Astanadan dünyaya mesajlar
05.11.2023 [10:43]
TDT-nin vahid müdafiə gücünün formalaşdırılması...
İmkanlar və nümunələr mövcuddur
İlham Əliyev: Ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir
Astanada baş tutmuş Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü bir çox məqamları ilə diqqət çəkdi. Bir neçə gündür ki, dünya mediasının əsas müzakirə mövzusuna çevrilmiş tədbirdə önə çəkilən məsələlər qarşıdakı zaman üçün mühüm əhəmiyyət kəsb edəcək prioritetlər də sayıla bilər. “Türk Əsri” çağırışı altında keçirilən toplantıda irəli sürülən təşəbbüslər olduqca mühüm məqamları əhatə edir - xüsusilə, Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olmasını qeyd etməsi yeni dövr üçün Türk Dövlətləri Təşkilatı üçün mühüm perspektiv yarada bilər.
Əməkdaşlıq artırılmalıdr...
Günümüzün reallığında dünyanı ağuşuna almış kataklizmlər istər bölgəsəl, istərsə də qlobal nəticələrə hesablanan qarşıdurmalardan “bəhrələnir”. Bu mənada, ölkələrin fərdi müdafiə sistemləri ilə yanaşı, kollektiv müdafiə sistemlərinin formalaşmasına ehtiyac yaranır. TDT-nin qarşıdakı dövr ərzində strukturlaşma mexnizmində yeniliklərə əl atacağı da istisna deyil - belə olacağı təqdirdə, yeni dövr üçün TDT özünün müdafiə reaksiyasını daha da gücləndirmək imkanlarına malikdir. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.
Maneə yoxdur...
Bu günün rakursunda TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Hazırda bölgə dövlətlərinin əksəriyyətinin fərqli regional hərbi bloklarda təmsil olunması da buna mane olmaz - bu mənada, TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatının lideri olan ölkə təmsil olunur. Təbii ki, bu da mane olacaq faktor sayılmamalıdır. Xatırlayırıqsa, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı aktiv müzakirələr aparılır və bu, qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini də aktallaşdırmaq imkanındadır. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər.
Aktual nümunə - Şuşa Bəyannaməsi...
Şuşa Bəyannaməsinin yeni dövr üçün Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi əsaslı və arqumentlidir - müqavilə iki dövlət arasında imzalansa da, orada əksini tapan məsələlər vacibliyinə və yeni çağırışlar nöbteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da iştirak etmək qabiliyyətindədir. Sənəddə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub - ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, TDT üzvü olan ölkələr də özlərinin müdafiə imkanlarının inteqrasiyasını məhz bu kriteriyalar üzrə inkişaf etdirə bilərlər. Diqqət yetirsək, bəzi TDT üzvlərinin son dövrlərdə Azərbaycanın və Türkiyənin hərbi imkanlarını və nümunəsini təşviq etmək, bunu öyrənmək üçün Bakıya və Ankaraya nümayəndə heyətləri göndərdiyini görürük. Beləliklə, bu bəyannamənin imkanları TDT üçün də mühüm aktuallıq daşıyır - Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə qeyd edilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Beləliklə, TDT bu yolla yeni imkanlar qazana, eyni hərbi əməkdaşlıqlar formalaşdıra və bölgəsəl təhlükəsizliyin təminatında qarantlar əldə etmiş olar.
Milli müdafiə refleksini gücləndirmək üçün...
Danılmaz faktdır ki, son illərdə Türkiyənin milli müdafiə sənayesi sahəsində inqilabi nailiyyətlər mövcuddur. Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik uçuş aparatları, qırıcılar, helikopterlər və avtomobillər istahsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “Hürjet” isə Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”ları da əvəz edəcək - “KAAN” yerli sursatla təchiz ediləcək. “KAAN”ın texniki xüsusiyytlərinə gəldikdə isə, Türk Təyyarə Sənayesi Şirkətinin (TUSAŞ) yerli və milli imkanlarla inkişaf etdirdiyi milli döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatlarının hava xəbərdarlıqları, nəzarəti kimi funksiyalarını özündə cəmləşdirir. Yeni nəsil silahlarının vasitəsilə havadan havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb.
Eyni zamanda, Azərbaycanın milli müdafiə sənayesi son 20 ildə mühüm uğurları ilə göz oxşayır. Yerli istehsal olan silahlar və sursatlar, döyüş maşınları, zirehli təsisatlar və bu kimi qeyd olunası mühüm məqamlar Azərbaycanın 3 il öncəki qələbəsində əsaslı rol oynadı. Azərbaycanın son 20 ildə apardığı siyasət göz önündədir - hərbi gücünü müasir standartlara inteqrasiya prosesində böyük uğur qazındıq. Yeni döyüş qabiliyyətinə malik bölmələr hazırlandı - bunlarda Türkiyə modelindən, nümunəsindən istifadə olundu. Bütün bunlar ikitərəfli əlaqələrin konselidasiyası sayəsində baş tutdu. İndiki halda Mərkəzi Avropa milli müdafiə sistemlərini, milli müdafiə refleksini artırmaq. İnkişaf etdirmək istəyirsə məhz Azərbaycan - Türkiyə əməkdaşlığını nümunə götürməli, inteqr?siyanın daha da genişlənməsi üçün əlaqələri gücləndirməli və vahid orqanizmə çevrilmə yolunda əsaslı addımlar atmalıdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

