/ / Azərbaycan Prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub
28.12.2011 [16:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verib ki, görkəmli ictimai-siyasi xadim, mahir elm təşkilatçısı Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ölkəmizdə və qonşu respublikalarda işləyən həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac duyulduğundan 1935-ci ilin noyabrında yaradılıb. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiyanın bir sıra alimləri də yaxından iştirak ediblər.
Bildirilib ki, bu institutun tarixinin bir çox şanlı səhifələri görkəmli alim Əziz Əliyevin adı ilə bağlıdır. Əziz Əliyev 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində səmərəli fəaliyyət göstərib. 1962-ci il sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə instituta tanınmış ictimai-siyasi xadim, elm təşkilatçısı Əziz Əliyevin adı verilib.
İnstitut yarandığı ilk gündən respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssisləri hazırlamışdır və bu iş indi də davam edir.
Hazırda institutun əməkdaşlarının sayı 427 nəfərdir. İnstitutun professor-müəllim heyəti arasında Azərbaycan, Rusiya və digər xarici ölkələrin elmlər akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri, 34 elmlər doktoru, 127 elmlər namizədi, 7 nəfər Əməkdar elm xadimi, 7 nəfər Əməkdar həkim var.
Binada rektorluq, üç dekanlıq, 30 kafedra, 130 çarpayılıq cərrahiyyə klinikası, tədris şöbəsi, tədris-metodiki şöbə, mərkəzi elmi-tədqiqat laboratoriyası, rezidentura, elmi-tədris məlumat şöbəsi, elmi kitabxana və yataqxana fəaliyyət göstərir. Binanın əsaslı təmirinə 2010-cu ildən başlanıb, burada yüksək standartlara cavab verən iş şəraiti yaradılıb. Foyedə görkəmli dövlət xadimi, professor Əziz Əliyevin büstü qoyulub, həyat və fəaliyyətinə həsr olunan muzey fəaliyyət göstərir.
Məlumat verilib ki, bu institutun fəaliyyəti Ulu öndərin respublikamıza rəhbərliyi dövründə daha uğurlu olub. Akademik Zərifə xanım Əliyeva institutun inkişafına əvəzsiz töhfələr verib.
Qeyd olunub ki, il ərzində bu institutda 5 min 162 müdavim 236 kursda təkmilləşdirmə, ixtisasartırma və yenidən hazırlanma keçib. İnstitutda 23 mövzu üzrə elmi tədqiqat işləri aparılır.
Bina ilə tanışlıqdan sonra dövlətimizin başçısı institutun kollektivi ilə görüşüb.
Prezident İlham Əliyev institutun kollektivini salamlayaraq Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonra açılışı münasibətilə onları təbrik edib: “çox gözəl hadisədir. çox gözəl təmir olunub. Ən müasir şərait yaradılıbdır. Yadımdadır, bir müddət bundan əvvəl mənə məlumat gəldi ki, bu institutun təmirinə böyük ehtiyac vardır. Dərhal göstəriş verdim, vəsait ayrıldı və qısa müddət ərzində institut yeni görkəm aldı. çox gözəl, yaraşıqlı, işıqlı, rahat institut yaradılıbdır. Burada işləyənlər, burada gəlib biliklərini artıranlar üçün çox gözəl, müasir şərait yaradılmışdır. Bu, məni çox sevindirir.
Hər bir tibb ocağının tikilməsi, yenidən qurulması məni sevindirir. Xüsusilə bu institut. çünki bu institut 1962-ci ildən mənim babam Əziz Əliyevin adını daşıyır. O, bu institutda rektor vəzifəsində işləyibdir. İnstitutun formalaşmasında, burada gözəl ənənələrin yaradılmasında onun çox böyük dəstəyi olmuşdur.
Əziz Əliyev həm gözəl peşəkar həkim, həm təşkilatçı, həm dövlət xadimi idi. Onun çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm Azərbaycandan kənarda yüksək qiymətləndirilirdi. İkinci Dünya müharibəsi zamanı - 1940-cı illərin əvvəllərində o, Dağıstana ezam edilmişdir. Dağıstanın rəhbəri vəzifəsində işləmişdir. Orada gördüyü işlər hələ də onu tanıyanların və onun haqqında eşidənlərin qəlbində yaşayır. çox gözəl, təvazökar, xeyirxah insan idi. Əlbəttə, Azərbaycanda tibb elminin inkişafında, səhiyyə sisteminin təkmilləşdirilməsində onun çox böyük zəhməti, fəaliyyəti olmuşdur.
Bu institutun çox böyük funksiyaları, böyük rolu vardır. Burada həkimlər biliklərini artırırlar, artırmalıdırlar. Buna böyük ehtiyac vardır. Xüsusilə indiki zəmanədə ki, Azərbaycanda səhiyyə sahəsində çox böyük islahatlar aparılır, yeni, gözəl müəssisələr, tibb müəssisələri açılır. Mən təkcə bu gün, bu gözəl institutun və ondan əvvəl Uşaq Nevroloji Xəstəxanasının təmirdən sonra açılışında iştirak edirəm. Diaqnostika mərkəzi əsaslı təmirdən sonra açılışa hazırdır”.
İnstitutun əməkdaşı Təranə İbadova burada yaradılan şəraitə görə dövlətimizin başçısına kollektiv adından minnətdarlığını bildirərək deyib: “Möhtərəm Prezident, icazə verin, Sizə bu möhtəşəm, gözəl, müasir binaya görə institutumuzun əməkdaşları adından dərin minnətdarlığımızı bildirək. Əziz Əliyevin adı bizə çox doğmadır. çünki institutumuzun birinci çiçəklənən dövrü məhz onun adı ilə bağlıdır. O, öz böyük təşkilatçılıq qabiliyyətindən istifadə edərək institutun maddi-texniki bazasını yaratmışdır. İnstitutumuzun ikinci inkişaf dövrü Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd etmək istərdik ki, bu tədris binası məhz Ulu öndərimizin hakimiyyəti dövründə inşa olunmuşdur. İnstitutumuzun inkişafında böyük rol oynamış akademik Zərifə xanım Əliyevanın da xidmətləri unudulmazdır.
Bu gün ölkəmizin bütün sahələrində inkişaf gedir. Səhiyyə sahəsi kimi tibbi təhsil də təkmilləşmiş və inkişaf etmişdir. Tibbi təhsilin dünyaya inteqrasiyası bizim institutun aktuallığını bir qədər də artırmışdır. Biz həkimlərin əhaliyə yüksək səviyyədə səmərəli və keyfiyyətli xidməti, cənab Prezident, məhz Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın adı ilə bağlıdır.
Cənab Prezident, icazə verin, bir daha Sizə və Mehriban xanıma minnətdarlığımızı bildirək. Hər zaman Sizin qayğınızı hiss edirik. Qarşıdan gələn Yeni ildə Sizlərə can sağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyət arzu edirik. Biz Sizinlə fəxr edirik, cənab Prezident!”.
Prezident İlham Əliyev: çox sağ olun. Sizi də qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42

