/ / Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib
22.12.2011 [10:43]
Xəbər verdiyimiz kimi, dekabrın 20-də Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşılayıb.
Yubiley iclasını açan Rusiya Prezidenti Dmitri Medvedev MDB-nin 20-ci ildönümünün qeyd edildiyi bir vaxtda keçirilən tədbirdə iştirak etdiklərinə görə Birliyin üzvü olan ölkələrin dövlət başçılarına təşəkkürünü bildirib. Dmitri Medvedev qeyd edib ki, bu cür qeyri-rəsmi görüşlərin keçirilməsi MDB-nin təcrübəsində bir ənənəyə çevrilib.
Sonra Birliyin sədri, Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış edərək əmin olduğunu bildirib ki, aparılan müzakirələr və qəbul edilən qərarlar üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Daha sonra çıxış edən özbəkistan Prezidenti İslam Kərimov iclasın əhəmiyyətini qeyd edərək bildirib ki, bu, MDB çərçivəsində əməkdaşlığa mühüm töhfə verəcək.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin MDB qarşısındakı xidmətlərindən danışan Prezident İslam Kərimov deyib ki, Birlik yaradılan dövrdə Heydər Əliyev ən tanınmış liderlərdən biri, bütün baş verənləri görən və yaşayan ən müdrik insanlardan idi. Heydər Əliyevin təcrübəsi təkcə Azərbaycan xalqı üçün deyil, həm də çox mənalı və əziyyətli yol keçən insanlar üçün parlaq nümunədir.
İclasda çıxış edən Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB xalqları arasındakı tarixi əlaqələrdən bəhs edib. O, xalqının Böyük Vətən müharibəsindəki iştirakını vurğulayaraq yaşlı nəsillərin keçmiş Sovet İttifaqının inkişafındakı rolundan da danışıb.
Sonra Qırğızıstan Prezidenti Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Dövlət başçısı İlham Əliyev bildirib ki, 20 il böyük müddətdir, eyni zamanda, tarixi nöqteyi-nəzərdən o qədər də böyük müddət deyil: “Bu gün artıq həmkarlarım 1980-1990-cı illər arasında baş verən prosesləri qiymətləndirdilər. Bəziləri dəyişikliklərdə özləri də iştirak edərək ölkələrinin dövlətçiliyinin bünövrəsini qoyublar. Əlbəttə, mən də razıyam ki, 1990-cı illərin əvvəllərində baş verənlərin əsas yekunu bu oldu ki, yeni dövlətlərin yaranması nisbətən dinc yolla həll edildi. Əlbəttə, bu, hamı üçün dinc keçmədi. Bizim ölkəmizə gəlincə, hələ Sovet İttifaqının dağılması ərəfəsində torpaqlarımız işğala məruz qaldı. Amma bütövlükdə MDB-nin üzvü olan əksər ölkələr arasındakı bugünkü münasibətlər - dostluq, tərəfdaşlıq münasibətləridir. 20 il ərzində biz büsbütün dəyişmişik. İqtisadi sistemi tamamilə dəyişmişik. Siyasi sistem də dəyişdi. Xaos, qarşıdurma, qarşılıqlı ittihamlar şəraitində bütün bunlar mümkün olmaya bilərdi, yaxud çox çətin başa gələrdi. Bu gün 20 il ötəndən sonra keçmiş Sovet İttifaqı respublikalarının əksəriyyətinin iştirak etdiyi bu tərkibdə biz irəliyə necə getmək barədə danışırıq. Bu da çox mühümdür. Mən həmkarlarımın tarixi keçmiş barədə fikirləri ilə tam razıyam. Müxtəlif, ziddiyyətli fikirlər mövcuddur. Yəqin ki, bu cür ziddiyyətli fikirlərin mövcud olmağa haqqı vardır. Yaxşı işlər də olub, narahatlıq doğuran məsələlər də. Ən başlıcası necə irəliləməkdir. Bu gün ölkəmizin MDB-nin üzvü olan demək olar ki, bütün ölkələrlə çox gözəl ikitərəfli, etimad doğuran dostluq münasibətləri mövcuddur”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, müstəqillik illərində Azərbaycan müasir ölkəyə çevrildikdən sonra da Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bizim üçün həmişə xüsusi əhəmiyyət kəsb edib.
İclasın digər iştirakçıları çıxışlarında bəyan ediblər ki, MDB-nin üzvü olan hər bir dövlətin milli mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafı üçün şəraitin yaradılması Birliyin 20 ildə fəaliyyətinin başlıca vəzifəsi olub.
Gələcəyə nikbinliklə baxdıqlarını təsdiq edən iclas iştirakçıları Birliyin nüfuzlu regional dövlətlərarası təşkilat kimi səmərəliliyinin artırılmasına və gələcək inkişafına səy göstərəcəklərini bildiriblər.
İclasda rabitə və informasiya-kommunikasiya texnologiyaları istiqamətində işbirliyi MDB-nin üzvü olan ölkələrin 2012-ci ildə iqtisadi sahədə əməkdaşlığının əsas prioriteti kimi müəyyənləşdirilib.
İştirakçılar tərəfindən birlik ölkələrində prezident və parlament seçkiləri, eləcə də referendumlarda iştirak edən MDB-nin müşahidə missiyalarının rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında qərar və iclasın yekunlarına dair Birgə Bəyanat qəbul olunub. Sonda iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.
Dekabrın 20-də Böyük Kreml sarayında MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının iştirakçıları birgə nahar ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
* * *
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Moskvada Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ilə görüşüb.
Görüşdə dövlətimizin başçısı Almazbek Atambayevi Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Dövlətlərimiz arasında münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyən Prezident İlham Əliyev əminliyini bildirib ki, ölkələrimiz bir-birini daim dəstəkləyəcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gördüyü işləri xatırladan Almazbek Atambayev Prezident İlham Əliyevin Ulu öndərin layiqli davamçısı olduğunu deyib, Azərbaycanda, paytaxt Bakıda son 20 ildə böyük dəyişikliklərin baş verdiyini vurğulayıb. İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin genişləndirilməsi üçün böyük işlərin həyata keçirilməsi imkanlarından danışan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib.
Dövlətimizin başçısı Qırğızıstan Respublikasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

