/ / Prezident İlham Əliyev Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak edib
Prezident İlham Əliyev Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak edib
24.12.2011 [21:24]
Dövlətimizi başçısı yolun açılışında iştirak etmək üçün Ələt qəsəbəsinə gəlib.
Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi ölkənin yol-nəqliyyat strukturunda da əsaslı dəyişikliklərə səbəb olub. çox qısa müddət ərzində respublikanın bütün beynəlxalq əhəmiyyətli magistralları tamamilə yenidən qurulub və genişləndirilib. İndi həmin yollarda hərəkətin tənzimlənməsi üçün tədbirlər davam etdirilir. Bakını respublikanın cənub və qərb bölgələri ilə birləşdirən magistral yol Ələt qəsəbəsində 2 yerə ayrılaraq biri İran İslam Respublikası sərhədinə, digəri isə Gürcüstan sərhədinə istiqamət götürür. Nəqliyyatın buradakı intensivliyi yolların ayrıcında və birləşməsində gərginlik yaradırdı. Bu problemin aradan qaldırılması ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən 2009-cu ilin noyabrında Ələt-Astara yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yeni yolun və 2 yol qovşağının tikintisinə başlandı. Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyət 2 il müddətində inşaat işlərini başa çatdırıb.
Yolun layihə-smeta sənədləri ilə tanışlıq zamanı nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, ümumi uzunluğu 9 kilometr və 4 zolaqdan ibarət olan yol birinci dərəcəlidir. Burada 7 kilometr uzunluğunda köməkçi yol da çəkilib. Beynəlxalq əhəmiyyətli bu magistralda nəqliyyatın sıxlığı və ağır tonnajlı avtomobillərin hərəkəti nəzərə alınaraq layihədə bu yolun möhkəmliyinə və davamlılığına xüsusi diqqət yetirilib. Bildirilib ki, yolun Ələt qəsəbə mərkəzindən kənara çıxarılması bu yaşayış məntəqəsində də nəqliyyat vasitələrinin yaratdığı gərginliyi aradan qaldırır. Yol üzərində tikilmiş 2 qovşaq isə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin edir. Sonra Prezident İlham Əliyev yeni yolun açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yeni salınmış dairəvi yola və yol qovşaqlarına baxıb.
Xəbər lenti
Hamısına baxSosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

