Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda güclü maliyyə sabitliyi və sosial inkişaf dinamikası mövcuddur

Azərbaycanda güclü maliyyə sabitliyi və sosial inkişaf dinamikası mövcuddur

17.01.2012 [23:48]

Prezident İlham Əliyev: 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir
Prezident İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da artmasına, davamlı inkişafın sürətlənməsinə və xalqın maddi rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. ölkə iqtisadiyyatının modernləşdirilməsi, diversifikasiya siyasətinin dərinləşməsi bütün sahələrdə dinamizmin təmin olunmasına və yeni inkişaf proqramlarının reallaşmasına əlverişli zəmin yaradıb. Bir sözlə, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin sosial-iqtisadi qüdrətini daha da artırmaqda və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməkdədir. 2011-ci il ərzində də makroiqtisadi və sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, aztəminatlı qruplara dövlət qayğısının artırılması, infrastruktur layihələrinin davamlılığı, investisiyaların həcminin çoxalması müşahidə edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, bir çox ölkələrdə iqtisadi böhran meyilləri hələ də müşahidə olunsa da, respublikamızın iqtisadiyyatında dinamik inkişaf davam edib. Dövlət başçısı qeyd edib ki, ötən il ölkəmiz üçün bütün sahələrdə artım meyillərinin əldə edilməsi və yeniliklər baxımından uğurlu olub və Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artıb: “2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Yəni, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir”.
ötən il makroiqtisadi siyasətin əsas istiqamətlərindən biri maliyyə stabilliyini möhkəmləndirmək və bunun fonunda inflyasiya gərginliyini azaltmaqla bağlı olub və bu siyasət öz müsbət nəticəsini verib. Qiymət indeksi birrəqəmli həddə qorunub saxlanılıb və inflyasiya göstəricisi 7,9 faiz təşkil edib. İnflyasiyanın mövcud indeksi ilə nisbətdə əhalinin pul gəlirləri 2 dəfə artıb və 19,6 faizə bərabər olub. Nəticədə pul gəlirlərinin artım dinamikasının 2,4 dəfə çox olması insanların rifah halının yaxşılaşmasına səbəb olub.
Dövlət başçısı ümumi iqtisadi artımın 0,1 faiz təşkil etməsinə baxmayaraq, neftdən kənar sahələrdə dinamikanın yüksəldiyini və artıq ölkə iqtisadiyyatının bazasının daha çox qeyri-neft sektorunun hesabına formalaşdığını diqqətə çatdırıb. Bu sahələr içərisində sənaye və digər qeyri-neft bölmələri daha çox artıma məruz qalıb. Xüsusilə də qeyri-neft sənayesində daha çox canlanma müşahidə olunub. 2011-ci ildə ölkədə qeyri-neft sənayesinin istehsalında artım 11,1 faiz təşkil edib. Bu, artıq ölkəmizdə sənayeləşmə siyasətinin öz mühüm təsirlərini göstərdiyini təsdiq etmiş olur. Prezidentin qeyd etdiyi kimi, bir neçə il bundan əvvəl irəli sürülən sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir. Əvvəlki illərdə təməli qoyulmuş müəssisələrin istifadəyə verilməsi və sənaye istehsalına cəlb olunması yaxın müddətdə qeyri-neft sənayesinin inkişafı üçün daha yeni imkanlar açır.
2011-ci ilin makroiqtisadi göstəriciləri respublikamızda həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların və məqsədyönlü siyasətin uğurlarının davamı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik, mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentlərini təşkil edib. Güclü sabitlik və əlverişli iqtisadi mühit işgüzarlığın yüksəlməsinə və sərmayələrin artımına səbəb olub. Nəticədə, ölkəmiz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olub. ötən il iqtisadiyyata qoyulmuş sərmayələrin həcmi 20 milyard dollara bərabər olub. ümumiyyətlə, böhran dövründə belə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları artmaqda davam edir və son iki ildə bu rəqəm 37 milyard dollara çatıb.
ötən dövr ərzində həyata keçirilən siyasət Azərbaycanın maliyyə imkanlarının daha da yaxşılaşmasına səbəb olub. Kapital resurslarının həcmini artıran Azərbaycan hökuməti valyuta gəlirlərini, ilk növbədə, xalqın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi ilə bağlı davamlı proqramların icrasına yönəldib. Dövlət başçısı bu il respublikamızın maliyyə imkanlarının daha da güclənəcəyinə əminliyini ifadə edib: “İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. İndiki məlumata görə bizim 41 milyard dollar vəsaitimiz vardır. Bu, bizim strateji ehtiyatlarımızdır. Biz bu ehtiyatların idarə edilməsindən gəlir götürürük. Növbəti dövr üçün yeni konsepsiya hazırlanmışdır və biz valyuta ehtiyatlarımızı daha da çoxşaxəli formada idarə etməliyik. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir”.
Respublikamızın maliyyə qüdrətinin artması bütün sahələrə yönəldilən vəsaitlərin həcminin artmasını da stimullaşdırıb. Əldə olunan əlavə maliyyə mənbələri, ilk növbədə, sosial sahələrə, yəni, əhalinin maaş və pensiyalarının, təqaüdlərin, ünvanlı yardımların həcminin artırılmasına yönəldilir. 2012-ci ildə bu siyasət davam etdiriləcək. Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin görüləcəyini bəyan edib: “Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir... Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. Deyə bilərəm ki, MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq əlbəttə ki, bu bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır”.
Bütün bununla yanaşı, “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”nın uğurlu icrası bölgələrin tarazlı inkişafını sürətləndirib, məşğulluğun miqyasını genişləndirib və iş yerlərinin sayının daha da artmasına səbəb olub. 2011-ci ildə 80 mindən çox yeni iş yerləri açılıb və beləliklə, son 8 ildə yeni yaradılan iş yerlərinin sayı 1 milyona yaxınlaşıb.
Paylaş:
Baxılıb: 894 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30