Sumqayıt sənayeləşmənin mərkəzinə çevrilir
21.12.2011 [01:51]
Azərbaycanda həyata keçirilən davamlı layihələrin əsas istiqamətlərindən biri bütün bölgələrdə infrastruktur və investisiya layihələrinin miqyasının genişləndirilməsinə, yeni layihələrin icrasına başlanmasına impuls verməkdən ibarətdir. Son illər bu layihələrin icrasının geniş vüsət alması bölgələrdə iri infrastruktur layihələrinin davam etdirilməsinə, yeni emal, istehsal, xilmət müəssisələrinin yaradılmasına, abadlıq işlərinin geniş vüsət almasına, eləcə də, şəhər və rayonların simasının gözəlləşməsinə səbəb olmaqdadır. Regional siyasətin daha da zənginləşməsi bölgələrin ümumi mənzərəsinin dəyişməsinə və yeni inkişaf mərhələsinə çatmasına yol açmaqdadır.
Azərbaycanın sənaye mərkəzlərindən biri olan, inkişaf templərinə görə, xüsusilə son illər böyük irəliləyişləri ilə diqqəti cəlb edən Sumqayıt şəhərinin simasının dəyişməsi də regional siyasətin təntənəsi sayıla bilər. Şəhərin iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsi Sumqayıtın sıçrayışlı inkişafını təmin edib. Regionların iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrasından ötən iki ilə yaxın müddətdə Sumqayıtda qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması ilə bağlı sistemli tədbirlər görülüb.
Hazırda sənayeləşmənin əsas mərkəzi nöqtəsinə çevrilən Sumqayıtda güclü neft-kimya kompleksləri şəbəkəsi yaradılmaqdadır. Bu gün onlarla adda və çox qiymətli, yüksək keyfiyyətli kimyəvi məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə ölkəmizin kimya sənayesi məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı, lider dövlətlərindən birinə çevriləcəyini proqnozlaşdırmağa imkan verir. “Azərikimya” Dövlət Şirkəti müəssisələrinin istehsal etdiyi onlarla qiymətli kimya və neft-kimya məhsulları dünyanın ən qabaqcıl və yüksək inkişaf etmiş ölkələrinin nüfuzlu firma və şirkətləri tərəfindən yüksək tələbatla alınır.
Respublikamızda neft-kimya sənayesinin inkişafı ilə bağlı həyata keçirilən strategiyanın əsas hədəfləri alüminium, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Azərbaycanın sənaye potensialının “onurğa sütunu” olan “Azərikimya” Dövlət Şirkətinin tərkibində olan sənaye müəssisələrinin yenidən qurulması hökumətin diqqət mərkəzindədir. Hökumət yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni zavodların tikintisini planlaşdırır. Eyni zamanda, Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması da prioritetlərdən hesab olunur.
Dövlət Neft Şirkətinin azot gübrəsi - karbamid zavodunun təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev Azərbaycanın əsas sənaye şəhərlərindən biri olan Sumqayıtın inkişaf planlarından bəhs edərək burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələrinin Azərbaycanda sənayeləşmə proqramının icrasında çox mühüm rol oynayacağını bildirib. Qeyd olunub ki, Sumqayıt Texnologiya Parkının yaradılması xaricə məhsul ixracının artmasına səbəb olacaq. Eyni zamanda, Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaq: “Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur.
Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır”.
Prezident İlham Əliyev Sumqayıtın digər sahələr üzrə inkişafı ilə bağlı proqramların da geniş vüsət alacağını, infrastruktur layihələrinin sürətləndiriləcəyini də bəyan edib. Dövlət başçısının Sumqayıta müntəzəm səfərlərinin və əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Göründüyü kimi, dövlət başçısının birbaşa tapşırığı ilə yeni müəssisələrin açılışı, istehsal və emal müəssisələrin açılması, sosial infrastruktur və kommunal xidmət obyektlərinin istifadəyə verilməsi Sumqayıtda vətəndaşlara daha yaxşı və rahat şəraitin yaradıldığını şərtləndirmiş olur. Bütün bu amillər bir daha Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına böyük diqqət göstərməsinin, bölgələrdə yaşayan insanlara qayğının əyani təzahürü sayıla bilər. Dövlət başçısının birbaşa iqtisadi siyasətinin təntənəsi olan bu uğurlar bölgələrdə hər cür imkanların yaradıldığını təsdiqləyir.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

