Regionların inkişafı ilə bağlı çox uğurlu nəticələr əldə olunub
01.03.2012 [01:25]
Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişikliklərinin yaranmasında, iqtisadi inkişafda yeni dinamizm elementlərinin formalaşmasında, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olunmasında regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti mühüm rol oynayır. Azərbaycanın tarazlı inkişafının təmin olunmasına impuls verən, bölgələrin sosial-iqtisadi həyatında əhəmiyyətli dönüş yaradan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” mükəmməl iqtisadi strategiyanın, makroiqtisadi konsepsiyanın ən bariz nümunəsi kimi diqqəti cəlb edir. Prezident İlham Əliyevin müəllifi olduğu bu dövlət konsepsiyası respublikamızın ötən 8 il ərzində simasının dəyişməsinə səbəb olub, iqtisadiyyatın tam yeni meyarlar üzrə idarə olunmasına imkan verib.
ötən dövr ərzində birinci regional proqramın uğurlu icrası, yeni Dövlət Proqramının icrasının üç ili Azərbaycanın makroiqtisadi və makrososial həyatında tam yeni mənzərə yaradıb, dinamik inkişafı təmin etməklə yanaşı, yeni intibah meyarlarına zəmin formalaşdırıb. 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının 3 illik icrasının nəticələri onu göstərir ki, həqiqətən də, aparılan tədbirlər, həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə gözlənildiyindən də yaxşı başa çatdırılıb. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları beş il əvvəlki simasından fərqləndirir. Məsələ ondadır ki, proqramın icrasına başlanılandan sonra hər il işlərin miqyası böyüyüb və əvvəlki illə nisbətdə daha çox iqtisadi-sosial nailiyyətlərlə yadda qalıb.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu Proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlayıb: “Bir sözlə, keçən dövr haqqında kifayət qədər məlumat vardır və bir də görülən bütün bu işlər göz qabağındadır. 2009-cu ilin əvvəlində Proqramın yeni dövrü başlamışdır. Artıq o proqram Dövlət İnkişaf Proqramı adlandırıldı. Ancaq bu Proqramın əsas istiqaməti yenə bölgələrin inkişafına yönəldilmişdir. Artıq üç ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu Proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik”.
İkinci regional inkişaf proqramı çərçivəsində əhalinin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması sahəsində mühüm irəliləyişlər əldə olunub. Artıq bölgələrdə fəaliyyət göstərən minlərlə müəssisədə çalışan insanların işlə təmin olunmaları regionlarda işsizlik probleminin tam aradan qalxmasına səbəb olmaqdadır. Hazırda regionlarda yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər ən yüksək mərhələyə qədəm qoyub. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. ölkədə 1 milyondan çox iş yerinin yaradılması, iqtisadi fəal əhalinin sayının 4,5 milyon nəfəri ötməsi, yoxsulluğun səviyyəsinin 7,6 faizə qədər aşağı düşməsi, minlərlə yeni müəssisənin yaradılması birbaşa regional inkişaf proqramının icrasının məntiqi nəticəsidir.
ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılıb. ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlayıb və 241 min yeni iş yeri yaradılıb ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enib.
Prezident İlham Əliyev qeyd etdiyimiz konfransda ölkəmizin inkişafı ilə bağlı bir məqama xüsusi diqqət çəkərək vurğulayıb ki, son 8 ildə Azərbaycanda ümumi daxili məhsulun istehsal həcmi 3 dəfə artıb, qarşıdakı ildə üDM-in həcmini 2 dəfə artırmaq qarşıya məqsəd qoyulub. ümumi daxili məhsulun artımının birbaşa qeyri-neft sektoru hesabına təmin edilməsi əsas hədəfdir. Bu, o deməkdir ki, Azərbaycan hökuməti artıq iqtisadiyyatın çoxşaxəliliyini təmin edib və neft-qaz sektorundan deyil, daha çox neftdən kənar sahələrin yüksək inkişafı hesabına gələcək inkişaf dinamikasına nail olmaq niyyətindədir.
Bu, çox mühüm hədəfdir, yəni, ümumi daxili məhsulun 2 dəfə artımına nail olmaqla Azərbaycan milli məhsulun ümumi həcminin 100 milyard dolları ötməsini təmin edə biləcək və beləliklə, 2004-cü ildə təxminən 17-18 milyard dollar təşkil edən üDM qarşıdakı 10 ildə 100 milyard dollardan çox olmaqla 6 dəfədən çox artmış olacaq.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

