Bütöv Azərbaycanın ilk seçkisi...
08.12.2023 [10:10]
2024-cü ildə prezident seçkiləri keçiriləcək
Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfər, 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı. Bu qələbəyə - ərazi bütövlüyümüzün təmininə, suverenliyimizin bərpasına gedən yol isə hər saatı, hər anı ilə hesablanmış, planlaşdırılmış bir yol olmuşdu. Bu qələbəni təmin edən amillərdən danışarkən bir çox nüanslara toxunmaq olar. Prezident İlham Əliyevin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmək bacarığı, diplomatik müstəvidə əldə olunan mühüm uğurlar, bir zamanlar nəinki haqq səsi eşidilməyən, hətta məruz qaldığı soyqırımlara belə etinasız yanaşılan Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə qazanılan nüfuz, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik əldə edilən qələbələrin əsas şərti kimi çıxış etməkdədir. Bir sözlə, Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük uğur Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, təmkini və böyük siyasi dühası sayəsində əldə olundu.
Prezident İlham Əliyevin xalqı qarşısında ən böyük xidməti...
Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmaq Prezident İlham Əliyevin fəaliyyətində hər zaman ana xətti təşkil edib. Dövlət siyasətimizin bütün konturları üzrə milli maraqları əsas istinad mənbəyi kimi müəyyənləşdirən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan və artıq 3 ildir ki, tarixə qovuşmuş “Qarabağ münaqişəsinin” ədalət və beynəlxalq hüquq normaları çərçivəsində, yəni respublikamızın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması şərti ilə həllini tapması üçün ən real addımları həyata keçirdi. Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq platformalarda, siyasi müstəvidə Azərbaycanın ədalətli mövqeyini Özünəməxsus diplomatik məharətlə əsaslandırır, iqtisadi gücün hərbi gücə transformasiyasını təmin edir, milli vətənpərvərlik ruhunun daha da gücləndirilməsi işinə töhfənin verilməsi yönündə siyasi iradə nümayiş etdirirdi. Nəticə etibarı ilə, addım-addım gedilən Zəfər yolu 2020-ci ilin noyabrında özünün məntiqi nəticəsini ortaya qoydu - 2020-ci il noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasından sonra düşmən müharibəni davam etdirməyin mənasız olduğunu başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bu, Azərbaycan Prezidentinin öz xalqı və dövləti qarşısında ən böyük xidməti kimi tarixə yazıldı.
Tarixi SƏRƏNCAM!!!
Və bütün bunların fonunda ölkəmizin tarixində ilklər yaşanmaqdadır. Xəbər verildiyi kimi, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçiriləcək. Belə ki, dünən Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Prezidentinin Respublika Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi ilə bağlı qərarı öz əksini tapıb. Bundan başqa, Sərəncamda həm də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasının və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi vurğulanıb.
Bəli, Azərbaycan tarixində ilk dəfədir ki, ərazi bütövlüyü tam təmin olunmuş şəkildə seçkilərə start verir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

