Prezident İlham Əliyev 2012-ci ili "İdman ili" elan edib
17.01.2012 [23:47]
2012-ci il yeni başlasa da, dünyanın müxtəlif arenalarında yarışan idmançılarımız qazandıqları medallarla azarkeşlərimizi, idman həvəskarlarımızı sevindirməkdədirlər. Artıq Olimpiya çempionumuz Elnur Məmmədli özbəkistanda keçirilən ustaların yarışında qızıl medal qazanmaqla London Olimpiadası üçün nə qədər iddialı olduğunu, ikinci olimpiya qızılını ölkəmizə gətirməyə ciddi hazırlaşdığını bütün rəqiblərinə göstərdi. Eyni zamanda, şahmatçılarımız Hollandiyada dünya şahmatının liderləri ilə mübarizə aparırlar. Voleybol komandalarımız-”Rabitə”, “Azərreyl” və “İqtisadçı” isə qitə miqyaslı nüfuzlu turnirlərdə öndə gedirlər. Bu, Azərbaycan idmançılarının yeni başladığımız ilin ilk günlərindən etibarən əldə etdikləri uğurlardır və nəzərə alsaq ki, bu il Olimpiya ilidir, onda bu qələbələrin əhəmiyyəti daha da artmış olur. İdmançılarımızın qazandıqları bu qələbələr, əslində, möhkəm təmələ əsaslanır. Yəni, onların dünyanın idman arenalarında əldə etdikləri bu qələbələrin arxasında güclü Azərbaycan dövləti dayanır.
Sirr deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın aparıcı dövlətlərindən birinə çevirib. Siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə nə qədər güclü beynəlxalq nüfuza malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Təbii ki, Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Bu gün ölkəmiz böyük quruculuq işlərinin həyata keçirildiyi məkana çevrilib. Paytaxtla yanaşı, hər bir bölgədə bu quruculuq işlərini müşahidə etmək mümkündür. Həmin tikinti-quruculuq işlərinin tərkib hissəsi kimi, Azərbaycanda güclü və müasir idman infrastrukturu formalaşdırılıb. 30-dan çox Olimpiya İdman Kompleksinin bölgələrdə inşa edilərək idmançıların ixtiyarına verilməsi dünya miqyasında görünməmiş hadisədir. Məlum olduğu kimi, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmanı inkişaf etdirmək üçün ilk növbədə idman infrastrukturunun yaradılmasının vacib olduğunu vurğulayaraq bu sahəyə xüsusi diqqət ayırdı. Bu siyasətdə xüsusi məqam isə ondan ibarət oldu ki, dövlət başçısı bu inkişafın paytaxtla məhdudlaşmasını istəməyərək onun bütün ölkəyə yayılmasını, idmanın kütləviləşdirilməsini təmin etdi. Nəticədə isə güclü idman bazası həm paytaxtda, həm də bölgələrdə yaradıldı və bu proses davam etməkdədir. Azərbaycan gəncləri müasir Olimpiya İdman komplekslərində idmanla məşğul olaraq sağlam nəsil kimi formalaşırlar. Əldə edilən nəticələr, yaradılan infrastruktur, idmançılarımızın qazandıqları medallar, Bakının dünyanın idman mərkəzlərindən birinə çevrilməsi dövlət siyasətinin nə qədər doğru olduğunu göstərir.
O da məlumdur ki, Prezident İlham Əliyev hər il bir sahəyə daha çox diqqət yönəldilməsini, o sahənin qabarıq şəkildə ön planda olmasını təmin etmək üçün müvafiq sərəncamlar imzalayır. Məsələn, bundan əvvəl dövlət başçısı tərəfindən ölkəmizdə “Gənclər ili”, “Ekologiya ili”, “Turizm ili” elan edilib. Azərbaycan idmançılarının dünya və Avropa miqyasında əldə etdiyi uğurlar, ölkəmizdə yaradılan nəhəng idman infrastrukturu artıq idman ilinin elan olunması vaxtının yetişdiyini göstərirdi. Həm də nəzərə alsaq ki, bu il Olimpiyada ilidir, onda dövlət başçısı tərəfindən 2012-ci ilin “İdman ili” elan olunmasının nə qədər mühüm və vacib qərar olduğunu daha yaxşı dərk etmiş olarıq. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında dövlət başçısı məhz bu məqamı nəzərdə tutaraq “hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm” deyib: “2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcəkdir. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim on olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcəkdir. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı “Kristal” İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilmişdir. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm olimpiya oyunlarına hazırlıq, olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur. Beləliklə, 2012-ci il başlayır. 2012-ci ildə görüləcək işlər çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm”.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxDaxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37

