Bakı və Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı işlər 2012-ci ildə də davam etdiriləcək
15.02.2012 [23:25]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Dövlət siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişaf tempinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına səbəb olub. Bu da Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin edib. 2011-ci ildə də ölkəmiz sosial-iqtisadi inkişafı yolunda uğurlu addımlar atıb. ötən il respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr uğurla icra edilib, ölkəmizdə bütün investisiya proqramları vaxtında yerinə yetirilib. Respublikamızın sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının uğurlu icrası sayəsində həm də bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb.
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı icra edilir. Digər tərəfdən, Prezident kimi fəaliyyətə başladığı ilk gündən dövlət başçısı Bakı və Bakıətrafı qəsəbələrin, inkişafını da prioritet məsələ kimi önə çıxarıb. Məhz bunun nəticəsidir ki, dövlət başçısı ötən il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirilən şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədən sonra, daha doğrusu, 2011-ci il mayın 4-də “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Proqramda nəzərdə tutulan məqsədlərə elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, yeni iş yerlərinin, müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması daxildir. Bu baxımından, qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilib. Məhz “Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb.
ötən il Prezident İlham Əliyev sözügedən müşavirədə qeyd olunan və Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə yerində tanış olmaq üçün bir sıra kənd və qəsəbələrdə olub, müxtəlif obyektlərin açılışında iştirak edib, yenidənqurma, bərpa prosesi ilə bağlı tövsiyə və göstərişlərini verib. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bir daha xatırladıb ki, bu məsələni diqqət mərkəzində saxlayır və mütəmadi olaraq qəsəbə və kəndlərdə görüşlər keçirərək, aparılan işlərlə maraqlanıb: “Biz proqramı başlayandan sonra mən bir çox qəsəbələrdə şəxsən olmuşam, - ümumiyyətlə mütəmadi qaydada - Bakıətrafı qəsəbələrdə oluram, - vəziyyətlə tanış olmuşam, göstərişlər vermişəm. Bir müddətdən sonra gedib yoxlayacağam ki, işlər necə gedir?! Mən, ümumiyyətlə, hər bölgədə işlərin gedişatını yoxlayıram. Bəzi hallarda bölgələrə hər gün getmək mümkün deyildir, amma burada - Bakıda hər gün getmək olar. Həftədə bir dəfə özüm gedib yoxlayacağam və elə olmalıdır ki, mən razı qalım. Mən deyəndə, xalq razı qalsın. Xalq razı qalarsa, mən də razı qalacağam. Bu məqsədlərə çatmaq üçün vəsait vardır”.
Bundan əlavə, qəsəbələrdə iş yerlərinin açılması üçün müvafiq tapşırıqlar verilib. ümumiyyətlə “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə təkcə ötən il 53 məktəb, 47 uşaq bağçası, 6 səhiyyə obyektinin təmir-tikinti işləri yekunlaşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinə 25 faiz vəsait yönəldilib, 2012-ci ildə isə bu rəqəm 30-40 faiz təşkil edəcək.
Beləliklə, Azərbaycanın hər bir bölgəsində, eləcə də, Bakının Sabunçu, Suraxanı rayonları, Zabrat qəsəbəsi, Xəzər rayonunun Mərdəkan qəsəbəsi və Binəqədi rayonunda görülən işlər Prezident İlham Əliyevin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının əyani təzahürüdür. Keçən müddət ərzində müəyyən işlər görülüb, qəsəbələrdə məktəb, tibb məntəqələrinin tikintisi sürətləndirilib, elektrik enerjisi ilə təchizat, qazlaşdırma prosesləri aparılıb, kanalizasiya sisteminin yenilənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib, yolların təmirinə başlanılıb. Məsələn, Zabrat qəsəbəsinin “Teplitsa” adlanan yaşayış sahəsində 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü döşənib. Dövlət başçısının tapşırıqlarına əsasən qəsəbələrarası yollar boyunca işıqlandırma sistemi qurulub.
Mərdəkanda da qəsəbədaxili yolların əsaslı yenidən qurulması işlərinə başlanılıb. Proqrama əsasən Mərdəkanda yolların 16 min 500 kvadratmetr sahəsinə artıq yeni asfalt döşənib, əlavə olaraq 19 min kvadratmetr əraziyə isə asfalt salınması nəzərdə tutulub. Mərdəkan qəsəbəsində su və qaz xətlərinin yeniləri ilə əvəzlənəcəyi, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, bu qəsəbədə də kanalizasiya sisteminin qurulacağı Dövlət Proqramına salınıb. Qəsəbənin işıqlandırma sistemi də tamamilə yenidən qurulacaq. Mərdəkanda 181 nömrəli orta məktəbin, 91 və 221 nömrəli körpələr evi və uşaq bağçalarının, 26 nömrəli birləşmiş şəhər xəstəxanasının, 2 nömrəli vərəm sanatoriyasının binaları əsaslı şəkildə yenidən qurulacaq və ən müasir tələblərə cavab verən avadanlıq və inventarlarla təchiz ediləcək. Hazırda yeni çəkilən geniş yollar, yol ötürücüləri, körpülər sayəsində Mərdəkana məsafə azalmasa da zaman baxımından daha sürətlə gəlmək mümkündür.
Bakının Binəqədi qəsəbəsində aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq məqsədilə sentyabrın 5-də Binəqədi qəsəbəsində olan dövlət başçısı başqa qəsəbələrdə olduğu kimi, sözügedən qəsəbədə də çox sürətli inkişafın getdiyini və problemlərin çox qısa zamanda həll ediləcəyinə əminliyini ifadə edib. Prezident xüsusilə vurğulayıb ki, Proqram çərçivəsində dəqiq və konkret işlər aparılır, yol və bütün infrastruktur yeniləşdirilir, elektrik və qaz təchizatı yaxşılaşdırılır. Dövlət başçısı deyib ki, Bakı qəsəbələrinin inkişafı Proqramı iki il yarımı əhatə edir.
Məlumat üçün bildirək ki, sözügedən qəsəbədə 16 kilometr, ümumilikdə 80 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib, eləcə də, qəsəbədaxili yolların abadlaşdırılması istiqamətində işlər davam etdirilir. Həmçinin, qəsəbədaxili küçələrin işıqlandırma (100-dən çox xaricdən gətirilmiş yeni işıq dirəkləri quraşdırılıb) sistemi də tamamilə yenidən qurulub. Eyni zamanda, iki birləşmiş korpusdan ibarət olan 2350 şagirdin təhsil aldığı 179 nömrəli məktəbdə müasir standartlara uyğun əsaslı yenidənqurma işləri aparılıb. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan dövlət başçısı həm də, yeni məktəb binasının inşası üçün müvafiq yerin ayrılması barədə göstərişlərini verib. Prezidentin sözlərinə görə, Bakıda və ətraf qəsəbələrdə məktəblərin təmiri də sürətlə gedir və ilin sonuna qədər 50-dən çox məktəb əsaslı təmir olunub istifadəyə veriləcək.
Nazirlər Kabinetinin sözügedən iclasında dövlət başçısı paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd edib: “Keçən il Bakı və Bakı qəsəbələrinin inkişafı proqramı qəbul edilmişdir. Bu proqrama böyük ehtiyac var idi. Vaxtilə - bir neçə il bundan əvvəl buna oxşar proqram qəbul edilmişdir, müəyyən işlər görülmüşdür. Bu dəfə bu proqram daha konkretdir, daha qısamüddətlidir - 2011-2013-cü illər. Nəzərə alsaq ki, biz bu proqramı 2011-ci ilin yarısında başlamışıq, deməli, iki il yarım ərzində qəsəbələrdə bütün məsələlər öz həllini tapmalıdır. Bu, çox böyük vəzifədir. Mən bilirəm ki, çox çətin vəzifədir. Amma hesab edirəm ki, iki il yarım ərzində biz bu məsələləri həll edə bilərik. Əgər belə fikirləşməsəydim, onda deyərdim ki, 2011-2015-ci illər. Yox, edə bilərik. İndi necə işlər başlayıb, mən görürəm ki, biz məqsədlərimizə çatmalıyıq. Qəsəbələrdə bütün infrastruktur yenilənməlidir, yenilənir. İndi elektrik xətləri, qazlaşdırma, kanalizasiya, içməli su, yollar ilə bağlı işlər gedir. Bütün qəsəbələrdə sosial infrastruktur - məktəblər, tibb mərkəzləri, mədəniyyət ocaqları tam şəkildə təmir edilməlidir, yenidən yaradılmalıdır”.
Bütün bunlar isə onu göstərir ki, nəzərdə tutulan bütün məsələlər, bütün proqramlar reallıqda öz həllini tapır. Dövlətin həyata keçirdiyi inkişaf proqramları həm də onu göstərir ki, ölkənin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. 2012-ci ildə də göstərilən istiqamətdə tədbirlər həyata keçiriləcək.
Məsələyə münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib ki, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı, ümumilikdə həmin ərazilərdə aparılan yenidənqurma işləri olduqca effektiv və keyfiyyətli şəkildə həyata keçirilir. Millət vəkili qeyd edib ki, yenilən infrostruktur sayəsində həmin ərazilərin inkişaf tempi paytaxtın inkişaf tempinə adekvatdır: “ötən ilin martında Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunan müşavirədə möhtərəm Prezidentimiz İlham Əliyev həmin ərazilərdə aparılacaq yenidənqurma işlərinin konturlarını qeyd etmişdi. Bildirildiyi kimi, Bakıətrafı qəsəbələrdə olan bir sıra problemlər vardı ki, bu gün onların böyük bir hissəsi öz həllini tapıb. Təbii ki, bütün problemləri eyni anda həll etmək çətindir. Bununla belə möhtərəm Prezidentimiz İlham Əliyev həmin müşavirədə bu ərazilərdə olan yol, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan problemlərin həlli ilə bağlı mühüm addımların atılması istiqamətində öz tapşırıqlarını vermişdi”.
Millət vəkili vurğulayıb ki, 2011-2013-cü illəri əhatə edən və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət Proqramının icrası vətəndaşları narahat edən digər problemlərin də öz həllini tapmasında əhəmiyyətli rol oynayacaq: “Proqramda nəzərdə tutulan məqamlar müşavirədə səsləndirilən problemləri tam şəkildə özündə əks etdirir. Bu mənada dövlətimiz problemlərin tez bir zamanda həlli üçün şərait yaradıb. İnanıram ki, bu proqramın tam icrası nəticəsində ortada olan xırda problemlər də öz həllini tapacaq”.
Millət vəkili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva isə deyib ki, Prezident İlham Əliyevin Bakıətrafı rayon və qəsəbələrin sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırması bu sahədə böyük nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb: “Dövlət başçısının Bakının ətraf rayon və qəsəbələrinin inkişafı ilə bağlı tapşırıq və göstərişləri, həmçinin, həyata keçirilən işlərin daha da gücləndirilməsi üçün verdiyi sərəncamlar, təsdiqlədiyi proqramlar xeyli işlərin görülməsilə nəticələnib. Sosial və iqtisadi infrastrukturun yenidən qurulması və ya bərpası, yeni istehsal sahələrinin açılması, yolların salınması, ətrafın abadlaşdırılması və s. reallaşdırılan işlərin əyani təzahürüdür. Qeyd edim ki, görülən işlərdən Nizami rayonuna da pay düşür. Rayonda həyata keçirilən layihələr, inşa edilən sosial-iqtisadi obyektlər, salınan yollar, abadlaşdırılan küçələr, həyətlər, parklar və s. ümumilikdə inkişafın yüksək templə getdiyini sübut edir”.
“Cənab Prezident İlham Əliyevin dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biri də məhz, Bakı şəhərinin ətraf rayon və qəsəbələrinin sosial-iqtisadi inkişafını təmin etməkdir. Bu istiqamətdə Prezident İlham Əliyev ardıcıl, sistemli və səmərəli siyasət yürüdür”. Bunu isə millət vəkili Ağalar Vəliyev söyləyib. Millət vəkilinin sözlərinə görə, Bakının rayon və qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən işlərin özəlliyi ondan ibarətdir ki, burada birbaşa ictimai təklif və nəzarət mövcuddur: “Buna misal olaraq, Qaradağ rayonunda aparılan işləri göstərə bilərəm. Rayonun bütün qəsəbələrində işlər müəyyən olunmuş plan əsasında həyata keçirilsə də, yerlərdə insanlar tərəfindən də təkliflər verilir və həmin işlərin həyata keçirilməsi də təmin olunur. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev Bakının rayon və qəsəbələrinə şəxsən səfərlər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, onların təkliflərini dinləyir və müvafiq tapşırıqlarını verir. Məhz, bu cür sistemli iş sonda səmərəli nəticələrin əldə olunmasına gətirib çıxarır”.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

