqləyib. Demək ki, Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsindədir - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Eyni zamanda, Azərbaycan bununla Ermənistanı da hüquqa hörmət etməyə çağırır. Bu yoldan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını təmin edənlər başa düşməlidirlər ki, Azərbaycan öz sərhədlərini qorumaq iqtidarındadır. Postun qarşısına yığılan “humanitar” kod adlı yüklər isə siyasi məqsədlərin predmetləridir. Azərbaycan həmin ərazidə şou düzəltmək istəyən Ermənistan, onun havadarı olan bəzi Avropa dövlətləri və təsisatların əsl reallığı sübut etdi, onların bütün qara və çirkin niyyətlərinin üzərindən xətt çəkdi. Laçın postunun qarşısına “tırlar” düzüb əsassız iddialar səsələndirənlərin, bundan Azərbaycana qarşı kampaniya kimi istifadə edənlərin ağ yalanı isə ilk addımdaca ifşa oldu - 10 gündən artıqdır ki, Ağdam-Xankəndi yolunda gözlədilən yardım tırları bunu bütün dünyaya nümayiş etdirir.
Gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməlidir
Dövlətimizin başçısı telefon danışığı zamanı bildirib ki, Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər.
Qeyd edildiyi kimi, Laçın - Xankəndi yolu üzərində sərhəd-keçid məntəqəsinin qurulması Ermənistanın Azərbaycan ərazilərinə qeyri-qanuni yüklər, o cümlədən də silah-sursat keçirməsinin qarşısı alınıb - hazırda emənilər Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün gediş-gəlişlərini həyata keçirirlər. Ermənistanın və havadarlarının bu yolla yüklərin daşınması iddialarına gəldikdə burada da beynəlxalq hüquq kodeksləri öz sözünü deyir - Azərbaycan bu məsələnin ölkə qanunvericiliyi ilə tənzimlənməsini tələb edir. Azərbaycanın bu yanaşması beynəlxalq hüquqa əsaslanır. Dünyada elə bir praktika yoxdur ki, ölkələr bir-birinin ərazisinə icazəsiz keçid etsinlər, yük aparıb gətirsinlər, amma gömrük və ya sərhəd buraxılışı ilə bağlı qanunlara tabe olmasınlar. Ermənistanın “tələbi” qanunsuz bir mühitin formalaşdırılmasıdır ki, bu yolverilməzdir. Uzağa getməyək, bir müddət öncə ermənilərin Beynəlxalq Qırmız Xaç Komitəsinin avtomobilində ərazilərimizə qaçaqmal keçirmələrinin qarşısı alınmışdı. Bu faktın özü hər şeyi ortaya qoyur. Yük daşınması və ya gediş-gəlişlər qanunvericiliklə tənzimlənməyəcəyi halda, həmin bölgədə əsl xaos yaşana bilər ki, bu da qəbuledilməzdir. Bu, Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün də bir təhdid yarada bilər. Azərbaycan qanunvericilikdən istifadəni tətbiq etməklə həm də Qarabağda yaşayan erməni əsilli insanların təhlükəsizliyinə təminat vermiş olur.
Separatizmin bütün təzahürləri qəbulolunmazdır!
Dövlətimizin başçısı Blinkenlə telefon danışığı zamanı vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır. Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.
Bəli, Azərbaycan separatizmlə bağlı mövqeyini dəfələrlə qətiyyətlə bildirib. Ölkəmizin bu istiqamətdə atdığı addımlar isə effektiv və nəticəlidir. Sadəcə olaraq, Azərbaycanın regional sülhün formalaşması uğrundakı mübarizəsinə Ermənistan adekvat cavab vermir. Azərbaycan hər zaman bəyan edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlar da digər vətəndaşlarla eyni hüquqlara malikdirlər. Bunun üçün, erməni vətəndaşlarımız Azərbaycan qanunları əsasında yaşamalı, qanunlarımıza tabe olmalıdırlar. Bunun üçün isə təmasların baş tutması əsas şərtlərdəndir. Hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı - Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi və martın 1-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Daha sonra isə Azərbaycan dövləti Xocalı şəhərində keçirilmiş görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərində görüşə çağırmışdı. Azərbaycanın erməni vətəndaşlarımıza ünvanlanan bu səmimi çağırışı isə qondarma seaparatçılar tərəfindən manipulyasiya uğramışdı-onlar, bu çağırışı, inteqrasiyanı özləri üçün böyük təhdid saymışdılar və bu kimi görüşlərin baş tutmasına maksimum mane olmaq istəmişdilər.
Ümumiyyətlə, son dövrlərdə Fransa-Ermənistan cütlüyünün yeni siyasi oyunlarla separatçıları prosesə qoşmaq niyyəti açıq şəkildə görünür - hətta zaman-zaman “beynəlxalq mexanizm” adı altında məsələlərin siyasi gündəmə gətirilməsinə çalışılması da bunun nəticəsidir. Amma “beynəlxalq mexanizm” oyunu doğulmamış iflasa məhkumdur. Bunu Ermənistan da bilir - sadəcə olaraq, bu oyundan sülh prosesini gecikdirmək üçün istifadə etməyə çalışır.
Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken də öz növbəsində sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

