Mehriban Əliyeva “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciət edib
15.11.2023 [17:17]
Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciəti olub.
AZƏRTAC Birinci xanım Mehriban Əliyevanın müraciətini təqdim edir.
- Hörmətli Əminə xanım,
Hörmətli toplantı iştirakçıları,
İlk növbədə Türkiyə Respublikasının Birinci xanımı, hörmətli Əminə Ərdoğana bu tədbirdə iştirak etmək üçün dəvətinə görə dərin təşəkkürümü bildirirəm.
Hörmətli Əminə xanımın humanitar və sosial sahələrdə fəaliyyətini, o cümlədən hərbi münaqişələrdən əziyyət çəkən mülki şəxslərə, qadınlara və uşaqlara yardım göstərilməsi məsələlərinə verdiyi töhfəni xüsusi qeyd edir və bunu yüksək qiymətləndirirəm.
Bu il yaranmasının 100-cü ildönümünü qeyd edən Türkiyə Respublikası bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlətdir. Qardaş Türkiyə daim sülhün və ədalətin yanında olaraq bölgədə və dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasına önəmli töhfə verir. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi bu gün özünün ən yüksək səviyyəsindədir.
Hörmətli toplantı iştirakçıları,
İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir. Mən həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyirəm.
Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir. Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir.
Son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərmişdir. Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır.
Geniş səlahiyyətlərə malik beynəlxalq təsisatların üzləşdiyi hazırkı böhran vacib məsələlərin həllini əngəlləyir. Dərin kökləri olan bu böhran başqa bir müzakirə mövzusudur. Qeyd etmək istəyirəm ki, müasir dövrdə hərbi münaqişələrin həll olunmaması böyük ölçüdə beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunmasından irəli gəlir. İkili standartlar və qərəzli yanaşma bu böhranın daha da kəskinləşməsinə şərait yaradır.
İctimai rəyin çaşdırılması və beynəlxalq hüququn manipulyasiyası üçün qərəzli media platformaları vasitəsilə yalan hekayələr yayılır. Bundan daha təhlükəlisi isə mənəvi dəyərlərdən manipulyasiya məqsədilə sui-istifadə olunması hallarıdır.
Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü nəticəsində ərazilərimiz işğal olunmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüş, 300-dən artıq şəhər və kəndimiz darmadağın edilmiş, dini və mədəni irsimiz dağıdılmışdır. Vaxtilə işğal edilmiş torpaqlarımızda 67 məsciddən 65-i yerlə-yeksan edilmişdir.
Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını özü işğaldan azad etdi və bu ilin sentyabr ayında antiterror əməliyyatı ilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğuna və separatizmə son qoyaraq suverenliyini tam bərpa etdi.
Çıxışımın sonunda vurğulamaq istərdim ki, ən çətin məqamlarda belə bəşəriyyət mərhəmət hissini itirməməlidir. Buna görə də, hörmətli Əminə xanıma bu vacib tədbiri təşkil etdiyinə və dəvətinə görə bir daha dərin minnətdarlığımı bildirirəm.
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

