Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Biz hər gün qələbə gününü yaxınlaşdırırıq

Biz hər gün qələbə gününü yaxınlaşdırırıq

03.05.2012 [01:06]

Prezident İlham Əliyev: Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər
Cənubi Qafqaz regionunda sülhün bərqərarına mane olan Ermənistan artıq 20 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Beynəlxalq hüquq normalarına zidd addımlar atan, o cümlədən, Azərbaycanın sərhədlərini zorla dəyişdirməyə cəhd edən Ermənistan münaqişənin tənzimlənməsi prosesində hər zaman qeyri-konstruktiv mövqe tutub. Məhz bu səbəbdən də problemin həlli rəsmi Yerevan tərəfindən uzadılır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı istər BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini, istərsə də digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi bəyannamə və qətnamələri yerinə yetirmir. Apardığı işğalçı siyasətlə Cənubi Qafqaz regionunda əbədi sülhün əldə edilməsinə mane olan Ermənistan danışıqlar prosesində dəfələrlə imitativ manevrlər edir, Azərbaycanın nizamlanma prosesindəki birmənalı mövqeyini bilə-bilə provakasion bəyanatlar verir, bununla da sülh danışıqlarını pozmaq üçün cəhdlər göstərir. Təbii ki, həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən ölkəmizdən xeyli zəif olan Ermənistan Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilir.
Amma bu faktdır ki, atdığı addımlarla Ermənistan özü-özünü dalana dirədiyinin fərqindədir. Rəsmi Yerevan dərk edir ki, əgər danışıqlar vasitəsilə münaqişənin həllində nəticə əldə olunmazsa, Azərbaycan öz hərbi gücündən istifadə edəcək və bu da Ermənistan üçün ağır nəticələr vəd edir. Bu gün istər iqtisadi gücünə, istərsə də hərbi gücünə görə Ermənistan Azərbaycandan geri qalır. ölkəmiz isə hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib. Bununla belə, ölkəmiz işğal altında olan ərazilərini azad etmək üçün alternativ vasitələrdən istifadə etmək hüququna malikdir.
Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında Prezident İlham Əliyev bildirib ki, bu ilin birinci rübündə Azərbaycan dövləti çox vacib olan beynəlxalq tədbirlərdə iştirak edib. Dövlət başçısı Koreyada keçirilmiş Nüvə Sammitində iştirakı diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, bizim ədalətli mövqeyimiz bu tədbirdə səsləndi, Azərbaycan dünya birliyinin vacib oyunçusu kimi öz sözünü dedi. Daha sonra Davos Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında iştirakımızı diqqətə çatdıran Prezident İlham Əliyev hər iki tədbirdə ölkəmizin baxışlarını, mövqeyini və siyasi xəttini ifadə etdiyini söyləyib: “Eyni zamanda, Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyası keçirilmişdir. Deyə bilərəm ki, bu sessiya Avropa İttifaqının xaricində ilk dəfədir ki, keçirilir. Təsadüfi deyildir ki, sessiyasının birinci ünvanı Bakı seçilmişdir. Sessiya çox yüksək səviyyədə keçirildi və yenə də bu, bizə imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək Azərbaycanın həm gördüyü işlər, həm mövqeyi haqqında məlumatı verək, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri, azərbaycanlılara qarşı törədilən soyqırımı, erməni faşizmi haqqında mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişdim”.
Həqiqətən də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı hücum diplomatiyası öz bəhrəsini verir. Belə ki, artıq dünya ictimaiyyəti məsələnin sülh yolu ilə tənzimlənməsinin qarşısının məhz Ermənistanın qeyri-konstruktiv mövqeyinin aldığını bilir. Dövlət başçısı çıxışında qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edib: “Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah-sursat alırıq və alacağıq”.
Bu gün istər iqtisadi, istərsə də siyasi çəkisinə görə, Azərbaycandan dəfələrlə geri qalan Ermənistan üçün sülh yolu çıxış yoludur. Azərbaycan dövləti, ordusu hər an öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. İldən-ilə artan dövlət büdcəsi, milli təhlükəsizliyimizin qorunması istiqamətində hərbi xərclərə ayrılan vəsaitlərin həcminin artması bir daha işğalçı Ermənistanın sülhdən başqa çıxış yolunun olmadığını göstərir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan dövləti hər bir yerdə olduğu kimi, hərbi sahədə də şaxələndirilmiş siyasət aparır, bir istehsalçıdan asılı deyil: “Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir”.
Son illərdə ölkəmizdə gedən ordu quruculuğu prosesi mühüm nailiyyətlərlə yadda qalıb. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərdən sayılır. O mənada ki, öz qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə mane olan Ermənistan problemin sülh yolu ilə həllinə imkan vermir. Azərbaycan dövləti isə hər zaman bəyan edib ki, sülh yolu ilə tənzimlənmədiyi təqdirdə problemin həlli üçün fərqli variantlara əl atılacağı istisna olunmur. Bu baxımdan, ölkəmizdə gedən ordu quruculuğu prosesi torpaqlarımızın işğaldan azad olunması üçün hər an başlaya biləcək müharibədə qalibiyyət əldə etmək üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanın artıq güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər: “Ordumuz Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdır. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndində və Şuşada dalğalanacaqdır”.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30