Azərbaycanla heç bir ölkə təzyiq dili ilə danışa bilməz!
18.11.2023 [10:10]
Regionda yaratdığımız siyasi-iqtisadi mənzərə Vaşinqtonun “maraqları” ilə uzlaşmır
Azərbaycan müstəqillik əldə etdiyi 30 il ərzində dünyanın siyasi xəritəsində yer alan bütün ölkələrlə, eyni zamanda beynəlxalq təşkilatlarla yaxın və ikitərəfli əlaqələrin qurulmasında maraqlı olub. Təbii ki, burada Ermənistan kimi istisnalar da mövcuddur - Ermənistan kimi işğalı, terrorizmi və təcavüzkarlığı dövlət siyasəti halına gətirən bir ölkənin demokratik dünyanın bir parçası olmağa mənəvi haqqı yoxdur. Təəssüfləndirici haldır ki, qlobal nizamın “ikili standart” şərtləri nəinki təcavüzkarı və işğalçını qınamağa “imkan verir”, əksinə, işğala və təcavüzə məruz qalana qarşı “əlindən gələni” etmək üçün zəmin formalaşdırır. Bu faktı özünü dünyanın “əsas gücü” sayan ABŞ-ın xarici siyasət kursunda aşkar şəkildə görmək mümkündür. Nəinki bu gün, bütövlükdə son 30 ildə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşmasına mane olan, sülhün əldə edilməsi istiqamətində heç bir cəhdi ilə yadda qalmayan, tam əksinə, işğalçı Ermənistanı sanksiya və hədələrlə işğaldan çəkindirmək yerinə stimullaşdıran, fərqli yollarla maliyyələşdirən Vaşinqton özünün qeyri-demokratik ənənələrə söykənən siyasi xəttini davam etdirir.
Onlara Ermənistan kimi “müti ölkə” sərf edir...
Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr bunu bariz şəkildə ortaya qoyur. Birincisi, özünü “dünya qrandı”, “demokratiyanın keşikçisi” adlandıran ABŞ bilməlidir ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Bu mənada Konqresin Nümayəndələr Palatasının bu “ad” altında hansısa bir “dinləmə” keçirməsi kökündən yanlış, siyasi etikadan kənar addımdır. Belə bir coğrafi məkan “səciyyələndirməsi” yoxdur. Bunu Azərbaycan dövləti ən yüksək səviyyədə bütün dünyaya bəyan edib.
Fransa və ABŞ-ın apardığı anti-Azərbaycan siyasətinin də kökündə bir neçə amil dayanır - son 3 ildə əldə olunan nailiyyətlər, zəfərlər Azərbaycanın müstəqil dövlət siyasəti yürütməsinin bariz nəticələridir. ABŞ və Fransa güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmir - onlar Ermənistan kimi müti, qorxaq və “əl-pəncə” əmrə müntəzir dayanan ölkələri “xoşlayırlar”. Bu tip ölkələr üzərindən ABŞ kimi, Fransa kimi dövlətlər öz maraqlarını daha rahat şəkildə təmin etmək imkanı qazanırlar. Amma Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti, Qoşulmama Hərəkatına uğurla sədrlik edən ölkə kimi dünyanın siyasi palitrasında özünəməxsus yerə və nüfuza malikdir. Azərbaycan xarici siyasətinin istiqamətlərini, eləcə də hərbi-strateji hədəflərini özü müəyyənləşdirir. Azərbaycan üçün hər bir dövlətlə əlaqələr milli maraqlara əsaslanır - təbii ki, bu da, ABŞ və Fransa kimi dövlətlərin mənafeyinə uyğun gəlmir.
Bob Menendez fiaskosunun “kompensasiyası”...
Adıçəkilən dinləmələrin keçirilməsi birəmənalı şəkildə ABŞ-dakı erməni lobbisinin “təşəbbüsü” ilə baş tutub. Qeyd edək ki, ABŞ Konqresində erməni maraqlarının ifadəçisi sayılan Bob Menendezin biabırçı və rüsvayedici faktlarla ifşa olunması, korrupsiya bataqlığına düşməsi faktlarının açılması “erməni lobbisi” üçün böyük “qan itkisi” sayılırdı. Onlar “Menendez fiaskosu”nu ört-basdır etmək, hələ də Konqres üzərində “təsir qüvvəsini” itirmədiyini sübuta yetirmək üçün digər “əlaltılarını” hərəkətə gətirib. Tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Tomas Kinin kimliyi, təmsil etdiyi Nyu-Cersi ştatının erməni lobbisinin nəzarətində olması faktı bütün qaranlıqların üzərinə işıq salır. Bu fakt onu göstərir ki, erməni lobbisi Fransada olduğu kimi, ABŞ-da da yrənc oyunlar oynayır - ABŞ dövləti isə onların əlində oyuncağa çevrilib və özünün dövlət maraqlarını bir ovuc erməniyə qurban verir.
ABŞ-ı qıcıqlandıran müstəqil xarici siyasət kursumuz...
Qeyd olunduğu kimi, Azərbaycan özünün xarici siyasət kursunu dövlət maraqları əsasında təşkil və təmin edir. Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Ərazi bütövlüyümüzün, suverenliyimizin təmini məsələsi isə bizim beynəlxalq konvensiyalara əsaslanan hüququmuzdur. Azərbaycan bu addımları atmaqla heç bir beynəlxalq hüquq kodeksini pozmayıb - tam əksinə, ABŞ-ın da təmsil olunduğu BMT TŞ-nın məlum 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. ABŞ anlamalıdır ki, Azərbaycan bu addımı ilə həm də onun dövlət olaraq nüfuzunu qoruyub. Azərbaycan regionun apar?cı iqtisadi-siyasi aktoru kimi ümumən bölgənin inkişafına mühüm töhfələr verir - rəsmi Bakı regionda sülhü və sabitliyi təmin etməklə qlobal əməkdaşlığın inkişafına əsaslı dəstək göstərmiş olur.
ABŞ-ı qıcıqlandıran da Azərbaycanın yürütdüyü müstəqil siyasi kursdur - onlar həzm etmirlər ki, Bakı öz qətiyyəti və gücü ilə regionda yeni siyasi reallıqlar formalaşdırır. Cənubi Qafqazda kataklizmlərin başa çatması, sabitliyin əldə olunması ABŞ-ın və Fransanın maraqlarına uyğun gəlmir - onlar düşünürlər ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi nə qədər uzanarsa, həm Vaşinqtonun, həm də Parisin bölgəyə təsir imkanları qalar. Bu isə antidemokratik, imperialist və kolonialist bir düşüncədir. Azərbaycan isə bu gün dünyada neokolonializmə qarşı mübarizənin önündə gedir. Bu isə o deməkdir ki, ABŞ-ın və Fransanın cənubi Qafqazla bağlı qara planları indidən iflasa məhkumdur...
Azərbaycan olmadan...
ABŞ-da və Qərbi Avropa ölkələrində erməni lobbisinin təsiri altında olan bəzi siyasi dairələrin Azərbaycanın uğurlarına kölgə salmaq cəhdləri “başadüşüləndir”. Ölkəmizin inkişaf və tərəqqi amili üzərindəki yüksəlişi sözügedən dairələrin qaranlıq maraqlarına cavab vermir, ölkəmizi “idarə etmək” niyyətində olan qüvvələrə bu kimi müstəqillik sərf etmir. Əlbəttə ki, bütün bunlar başda ABŞ olmaqla Qərb dünyasının Azərbaycanın hərtərəfli inkişafına, müstəqil siyasət yürütməsinə, Qarabağı azad etməklə regionda yeni siyasi-hərbi situasiya formalaşdırmasına qarşı qısqanc münasibətindən irəli gəlir. Yaranan bu situasiya regionda sülhü zəruri edir - həm Ermənistan, həm də Azərbaycan sülhlə bağlı mühüm danışıqlar prosesi keçib. Artıq demək olar ki, şərtlər belə razılaşdırılıb. Belə bir halda sülhə və sabitliyə mane olmaq üçün yeni siyasi oyunlar tərtib edən ABŞ müxtəlif formalarla, yollarla ölkəmizə təzyiq etmək istəyir. Amma unudurlar ki, Azərbaycanla heç bir ölkə təzyiq dili ilə danışa bilməz. Bizim apardığımız siyasi kurs, yürütdüyümüz siyasi xətt şəffaf və ortadadır - Azərbaycan hər zaman ədalətin və haqqın tərəfdarı olub. Bütün addımlarımızda da haqqa və beynəlxalq hüquqa istinad etmişik. ABŞ anlamalıdır və qəbul etməlidir ki, Azərbaycan regionun əsas siyasi-iqisadi oyunçusudur. Yeni iqtisadi münasibətlər sisteminin ana arteriyası sayılan İpək Yolu xətti birmənalı şəkildə bu və ya digər yollarla da olsa, Azərbaycandan keçir. Başqa sözlə, ABŞ-ın Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
07 Dekabr 11:30

Xəbər lenti
07 Dekabr 11:25

Xəbər lenti
07 Dekabr 11:25

Siyasət
07 Dekabr 11:20

Xəbər lenti
07 Dekabr 11:14

Xəbər lenti
07 Dekabr 11:10

Siyasət
07 Dekabr 11:00

Siyasət
07 Dekabr 10:55

MEDİA
07 Dekabr 10:50

Xəbər lenti
07 Dekabr 10:46

İqtisadiyyat
07 Dekabr 10:45

Siyasət
07 Dekabr 10:40

Xəbər lenti
07 Dekabr 10:35

Siyasət
07 Dekabr 10:30

Xəbər lenti
07 Dekabr 10:23

Xəbər lenti
07 Dekabr 10:20

Siyasət
07 Dekabr 10:10

Siyasət
07 Dekabr 10:00

Xəbər lenti
07 Dekabr 09:32

Xəbər lenti
07 Dekabr 09:16

Xəbər lenti
07 Dekabr 09:15

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:07

Gündəm
07 Dekabr 09:00

Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57

Xəbər lenti
06 Dekabr 11:49

Siyasət
06 Dekabr 11:47

Xəbər lenti
06 Dekabr 11:45

Xəbər lenti
06 Dekabr 11:40

Xəbər lenti
06 Dekabr 11:38

Siyasət
06 Dekabr 11:27
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 11:25

Sosial
06 Dekabr 11:23

Xəbər lenti
06 Dekabr 11:21

Xəbər lenti
06 Dekabr 11:18

Xarici siyasət
06 Dekabr 11:13

Siyasət
06 Dekabr 11:10

Xəbər lenti
06 Dekabr 11:08

Siyasət
06 Dekabr 11:05

İqtisadiyyat
06 Dekabr 11:00

Xəbər lenti
06 Dekabr 10:57

Xəbər lenti
06 Dekabr 10:55

İqtisadiyyat
06 Dekabr 10:52

Gündəm
06 Dekabr 10:45

Xəbər lenti
06 Dekabr 10:44

Xəbər lenti
06 Dekabr 10:42

MEDİA
06 Dekabr 10:42

Gündəm
06 Dekabr 10:40

Xəbər lenti
06 Dekabr 10:35

Xəbər lenti
06 Dekabr 10:33

Siyasət
06 Dekabr 10:30
