NATO Azərbaycan ilə tərəfdaşlığını yüksək dəyərləndirir
16.02.2012 [00:46]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb. NATO-nun baş katibi dövlətimizin başçısını Alyansın mənzil-qərargahının önündə böyük səmimiyyətlə qarşılayıb. Sonra Prezident İlham Əliyev və Anders Foq Rasmussen Azərbaycanın və NATO-nun bayraqları önündə şəkil çəkdiriblər. Anders Foq Rasmussen dəvəti qəbul edib NATO-nun mənzil-qərargahına gəldiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə təşəkkür edib.
Anders Foq Rasmussen Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərinə görə NATO-nun baş katibinə minnətdarlıq edib.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün bundan sonra da səylərini artıracaq.
Prezident İlham Əliyev Azərbaycanın Avratlantik strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini söyləyib.
Dövlətimizin başçısı Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında etibarlı tərəfdaşlıq əlaqələrinin bundan sonra genişlənəcəyinə əminliyini bildirib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun baş katibi Anders Foq Rasmussen Alyansın Brüsseldəki mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında birgə bəyanatla çıxış ediblər.
Baş katib Anders Foq Rasmussen deyib: “Sizi salamlayıram. Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada, NATO-nun mənzil-qərargahında salamlamaqdan olduqca məmnunam. NATO Azərbaycan ilə tərəfdaşlığını yüksək dəyərləndirir. Biz, Əfqanıstanda Azərbaycanın verdiyi töhfəsinə görə olduqca minnətdarıq. Bizim bir çox siyasi prioritetlərimiz və təhlükəsizlik sahəsində maraqlarımız üst-üstə düşür. Uzun illər ərzində əməkdaşlığımızı və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz Avropa və Avratlantik təhlükəsizliyinə töhfə verir. Əlaqələrimizi eyni qaydada inkişaf etdirmək əzmindəyik. Cənab Prezident, Sizin bugünkü səfəriniz çikaqo sammiti ərəfəsində NATO-nun tərəfdaş ölkələrlə apardığı məsləhətləşmələrə verdiyi əhəmiyyəti nümayiş etdirir. çox yaxşı və məhsuldar görüşümüz baş tutdu. Əməkdaşlığımızı və regional, eləcə də beynəlxalq səviyyədə bizi narahat edən məsələləri müzakirə etdik. Biz, həmçinin gələcəkdə hansı şəkildə birgə işləmək imkanlarını da müzakirə etdik. İşimizi birgə müzakirə etmək məqsədi ilə bir azdan sonra NATO-nun bütün 28 müttəfiq ölkəsi ilə birgə toplantı keçirəcəyik və bizi narahat edən məsələləri dinləyəcəyik. Bu, NATO-nun tərəfdaşları qarşısında götürdüyü öhdəlikdir. Biz bu öhdəliyi çox ciddi qəbul edirik. Xüsusilə də mən, Əfqanıstanda apardığımız əməliyyatları müzakirə etmək istərdim. Azərbaycan həmin əməliyyatlara həm hərbçiləri ilə, həm də hava məkanından istifadə etmək hüququ kimi töhfə verir. Biz bu dəstəyi yüksək dəyərləndiririk. Əməkdaşlığımız digər sahələri də əhatə edir. Dekabrda biz Fərdi Tərəfdaşlığın Əməliyyat Planı üzərində razılığa gəlmişik. Bu yeni plan qarşıdakı 2 ildə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin yaradacaqdır. Bir sözlə, əməkdaşlığımız yaxşıdır və genişlənir. Azərbaycan mühüm regionda əhəmiyyətli tərəfdaşdır və gələcəkdə mən Sizinlə apardığım işin davam etdirilməsini səmimiyyətlə arzulayıram”.
Prezident İlham Əliyev söyləyib: “Cənab baş katib, çox sağ olun. ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə və dəvətə görə minnətdaram. NATO-nun mənzil-qərargahında yenidən olmağıma və ikitərəfli münasibətlərimizə aid olan bir çox mühüm məsələləri müzakirə etməkdən çox şadam. NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət tarixdir. 1990-cı illərin əvvəllərindən Azərbaycan Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan biz nəzərəçarpan irəliləyişi əldə etmişik. Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri vardır. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olmuş və onlar NATO-dakı həmkarlarından bir çox məsələləri öyrənmişlər. Biz Əfqanıstanda ilk vaxtlardan olmuşuq. Cənab baş katibin qeyd etdiyi kimi, biz hava məkanından və ərazimizdən keçmək imkanını yaradırıq. çox şadam ki, Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır. Bu gün biz bu sahədə gələcək əməkdaşlığımızı müzakirə etdik. Əməkdaşlığımızı bu sahədə genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırıq. Eyni zamanda, biz Əfqanıstanda qulluq etmək məqsədi ilə hərbçilərimizi oraya ezam edirik. Bu, Əfqanıstanda beynəlxalq sülh qüvvələrinin apardıqları əməliyyatlar baxımından üzərimizə götürdüyümüz öhdəliyin bir hissəsidir. Bu gün, həmçinin mən cənab baş katibə məlumat verdim ki, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçiririk. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq.
Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə etdik. Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bunun üçün yaxşı hüquqi əsas vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcəkdir.
Bu gün apardığımız müzakirələrin müəyyən hissəsi enerji təhlükəsizliyinə həsr olunmuşdu. Bu, bütün ölkələrin - həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcəkdir. Avropadakı istehlakçılarımız, həmçinin NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir.
Baş katibə etdiyi dəvətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Münasibətlərimizin inkişaf etməsindən və dəyişməsindən məmnunluğumu bildirirəm. ümidvaram ki, əlaqələrimiz uğurla inkişaf edəcəkdir və qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanacaqdır. çox sağ olun”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri dünən başa çatıb.
Brüsselin hava limanında Prezident İlham Əliyevi Belçika Krallığının yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıdıb.
Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qarşılayıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

