Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılışı olub
04.04.2012 [00:45]
Dünən Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Sessiyanı Milli Məclisin sədri Oqtay Əsədov açaraq deyib: “Hörmətli cənab Prezident! Hörmətli sessiya iştirakçıları! Hörmətli qonaqlar, xanımlar və cənablar! Avronest Parlament Assambleyasının ikinci plenar sessiyasında mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sessiyada iştirak edən həmkarlarıma səmərəli və uğurlu iş arzulayıram. Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda ilk sessiyasının Bakıda keçirilməsi parlamentimiz üçün çox tarixi bir hadisədir. İlk dəfədir ki, Azərbaycan Milli Məclisi Avropa Parlamentinin və tərəfdaş dövlətlərin bu qədər nümayəndəsini birlikdə qəbul edir. ümidvaram ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar təşkilatımızın məqsədlərinin həyata keçirilməsinə kömək göstərəcəkdir. Hörmətli həmkarlar, Avronest Parlament Assambleyasının ikinci sessiyasının açılışında Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Əliyev iştirak edir.
çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verilir”.
çıxış edən Prezident İlham Əliyev Avronest PA-nın Avropa İttifaqının hüdudlarından kənarda keçirilməsini böyük cəsarətli qərar kimi xarakterizə edib. “Bu sessiya bizim tərəfdaşlıq ruhumuzu göstərir”, - deyən Prezident İlham Əliyev bildirib ki, tədbir Avropa təsisatları ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcək.
Azərbaycanda müstəqillik illərində qazanılan nailiyyətlərdən, həyata keçirilən islahatlardan danışan Prezident İlham Əliyev əldə olunan hüquq və azadlıqların artıq müasir Azərbaycanın reallıqlarına çevrildiyini deyib.
Azərbaycan Prezidenti son 20 ildə ölkəmizdə dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, xalqımızın güclü iradəsi sayəsində ölkədə iqtisadi, siyasi islahatlar həyata keçirilib, möhkəm iqtisadi zəmin yaradılıb. Son 8 ildə iqtisadiyyat 8 dəfə, ümumi daxili məhsul 300 faiz artıb, yoxsulluğun səviyyəsi azalıb, 1 milyondan çox yeni iş yeri açılıb. Azərbaycan adambaşına düşən xarici sərmayələrə görə hazırda MDB-də ilk yerlərdədir. Bundan əlavə, ölkədə xarici sərmayələr üçün münbit şərait yaradılıb. İndi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir, ölkədə mindən artıq məktəb, çoxlu sayda tibb ocağı, olimpiya idman kompleksləri tikilib.
“Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir və biz bunu edəcəyik”, - deyən Prezident İlham Əliyev buna ölkədə mövcud olan aydın siyasi sistem, güclü iqtisadiyyat, sabit sosial siyasət, əlverişli coğrafi mövqe və digər mühüm amillər sayəsində nail olunacağını diqqətə çatdırıb: “Bizim gələcəklə bağlı planlarımız aparıcı beynəlxalq maliyyə təsisatları tərəfindən dəstəklənir və həyata keçirdiyimiz işlər yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu MDB ölkələri arasında bizim iqtisadiyyata rəqabət qabiliyyətinə görə birinci yeri verir. “Standart&Poors” reytinq agentliyi bu yaxınlarda bizim kredit reytinqimizi daha da yaxşılaşdırmışdır və sizin də bildiyiniz kimi, bu, son vaxtlarda bir o qədər də çox rast gəlinən hal deyildir. İqtisadi sahədə gördüyümüz işlər müvafiq beynəlxalq maliyyə təşkilatları tərəfindən qeyd olunur və dəstəklənir. Buna görə də biz gələcəyimizlə bağlı çox nikbinik. Biz qarşıya qoyduğumuz məqsədləri və onlara necə nail olmağı bilirik. Bizim bunu həyata keçirmək üçün siyasi iradəmiz və maliyyə imkanlarımız vardır.
Biz tam şəkildə bazar iqtisadiyyatına sadiqik. Sovet İttifaqı süqut etdikdən sonra, ümumiyyətlə, bu bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı payı sıfır dərəcəsində idi. İndi isə bu, 83 faiz təşkil edir. Əslində bu, bizim enerji resursları kimi strateji imkanlarımıza əlavə olaraq, geniş özəlləşdirmə siyasətinin həyata keçirilməsində və özəl sektorun yaradılmasında vacib amil oldu. Biz, həmçinin qeyri-enerji sektorunun inkişafını da stimullaşdırdıq. Lakin bazar iqtisadiyyatına güclü şəkildə sadiq olaraq, biz sosial ədaləti də yaddan çıxarmalı deyilik. Bəzi hallarda bazar iqtisadiyyatının prinsipləri məhz hökumətdən, dövlətdən yardım gözləyən təbəqələrə bir çox çətinliklər yaradır. Buna görə sosial məsələlər gündəliyimizdə vacib yer tutur. Biz müxtəlif çoxsaylı sosial proqramları həyata keçirmişik. Əslində yoxsulluq səviyyəsindən aşağı olan vətəndaşların sayı azalır və ildən-ilə bu say daha da aşağı düşür. Azərbaycanda hələ də dövlətin dəstəyinə ehtiyacı olan insanların sayı 7 faizdir. Yarım milyondan artıq vətəndaşımız aylıq əsaslarla maliyyə dəstəyini dövlətimizdən alır. Eyni zamanda, biz olduqca müasir pensiya islahatları həyata keçiririk. Hazırda bu sahədə orta göstərici orta əməkhaqqının 40 faizini təşkil edir. Bu da, zənnimcə, Avropa meyarlarına çox yaxındır”.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin yeganə problemi olduğunu deyib. Bildirilib ki, 300 minə yaxın azərbaycanlı Ermənistandan, 700 mindən artıq azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulub, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. İşğal edilən torpaqlarda hər şey yerlə-yeksan olunub, məscidlər və qəbiristanlıqlar dağıdılıb və bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da əksini tapıb. Ermənilər Xocalıda aralarında qadın və uşaqların da olduğu 613 dinc azərbaycanlını qətlə yetiriblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, BMT-nin qətnamələri yerinə yetirilməli, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi XIX əsrdə başlamışdır. Bu bölgə Azərbaycanın tarixi hissəsidir. “Qarabağ” sözü elə bizim sözdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Tarixi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birgə üzv olmuşdur. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bu isə mövqeyimizi daha da möhkəmləndirir. Tarixi və hüquqi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Beləliklə, biz danışıqların mahiyyətinə gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq olsaq, iyirmi il və bir həftə öncə ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat münaqişənin nizamlanması məqsədilə yaradılmışdır. Əfsuslar olsun ki, iyirmi il ötüb və bu münaqişə həll olunmayıb. Torpaqlarımız hələ də işğal altındadır”.
Dövlətimizin başçısı Azərbaycanda çoxmillətli cəmiyyətin mövcud olduğunu, ölkəmizdə heç vaxt dini və etnik zəmində münaqişənin baş vermədiyini vurğulayıb. ölkəmizin müəllifi olduğu nəhəng enerji və nəqliyyat layihələrindən danışan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan bu gün enerji təhlükəsizliyinin formalaşmasında mühüm tərəfdaş kimi çıxış edir və bu siyasət milli maraqlara uyğun qurulur. “Biz müxtəlif neft-qaz dəhlizləri yaratmaqla Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə birləşdirdik və bu infrastrukturdan qonşuların istifadəsi üçün imkanlar yaratdıq”, - deyən Prezident İlham Əliyev indi Azərbaycanın dünyada mühüm qaz təchizatçısına və Avropa üçün etibarlı tərəfdaşa çevrildiyini qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrildiyini, ölkəmizin dünyada güclü dəstəyinin olduğunu deyib. Əlavə edib ki, bunu Azərbaycanın ötən ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən səsvermədə 155 ölkənin dəstəyini alması təsdiq edir.
Azərbaycan Prezidenti bir daha sessiyanın işinə uğurlar arzulayıb.
Sonra Avropa Parlamentinin sədri Martin Şultsun sessiya iştirakçılarına videomüraciəti nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

