Gənclər siyasəti prioritetdir
25.01.2024 [10:10]
Dövlət gənclərə hərtərəfli qayğı göstərir, onlar isə Vətənimizin adını ucaldırlar
Elbrus CƏFƏRLİ
Azərbaycan gəncliyi müstəqil ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və hərbi həyatında fəal və aparıcı qüvvə kimi son 30 ildə öz gücünü və qüdrətini bütün istiqamətlərdə təsdiqləyib. Gənclər müstəqil Azərbaycanın layiqli və ləyaqətli övladları kimi milli dövlətçilik ruhunda, dövlətimizin memarı Ulu öndər Heydər Əliyevin öyüd və nəsihətləri ilə tərbiyə alıblar.
Ümummilli lider Heydər Əliyev hər zaman gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin formalaşmasını dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi və bildirirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında bildirirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Azərbaycan torpaqları Ermənistanın havadarları tərəfindən işğal ediləndə və 1 milyon soydaşımız doğma yurdlarını tərk edəndə tarixi Qələbəyə imza atmış gənclərimizin əksəriyyəti hələ doğulmamışdı, bir qismi isə hələ uşaq idilər. Onlar uşaqlıq illərinin ilk günlərindən məhz torpaqları düşməndə olan ölkənin azadlıq mücadiləsi ruhunda böyüdülər, milli vətənpərvər gənclər kimi yetişdilər.
1999-cu ildə keçirilən Gənclərin II Forumunda Heydər Əliyev gənclərə müraciət edərək Vətənin müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması üçün tarixi tapşırıq verdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Ulu Öndərin bu nəsihətini Onun siyasi varisi, Prezident İlham Əliyev həyata keçirdi, 2003-cü ildən sonra gənclərə xüsusi diqqət və qayğı göstərən dövlət başçısı Azərbaycan gəncliyi üçün bütün imkanları yaratdı, onların milli və dövlətçilik ruhunda yetişməsində bilavasitə rol oynadı. Hökumət davamlı olaraq gənclərin sosial müdafiəsi, təhsili, idman və sağlamlıq imkanlarının artırılması, məşğulluğu, digər vacib qayğıları ilə bağlı büdcədən ayrılan vəsaitlərin həcmini artırdı. Nəticədə dövlət büdcəsindən gənclər siyasətinə ayrılan vəsaitlərin həcmi 100 dəfə artaraq 2013-cü ildə 25 milyon manata çatdı. Sonrakı illərdə gənclərlə bağlı müxtəlif dövlət proqramları və digər məqsədli layihələrin maliyyələşdirilməsi üçün büdcə vəsaitlərinin həcmi yenidən artırıldı və 2024-cü ilə bu vəsaitlərin həcmi 70 milyon manata çatdırılıb. Bu isə o deməkdir ki, son 20 ildə dövlət gənclər siyasətinə ayrılan vəsaitlərin həcmi 250 dəfədən çox artırılıb.
Gənclər onlara göstərilən hərtərəfli dövlət qayğısını, yüksək etimadı doğrultmaq üçün çalışdıqları sahələrdə və bütün tədbirlərdə, xüsusilə də beynəlxalq tədbirlərdə ən yaxşı nəticələr göstərərək Azərbaycanın adını ucaltdılar.
Azərbaycan gəncləri ən mötəbər beynəlxalq yarışlarda, idman çempionatlarında Azərbaycanın üçrəngli bayrağını ucaltmış, dövlət himnini səsləndirmişdi. Həmin gənclik Şuşada, Xankəndidə Azərbaycan bayrağını ucaltmaq üçün Ali tapşırığı gözlədi. Milli vətənpərvərlik ruhunda tərbiyə almış həmin gənclər Ordu sıralarında əsl peşəkar hərbçi kimi yetişdi, dövlətini və xalqın milli ləyaqətini hər şeydən uca tutdu, 44 günlük Vətən savaşında qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirdilər. Beləliklə, tarixi Zəfərin qazanılmasında əsas missiyanı da məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Bu barədə Ali Baş Komandanın fikirləri olduqca mənalıdır: “Ölkəmizdə siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq”.
Bu gün gənclər Azərbaycanın yeni quruculuq mərhələsinin avanqard qüvvəsi kimi elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq gələcək inkişafın dayanıqlı təməllərini atırlar. Elmtutumlu və rəqabətqabiliyyətli iqtisadiyatın əsas kadr bazası da məhz gənclərdir. Azərbaycan dövləti iqtisadi və maliyyə imkanları artdıqca, gəlirlərin bir hissəsini məhz gənclərin yüksək təhsilinə və savadlı peşəkar kadr kimi yetişmələrinə xərcləyib. Təkcə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin təhsilinə 93 milyon manatdan çox vəsait ayrılıb. Bu missiyanın davamı olan “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gəncin xaricdə təhsilinə geniş imkanlar yaradılıb.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Dövlət Neft Fondundan 20 milyon manatdan çox vəsait yönəldilib. Bundan başqa, digər xərclər də nəzərə alınmaqla Azərbaycan gəncliyinin xaricdə təhsilinin maliyyələşdirilməsinə 150 milyon manatdan çox vəsait yönəldilib. Bu, gələcək inkişafa, elmtutumlu iqtisadiyyatın əsas bazası olan yeni nəsil kadr ordusuna yönəldilən investisiyalardır.
Prezident İlham Əliyevin vurğuladığı kimi “biz bu gün insan kapitalına sərmayə yatırırıq. Təhsilə qoyulan sərmayə bizə iqtisadiyyatımızı bacarıqlı insan kapitalı hesabına inkişaf etdirməyə imkan yaradır. Eyni zamanda İKT-nin inkişafı diqqət mərkəzindədir. Azərbaycanda kosmos sənayesi yaranıb və Azərbaycan kosmik klubun azsaylı üzvlərindəndir. Biz iqtisadi kapitalımızı - intellekt kapitalına çevirək” konseptinin əsas qayəsi də məhz gənc nəslin çiyinləri üzərində dayanır. Azərbaycan dövlətinin bu strateji baxışı və yanaşma modeli öz müsbət nəticələrini göstərməkdədir. Dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil almış gənc, geri döndükdən sonra dövlət idarəetmə sektorlarında, iqtisadiyyatın və digər dövlət sektorlarının bölmələrində təmsil olunublar.
Azərbaycan hökuməti “qara qızıl”ın insan kapitalına və intellektual mülkiyyətə yönəldilməsi strategiyasına sadiq qalaraq gənclərin rəqabət qabiliyyətli rəqəmsal dövlət quruculuğunda əsas güc mənbəyi kimi irəlidə dayanmasına sərmayələrini davam etdirir. Yeni nəsil gənclik dövlətin sükanına sahib olacaq etibarlı və sadiq qüvvədir. Onların orada, hansı vəzifə tutmasından asılı olmayaraq başlıca amalı Azərbaycan dövlətidir, Vətənə sədaqətdir. Çünki onlar 30 il əvvəl bu ruhda tərbiyə ediliblər və bugünkü tərbiyənin də kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.
Beləliklə, Azərbaycanın son 200 illik tarixinin ən şərəfli səhifəsi olan Zəfər tarixini bugünkü gənclər yazdığı kimi, bundan sonrakı suveren və qüdrətli Azərbaycanın işıqlı sabahlarının qarantı da onlardır.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

