Azərbaycanın regionda liderliyi beynəlxalq səviyyədə qəbul edilir
14.03.2012 [00:52]
Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bu vaxtadək böyük inkişaf yolu keçib. Bu dövr ərzində ölkəmiz nəinki, daxili sosial-iqtisadi göstəricilərdə, hüquqi dövlət quruculuğu prosesində, eyni zamanda, xarici əlaqələrində əsaslı irəliləyişlərə nail olub. Respublikamızın müxtəlif dövlətlərlə möhkəm ikitərəfli münasibətləri, habelə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı ölkəmizin iqtisadi gücünü artırmaqla bərabər, siyasi nüfuzuna da önəmli dərəcədə təsir göstərib. Təsadüfi deyil ki, bu gün Azərbaycan həm sosial-iqtisadi göstəricilərinə, həm də bölgədəki fəaliyyətinə görə regionun aparıcı dövləti kimi qəbul edilir.
Elə bu günlərdə ölkəmizdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvilinin səfər zamanı çıxışlarında Azərbaycanın artan iqtisadi gücünü və regiondakı lider dövlət mövqeyini dəfələrlə vurğulaması da bunu bir daha təsdiq edir. Məsələn, martın 6-da sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə birgə mətbuat konfransında çıxış edən Mixeil Saakaşvili dövlət başçımıza müraciətlə Azərbaycanın regional əhəmiyyətini və beynəlxalq səviyyədə uğurlarını bir daha dilə gətirib: “Cənab Prezident, Sizin rəhbərliyinizlə bu gün Azərbaycan nəinki sürətlə inkişaf edən ölkədir, həmçinin, regionun lideridir və həmçinin, qlobal səviyyədə tanınan bir dövlətdir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda öz maraqları əsasında fəaliyyət göstərir. Bu gün Azərbaycan artıq BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür”.
Yeri gəlmişkən, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun ən bariz nümunəsidir. Bu o deməkdir ki, bu gün Azərbaycana beynəlxalq səviyyədə etimad göstərilir. Əvvəlki dövrlərdə ölkəmiz daha çox iqtisadi sahədə etibarlı tərəfdaş imici ilə seçilirdi. Azərbaycanın xarici iqtisadi əlaqələrində ölkənin maraqları ilə əməkdaşlığa meyil göstərən dövlətlərin mənafelərinin uzlaşdırılması, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa söykənən münasibətlərin uğurlu inkişafı respublikamız haqqında belə bir müsbət rəy formalaşdırmışdı. Lakin Azərbaycanın BMT-yə üzv ölkələrin mütləq əksəriyyətinin səsini qazanaraq Təhlükəsizlik Şurasında Şərqi Avropa ölkələrini təmsil etmək hüququnu əldə etməsi ölkəmizə beynəlxalq səviyyədə həm də böyük siyasi etimadın göstərildiyini sübuta yetirdi.
Azərbaycanın dünyadakı mövqeyinə təsir göstərən ən mühüm faktorlardan biri, heç şübhəsiz, ölkənin regional iqtisadi proseslərdə oynadığı rolla bağlıdır. Məlumdur ki, Azərbaycanın iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, TRACECA çərçivəsində görülən işlər nəinki Cənubi Qafqaz regionu, bütövlükdə Avropa məkanı üçün böyük əhəmiyyət daşıyan qlobal layihələrdir.
Məhz bu baxımdan, Gürcüstan dövlət başçısının Azərbaycanı regionun sabitlik amili adlandırması və ölkəmizi nümunə kimi qəbul etməsi heç də təsadüfi deyil: “Bu, əslində regiondakı sabitliyin və inkişafın təməl daşıdır. Bu, məhz Sizin fəaliyyətiniz, Sizin güclü iradəniz, Azərbaycan xalqının iradəsi əsasında baş verir. Siz həm daxildə, həm xaricdə əsl müstəqil ölkəsiniz. Siz regionda bir çox dövlətlər üçün nümunə ola bilərsiniz. Azərbaycan bizim üçün, həmçinin, digərləri üçün yaxşı bir nümunədir”.
Bir sözlə, Azərbaycan həqiqətən də həm regional, həm də qlobal miqyasda bir sıra dövlətlər üçün nümunə rolunu oynaya bilər. Respublikamızın daxili məsələlərdə demokratik inkişaf, dövlət quruculuğu, xarici siyasətdə isə qarşılıqlı hörmət, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, faydalı əməkdaşlıq, beynəlxalq təhlükəsizliyə töhfə sahələrində gördüyü işlər bunun üçün kifayətdir.
Beləliklə, Azərbaycan bu gün həyata keçirdiyi uğurlu daxili və xarici siyasət xətti ilə regionda lider, qlobal miqyasda isə nüfuzu durmadan artan bir dövlətə çevrilib. Diqqətçəkən məqam isə odur ki, bu amil mütəmadi qaydada xarici dövlətlərin rəhbərləri, Avropa təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər tərəfindən qeyd edilir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

