/ / 2011-ci ildə Azərbaycan telekommunikasiya və informasiya texnologiyaları sahəsində böyük uğurlar qazanıb
2011-ci ildə Azərbaycan telekommunikasiya və informasiya texnologiyaları sahəsində böyük uğurlar qazanıb
10.02.2012 [20:53]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici və daxili siyasət Azərbaycanın hərtərəfli inkişafının təməlini qoyub. Bu gün Azərbaycanın dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasında özünəməxsus yeri var. Dünyanı bürüyən qlobal maliyyə böhranının təsirlərinə baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb. Eyni zamanda, iqtisadiyyatın regional və sahəvi inkişafı reallaşır, əhalinin həyat səviyyəsi isə ilbəil yüksəlir.
Bir sözlə, düşünülmüş siyasət və uğurlu sosial-iqtisadi strategiya, həmçinin, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq regionda genişmiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artırıb. Hazırda isə prioritet məsələlərdən biri ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, həmçinin ölkədə biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasıdır. Bu məqsədlə dövlət elm, təhsil və informasiya kommunikasiya texnologiyalarının (İKT) əlaqəli inkişafını diqqət mərkəzində saxlayır, ölkəmizdə elmi-texnoloji tutumlu innovativ layihələrin tətbiqi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər informasiya kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sektor kimi prioritet sahəyə çevrilib və ölkəmizin İKT üzrə göstəriciləri xeyli yüksəlib. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda İKT sektoru həm dünyada yeni texnologiyaların tətbiqinin geniş vüsət aldığı bir şəraitdə, həm də ölkəmizin dinamik sosial-iqtisadi inkişafı fonunda genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verməkdədir. Son 15 ildə sözügedən sahənin inkişafı istiqamətində dövlət tərəfindən ardıcıl addımlar atılıb. Rəsmi məlumatlara görə, Azərbaycanda İKT sektoru təxminən hər üç ildə iki dəfə genişlənir. Təkcə 2004-2010-cu illərdə sahə üzrə gəlirlərin orta illik artım tempi 25-30 faiz təşkil edərək ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlayıb. Bu müddət ərzində informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə, məhsul ixracı isə 5 dəfə artıb və özəl sektorun İKT bazarında payı genişlənərək 80 faizə çatıb.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev İKT sahəsinin Azərbaycanda uğurla inkişaf etdiyini və bu prosesin Azərbaycana əlavə imkanlar verəcəyini vurğulayıb: “Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır. Telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib olan amillər cəmləşir. Bu, innovasiyadır, bilikdir, savaddır. Eyni zamanda, bu, böyük biznes sahəsidir. Yəni, ölkə iqtisadiyyatının inkişafı üçün bizə əlavə gəlirlər gələcəkdir. Bu, elmi-texniki tərəqqini şərtləndirən sahədir. Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada aparıcı sahə olacaqdır və olmalıdır”.
ötən ildə də İKT sahəsinin inkişaf göstəriciləri yüksək olub. Belə ki, 2011-ci ildə sözügedən sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12 faiz artıb. Bu, uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, təkcə 2011-ci ilin yanvar-sentyabr aylarında istehsal olunan informasiya və rabitə xidmətlərinin həcmi 883,1 mln. manat təşkil edib. Bu göstəricinin üDM-da payı 2,55 faizə bərabərdir. 2010-cu ildə isə 41,5747 mlrd. manatlıq üDM hasil olub. İnformasiya və rabitə xidmətlərinin həcmi isə 1,1461 mlrd. manat təşkil edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, ötən il sözügedən sektora təxminən 400 milyon manat həcmində investisiya qoyulub. Həmçinin, hesabat dövründə internet istifadəçilərinin sıxlığı 65, genişzolaqlı üzrə isə 30 faizi ötüb. Hər iki göstəriciyə görə ölkəmiz ümumdünya orta göstəricilərindən iki dəfədən çox irəlidədir. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35 faiz aşağı düşüb. Qeyd edək ki, ölkəmiz “İKT Qiymət Səbəti” göstəricisi üzrə 2009-cu ildə 161 ölkə arasında 99-cu yeri paylaşırdısa, 2010-cu ilin qiymətləndirmələrinə görə, 46 pillə irəliləyərək 165 ölkə arasında 53-cü yerə yüksəlib.
Eyni zamanda, respublika ərazisində biri dövlət, ikisi özəl olmaqla üç şirkət tərəfindən qurulan magistral optik informasiya ötürmə şəbəkələri sayəsində bütün rayon mərkəzləri və kəndlərin təxminən 35 faizi yüksəksürətli vahid şəbəkədə birləşdirilib ki, bu da Mərkəzi və Şərqi Avropa üçün yüksək göstəricidir. ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
ötən il, həmçinin, MDB dövlətləri arasında ilk dəfə olaraq Azərbaycanda sabit telefon şəbəkəsi tam rəqəmləşdirilib və bütün ölkə üzrə beynəlxalq standart nömrələmə sisteminə keçirilib. Mobil şəbəkə genişləndirilib, ölkə ərazisinin 85 faizi rəqəmli televiziya yayımı ilə təmin olunub. Poçt sistemində hesabat dövründə gəlirlər 23 faiz artıb, ancaq 2011-ci ildə də dövlət və əsasən də telekommunikasiya sektorundan ayrılan subsidiyalar hesabına fəaliyyəti təmin olunub.
Bu gün Azərbaycanda informasiya texnologiyaları (İT) sənayesi də inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir və onlar elektron bankçılıq, kommersiyanın yayılması proseslərində aktiv iştirak edirlər. Azərbaycanın informasiya texnologiyaları şirkətləri region bazarlarına çıxış əldə edib və regionda bir çox layihələrdə müvəffəqiyyətlə iştirak edir, region bazarlarına öz məhsullarını ixrac edirlər. Buna baxmayaraq, dünya ölkələrində İKT sektorunun strukturunda İT sahəsi əhəmiyyətli çəkiyə malik olmasına və ölkəmizdə də bu sahə üzrə gəlirlərin həcminin ilbəil artmasına baxmayaraq, bu sahənin İKT sektorunda xüsusi çəkisi 7,7 fazi təşkil edir. Mövcud şərait və dünyada gedən yeni inkişaf meyilləri tələb etdiyi kimi ölkəmizdə bu sahədə kompleks tədbirlərin görülməsi istiqamətində də işlər aparılır. Dünya təcrübəsi və son dövr maliyyə böhranı bir daha göstərdi ki, İKT-nin daha çox tətbiq olunduğu, iqtisadiyyatın diversifikasiyasına və innovasiyayönümlü iqtisadiyyatın yaradılmasına nail olunduğu ölkələrdə böhranın təsiri daha az müşahidə edilir.
Azərbaycanda İKT sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün yerli və regional əhəmiyyətli layihələr də həyata keçirilir. Belə layihələrə Regional İnnovasiya Zonasının yaradılması, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi, “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın (TASİM) yaradılması, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, rəqəmsal yayım sisteminə keçid, həmçinin elektron hökumətin yaradılmasını göstərmək olar.
ölkədə mövcud olan əlverişli investisiya mühiti respublikada Regional İnnovasiya Zonasının (RİZ) yaradılmasına imkan verir və bu sahədə artıq fəaliyyətə start verilib. ölkəmizdə RİZ-in yaradılması layihəsinin əsas üstünlüyü və spesifik xüsusiyyəti bu günədək dünyada mövcud olan bu tip zonaların müsbət və mənfi təcrübələrinin ətraflı öyrənilərək reallaşdırılması praktik baxımdan mümkün olan və eyni zamanda, nəzəri biliklərə əsaslanan Azərbaycan modelinin işlənilməsindən ibarətdir. Güzəştli rejimlərin tətbiq olunacağı RİZ yerli şirkətlərlə yanaşı, xarici şirkətləri də bu sahəyə investisiya qoyuluşuna təşviq edəcək və informasiya texnologiyaları məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artacaq. RİZ çərçivəsində yerli və xaricdən idxal olunan xammal və yarımfabrikatlar əsasında ixracyönümlü məhsullar ixrac ediləcək.
Bu gün xarici şirkətlərin ölkəmizə marağı da böyükdür və bu layihələrin uğurlu perspektivinin təminatçısıdır. Belə ki, bu gün dünyanın ən yüksək reytinqli 20 İKT-şirkətindən 10-u, yəni, Microsoft, Cisco Systems, Hewlett Packard, IBM, Apple Computer, Intel, Oracle, Google, Nokia-Siemens Networks, Ericsson kimi şirkətləri Azərbaycanda fəaliyyət göstərir və müxtəlif layihələrin həyata keçirilməsində aktiv iştirak edirlər.
Respublikamızın regional İKT mərkəzinə çevrilməsində son illər keçirilən Xəzəryanı regionda ən böyük nüfuza malik olan “Bakutel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı böyük rol oynayır. 2011-ci ildə bu sərgidə 30 ölkədən 250 şirkətin iştirakı, o cümlədən, şirkətlərin 60 faizinin xarici ölkələrdən olması və 19 ölkənin milli stendlərlə iştirakı buna parlaq misaldır. Cari ildə isə ümumdünya İnternet İdarəçilik Forumunun (IGF) Bakıda keçirilməsi və Forum çərçivəsində “Bakutel” Beynəlxalq sərgisinin qlobal internet şəbəkəsinin perspektivlərinə həsr edilməsi təklif edilib. Artıq bu barədə BMT rəhbərliyi tərəfindən Azərbaycan hökumətinə müraciət olunub.
Eyni zamanda, “Elektron hökumət” layihəsi çərçivəsində elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılıb və 2011-ci ilin sentyabr ayından dövlət orqanlarına, vətəndaşlara və biznes qurumlarına elektron imza xidmətlərinin göstərilməsinə başlanılıb. Hazırda 15 dövlət orqanı bu sistemə qoşulub və göstəriləcək elektron xidmətlərin sayı 60-a çatdırılıb.
İnformasiya və telekommunikasiya sahələrinin inkişafının hər bir ölkənin gələcəyi üçün vacib olduğunu bildirən dövlət başçısı İKT sektorunun ölkə iqtisadiyyatının inkişafı üçün Azərbaycana əlavə gəlirlər gətirəcəyini bildirib: “Biz gələcəkdə ölkəmizin inkişafı üçün iqtisadiyyatımızın şaxələndirilməsi sayəsində yaradılacaq vəziyyət hesabına bu sahədə də qabaqcıl yerlərdəyik. İndi bölgədə, gələcəkdə isə dünya miqyasında biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq. Mən çox şadam ki, ölkəmizdə keçirilən ənənəvi “Bakutel” sərgisi hər il daha da böyük, mötəbər sərgi kimi özünü təqdim edir, gələn qonaqların sayı artır, şirkətlər maraq göstərirlər. İnvestisiya qoymaq istəyənlər görəndə ki, Azərbaycan dövləti də bu sahəyə böyük diqqət göstərir, kosmik sənaye yaradılır, birinci peyk buraxılır, çox böyük maraqla yanaşırlar. Yenə də qeyd edirəm, bu, birinci peykdir, sonuncu deyildir. Ondan sonra ikincisi, üçüncüsü olacaqdır. Yəni, güclü sənaye yaradılacaqdır. Beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlığımız çox yaxşıdır. Dünyanın aparıcı İKT şirkətləri Azərbaycana çox böyük maraqla və böyük hörmətlə yanaşırlar”.
Məsələyə münasibət bildirən ekspertlər də Azərbaycanda ötən il İKT sektorunda qeydə alınan artımı yüksək qiymətləndiriblər.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev bildirib ki, ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya texnologiyaları sektorunda da öz mühüm təsirini göstərməkdədir: “Yola saldığımız 2011-ci il İKT sektoru üçün çox uğurlu nəticələrlə yadda qalıb. Həyata keçirilmiş investisiya layihələri nəticəsində mühüm uğurlar əldə edilib. Yüksək dinamikaya malik mobil rabitə sahəsində müasir texnologiyaların tətbiqi üçün məqsədyönlü işlər aparılıb”.
R.Əliquliyevin sözlərinə görə, ölkəmizdə informasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla həyata keçirilir: “Bu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu strateji istiqamət Ulu öndərin siyasi kursunun davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq uğurla başa çatdırılan “Elektron Azərbaycan” Dövlət Proqramının birinci mərhələsi çərçivəsində ölkəmizdə İKT sektorunun inkişaf etdirilməsi, informasiya cəmiyyətinin qurulması istiqamətində bir sıra uğurlara nail olunub. Hazırda müvafiq Dövlət Proqramının ikinci mərhələsi üzrə tədbirlər həyata keçirilir. Bu mərhələdə informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron xidmətlərin təşkilinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına dair məsələlərin həlli nəzərdə tutulur”.
Ekspert onu da qeyd edib ki, bu sahənin inkişafı da birbaşa İKT sektorundakı dinamika ilə sıx bağlıdır: “Yəni, informasiya cəmiyyətində dövlət-vətəndaş münasibətləri İKT-nin tətbiqi ilə qurulur. Vətəndaş öz evində internetə daxil olmaqla dövlət hakimiyyəti orqanlarının bütün fəaliyyətini izləyə bilir, o özünə lazım olan informasiyanı alır və baş verən proseslərdən xəbər tutur. Bu yolla vətəndaşın ictimai proseslərdə fərdi iştirakı təmin olunur. Digər tərəfdən, vətəndaş vaxt itkisinin qarşısını alır”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə bildirib ki, İKT müasir dövrdə hərəkət edən, özü ilə bir çox dəyişiklikləri gətirən mühüm qüvvədir: “Bir ölkədə informasiya texnologiyalarının inkişafı, bu sahədə ciddi addımların atılması əlbəttə ki, həmin siyasi obyektin sürətli tərəqqisinə səbəb olur. çünki bir orqanizmə bənzəyən dövlətdə həyata keçirilən bütün əməliyyatlar artıq virtual məkana köçməkdədir. Burada maliyyə, iqtisadi və digər proseslər İT vasitələrilə həyata keçirilməyə başlanır. Beləliklə də, cəmiyyətin real həyatı ilə yanaşı, ikinci, daha sürətlə inkişaf edən və böyük təsirə malik olan virtual həyat formalaşır”.
Azərbaycanda İKT sahəsində böyük uğurların əldə olunduğunu söyləyən Aydın Hüseynov vurğulayıb ki, dövlətimiz bu sahədə region ölkələrini, hətta bir sıra Şərqi Avropa ölkələrini geridə qoyur: “Artıq yaxın zamanlarda Azərbaycanın kosmosda peykinin fəaliyyət göstərəcəyinin şahidi olacağıq. Həmçinin, İKT-nin inkişafı dolayısı ilə vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, institutlaşma prosesinin daha uğurlu getməsinə öz təsirini göstərəcək”.
O, deyib ki, Prezident İlham Əliyevin dəstəyilə bu sahənin sürətlə inkişaf etdirilməsi nəticəsində ölkəmizin gələcək tərəqqisində İKT-nin payı daha çox olacaq.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

