Prezident İlham Əliyev Qusar rayonunda səfərdə olub
17.02.2012 [23:51]
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunub, geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Abidənin yaxınlığında inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəmliyi ilə kompleksin görkəminə xüsusi yaraşıq verir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, Heydər Əliyev Mərkəzinin ikimərtəbəli binasının tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadratmetrdir. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə Ulu öndərin büstü qoyulub. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırıb, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görüb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoyub. Məhz bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artmağa başlayıb, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilib və onları reallaşdırıb. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlu inkişafın təməlində Heydər Əliyevin müdrik siyasi zəkası və uzaqgörənliyi durur. ötən dövrə nəzər saldıqda dahi rəhbərin mədəniyyət, təhsil, səhiyyə, idman, ordu quruculuğu, bir sözlə, bütün sahələrin inkişafındakı tarixi xidmətlərinin şahidi oluruq.
Dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzində internet klub və kafe də fəaliyyət göstərir. Burada 12 kompyuter istifadəçilərin ixtiyarına verilib. Mərkəzdə iclas zalı və elektron kitabxana yaradılıb. Bu kitabxana çoxlu sayda müxtəlif ədəbiyyatlarla zənginləşdirilib. Kitabxanada quraşdırılan 16 kompyuterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür. Mərkəzdə yaradılmış rəsm və xalçaçılıq dərnəkləri gənc nəslin qədim adət-ənənələrimizə bağlılığını artırır, onların rəsm və xalçaçılığın sirlərini öyrənmələrinə yardımçı olur.
Prezident İlham Əliyev mərkəzdəki 118 yerlik kinozal ilə tanış olub.
Sonra dövlətimizin başçısı mərkəzin ikinci mərtəbəsindən ətrafı seyr edib. Azərbaycan Prezidentinə kompleksin ərazisində görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra dövlətimizin başçısı kompleksin ərazisində inşa olunmuş kafedə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kafedə sakinlərin istirahəti üçün hər cür şərait var.
Prezident İlham Əliyev kafenin yay meydançasından Qusar şəhərinin mənzərəsini seyr edib. Dövlətimizin başçısına Qusarda görülmüş işlər, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
Kompleksin ərazisində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Qusara səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verib ki, 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının təməli 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Tikintisi Dövlət Neft Şirkətinin vəsaiti hesabına həyata keçirilən xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunub. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilib.
Qeyd olunub ki, ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Respublikamızda səhiyyə xidmətinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyə müəssisəsi inşa olunub və ya əsaslı təmir edilib. ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.
Xəstəxana binasının foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tibb sahəsinin inkişafına göstərdikləri qayğını əks etdirən fotostendlər yaradılıb. Xəstəxanada şüa-diaqnostika, qəbul, təcili tibbi yardım, poliklinika, doğum, ginekologiya, pediatriya, terapiya, cərrahi-stasionar, anesteziologiya, reanimasiya şöbələri, qadın məsləhətxanası, əməliyyat bloku yaradılıb.
Dövlətimizin başçısı xəstəxananın dördüncü mərtəbəsindəki əməliyyat bloku ilə tanış olub. Məlumat verilib ki, əməliyyat bloku ən son avadanlıqla təchiz olunub. Burada ekspress laboratoriya, reanimasiya zalı, palatalar və intensiv terapiya palataları var. Xəstəxanada quraşdırılan avadanlıq inkişaf etmiş ölkələrdə istehsal olunub. Bu avadanlıq səhiyyə sahəsində müasir tibbi əməliyyatlarda istifadə edilir.
Diqqətə çatdırılıb ki, xəstəxanadakı palatalar ən müasir tələblərə cavab verir. Burada xəstələrin özlərini rahat və təhlükəsiz hiss etmələri üçün geniş imkanlar yaradılıb. Xəstəxanadakı doğum, pediatriya və digər şöbələr də tibb elminin ən son elmi-texniki tələblərinə cavab verən avadanlıqla təmin olunub. Burada onkoloq, nevropatoloq, uroloq, kardioloq və digər həkim otaqları yaradılıb. Xəstəxananın laboratoriyası da yüksək səviyyədə qurulub. Buradakı müasir avadanlıq laboratoriyada biokimyəvi, bakterioloji və ümumi klinik laborator müayinələr aparmaq üçün geniş imkanlar yaradır.
Qusar Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi, ilk növbədə burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar verir. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açıb. Bu sahənin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə müasir texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Qusar Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait bütün bunları bir daha sübut edir.
Səhiyyə ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.
Dünən Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı şahmat mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, şahmat mərkəzində yeniyetmələrin və gənclərin idmanın bu növü ilə məşğul olmaları üçün geniş imkanlar yaradılıb. İkimərtəbəli bina həm də rayonun ümumi görkəminə əlavə çalarlar qatır. Şahmat mərkəzinin ümumi həyətyanı sahəsi 1500 kvadratmetrdir. Binanın ətrafında geniş abadlıq işləri görülüb.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, bina əvvəllər “Nizami” kinoteatrı kimi fəaliyyət göstərib. 2009-cu ildə burada əsaslı təmir və yenidənqurma işləri aparılıb və müasir tələblərə cavab verən şahmat mərkəzi yaradılıb. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend quraşdırılıb. Burada şahmatı ayaqüstü oynamaq üçün iki lövhə quraşdırılıb. Mərkəzdə iki məşğələ otağı və turnir zalı idmançıların ixtiyarına verilib. Turnir zalında həm respublika, həm də beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi üçün geniş imkanlar var. Zalda 40 şahmat stolu qoyulub ki, onlardan 10-u elektron lövhəlidir. Belə lövhəli stollarda keçirilən oyunları internet vasitəsilə izləmək və nəzarət etmək mümkündür.
Mərkəzdə şahmat bölmələri ilə yanaşı, xarici dil və kompyuter kurslarının təşkili də nəzərə alınıb. Buradakı kompyuter otağında idmançılar internet vasitəsilə şahmat oynamaq imkanı əldə edirlər. Otaqda 13 kompyuter quraşdırılıb. Mərkəzdə zəngin kitabxana da yaradılıb. Burada gənclər tanınmış şahmat ustalarının müəllifi olduğu kitablarla tanış olacaq, şahmatın sirlərini daha dərindən öyrənə biləcəklər.
Prezident İlham Əliyev zalda gənc şahmatçıların məşq prosesini izləyib.
Sonra dövlətimizin başçısı mərkəzin foyesində quraşdırılmış monitorlarda 2008-ci və 2011-ci illərdə Qusar rayonuna səfərlərini əks etdirən görüntülərə baxıb.
Şahmat mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını bildirib.
* * *
Dünən Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində yolüstü Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələri ilə görüşüb.
Qəsəbə sakinləri dövlətimizin başçısını səmimiyyətlə qarşılayıblar.
Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident. Qəsəbəmizə hər gəlişiniz bizdə fərəh hissi doğurur. çox sağ olun ki, bizi yaddan çıxarmırsınız. Hər dəfə buradan keçəndə bizimlə görüşürsünüz. Qəsəbəmiz gözəlləşir, daha da gözəl olacaq, yaraşıqlı evlər tikilir. Bir daha “Xoş gəlmisiniz” deyirik.
Prezident İlham ƏLİYEV: çox sağ olun, mən hər dəfə buradan keçəndə sizinlə görüşürəm. Bu dəfə də ənənəni pozmadım. Qəsəbəniz gözəlləşir.
Sakin: Sizin sayənizdə, cənab Prezident. Dünən Belçikada idiniz, bu gün buradasınız. Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Bəli, dünən çox vacib görüşlər oldu. Bu gün buradayam. Bu gün Qusarda yeni xəstəxananın açılışında iştirak etdik. İndi sizin qəsəbənin hər iki tərəfində xəstəxana vardır. Həm Qubada, həm də Qusarda. Buradan Qusara 10-15 dəqiqəlik yoldur. Yeni xəstəxana həm də sizə xidmət göstərəcəkdir. Orada bütün müasir diaqnostika avadanlığı vardır. Sizə də məsləhət görürəm ki, gedib müayinə olunasınız.
Sakin: Quba Mərkəzi Xəstəxanası da yaxşı işləyir, yüksək səviyyədə təmir olunub. Burada da xidmət yaxşıdır.
Prezident İlham ƏLİYEV: Qəsəbədə qazla bağlı vəziyyət necədir?
Sakinlər: Əladır. Hər şey əladır. Suyumuz da var.
Prezident İlham ƏLİYEV: İndi su layihəsi icra edilir, Qusarda da, burada da. Kanalizasiya xətləri də çəkiləcəkdir. Keçən dəfə körpü məsələsi qaldırılmışdı. Göstəriş vermişəm, körpünün tikintisi məsələsi bu ilin investisiya proqramında vardır. İndi Nəqliyyat Nazirliyində onun layihəsi hazırlanır. Bu il tikintisinə başlayacaqlar.
Sakin: çox gözəl olar, qədim körpüdür, Qubanın rəmzidir. Gəlib baxıblar. Dedilər ki, bu körpüdən maşın da işləyəcəkdir.
Prezident İlham ƏLİYEV: Mən tapşırıq verdim elə tiksinlər ki, avtomaşın da işləsin. Bir halda ki, tikilir, elə tiksinlər avtomaşın da keçə bilsin. Daha nə istəyiniz var, mənə deyin.
Sakinlər: Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun. Bu il açılışa gələrsiniz, inşallah. Onda burada deyil, evimizdə görüşərik.
Prezident İlham ƏLİYEV: İndi orada - dağlarda işlər gedir. Tez-tez gəlməli olacağam. Odur ki, tez-tez görüşəcəyik.
Sakinlər: İnşallah! Allahın köməyi ilə. Təki sağlıq olsun. Sizinlə görüşmək çox xoş oldu.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Sonda xatirə şəkili çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

