/ / Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının və qorunmasının tərəfdarıdır
Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının və qorunmasının tərəfdarıdır
07.04.2012 [22:36]
AzərTAc-ın xüsusi müxbiri xəbər verdiyi kimi, aprelin 5-də çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausovanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilib.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı bir daha salamlayan çexiya Prezidenti bir il əvvəl Bakıya səfəri zamanı başlanan dialoqu davam etdirmək, beynəlxalq münasibətlərin aktual məsələləri, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın imkan və perspektivləri barədə müzakirələr aparmaq baxımından Azərbaycan dövlətinin başçısının Praqaya səfərinin əhəmiyyətindən danışıb.
çexiya dövlətinin başçısı Vatslav Klaus deyib ki, dövlətlərarası münasibətlərin dərin əsasları var: “İqtisadi əməkdaşlığımız artıq kommunizm dövründə başlamış, çexiya sənayesinin məhsulları Azərbaycan bazarında və Sizin sənaye sahəsində yaxşı tanınır. Buna baxmayaraq, birbaşa münasibətlərimizin inkişaf etdirilməsi yalnız son 20 ildə - Sizin ölkəniz müstəqilliyini bərpa etdikdən sonra mümkün olmuşdur”.
çexiya Prezidenti Azərbaycan dövlətinin başçısının Praqaya dövlət səfərinin iki ölkə arasında qarşılıqlı münasibətlərə əhəmiyyətli təkan verəcəyinə və Azərbaycan nümayəndə heyətinin çexiyadan xoş təəssüratlarla ayrılacağına inamını bildirib.
Prezident Vatslav Klausun çıxışından sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlətimizin başçısı zəngin tarixi və mədəniyyəti ilə seçilən dost çexiyaya səfərindən məmnun qaldığını bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimiz arasındakı əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyev çexiya dövlətinin başçısının ötən ilin mayında Azərbaycana səfəri zamanı aparılan danışıqların münasibətlərin yeni müstəvidə genişlənməsinə verdiyi töhfədən danışaraq deyib ki, əminəm ki, mənim səfərim, əldə olunan razılaşmalar və bu gün mədəniyyət, turizm sahələrində imzalanan sənədlər də əlaqələrimizin inkişafına yeni təkan verəcək.
Dövlət başçısı İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının və qorunmasının tərəfdarıdır: “Ancaq bildiyiniz kimi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı digər yeddi rayon 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu ərazilərdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Azərbaycan dövlətinin başçısı səfər zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və çex xalqına firavanlıq arzulayıb.
Prezident İlham Əliyevin çıxışından sonra çexiyanın dövlət himni səslənib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Praqada çexiya Respublikasının Baş naziri Petr Neças ilə görüşüb. çexiyanın Baş naziri Azərbaycan dövlətinin başçısını qarşılayıb. Sonra Prezident İlham Əliyev və Baş nazir Petr Neças xatirə şəkli çəkdiriblər. Azərbaycan Prezidenti və çexiyanın Baş naziri Praqanın mənzərəsini seyr ediblər. Daha sonra Azərbaycan dövlətinin başçısı çexiyanın Baş nazirinin Fəxri qonaqlar kitabını imzalayıb.
Görüşdə Azərbaycan ilə çexiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığı bildirilib. Azərbaycan Prezidentinin çexiyaya dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin əməkdaşlıq əlaqələrinin strateji səviyyəyə qalxmasına töhfə verəcəyi vurğulanıb.
ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının zəruriliyinin bildirildiyi görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çexiya Respublikasına dövlət səfəri çərçivəsində Praqanın Vitkov Milli Memorialını ziyarət edib.
Praqanın qədim hissəsində yerləşən Vitkov Milli Memorialı 1929-1938-ci illərdə inşa olunmuşdur. Şəhərin ən hündür nöqtəsi olan bu təpədə 1420-ci ildə ağır döyüşdə qalib gələn sərkərdə Yan Jijkanın abidəsi qoyulub.
Azərbaycanın və çexiyanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Sonra Azərbaycan dövlətinin başçısı Vitkov Milli Memorialı Muzeyinin xatirə kitabını imzalayıb.
Muzeylə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, bu memorial çexiyanın qəhrəmanlıq tarixini əks etdirir. ölkə tarixinin ən şanlı hadisələri bu memorialda əks olunub. çex xalqının azadlıq mübarizəsi bu muzeyin ekspozisiyasının əsas hissəsini təşkil edir. Burada azadlıq hərəkatının önündə gedən çex ziyalılarının xatirəsi dərin ehtiramla yad olunur, onların həyat və fəaliyyəti haqqında buraya gələnlərə ətraflı məlumat verilir.
Ekspozisiyaya, həmçinin müxtəlif sənədlər, tarixi anları əks etdirən qiymətli fotolar və digər zəngin eksponatlar daxildir. İldə on minlərlə turist bu muzeyə gəlir və çex xalqının milli mübarizə tarixi haqqında ətraflı məlumat əldə edir.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çexiya Respublikasına dövlət səfəri başa çatıb. Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

