Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Çinin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Çinin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

23.12.2011 [11:23]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yanyanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Azərbaycan Respublikası ilə çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə, ölkələrimizin siyasi, iqtisadi və digər sahələrdə fəal əməkdaşlığının genişlənəcəyinə ümidvar olduğunu bildirib. Səfir Can Yanyanın Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev ona gələcək işlərində uğurlar arzulayıb. Səfir Can Yanyan qeyd edib ki, son illər çin Xalq Respublikasının Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkələrimiz arasında əlaqələr bütün sahələrdə inkişaf edir. ölkələrimizin müxtəlif səviyyələrdə sıx əlaqələr yaratdığını deyən Can Yanyan Azərbaycan ilə çin arasında qarşılıqlı siyasi etimadın və dostluq ənənələrinin möhkəmləndiyini, işgüzar əməkdaşlığın daha da genişləndiyini qeyd edib. O, Azərbaycan Respublikası ilə çin Xalq Respublikasının mühüm məsələlərdə bir-birilərinə dəstək vermələrinin, beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət göstərmələrinin önəmini qeyd edib. çinli diplomat bildirib ki, ölkəsi Azərbaycanı özünün həqiqi dostu və etibarlı tərəfdaşı hesab edir. O, ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq Azərbaycan-çin münasibətlərini uzunmüddətli və davamlı şəkildə daha da genişləndirməyin zəruriliyini bildirib. çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin gələn il qeyd olunacağını vurğulayan Can Yanyan ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətləri və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində və sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu deyib. çinli diplomat ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Paylaş:
Baxılıb: 935 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30