Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Böyük Britaniyanın lordlardan ibarət nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniyanın lordlardan ibarət nümayəndə heyətini qəbul edib

05.06.2012 [23:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Lord Şeyx Mohamed İltaf, Lord Patel Kamleş Kumar, Lord Dük Hugh Con Maksvell, Lord Risbi Riçard Con Grenvilldən ibarət Böyük Britaniya nümayəndə heyətini qəbul edib. ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Lord Şeyx Mohamed İltaf bu əlaqələrin gələcəkdə daha geniş sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib. bp-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətini qeyd edən Lord Şeyx Mohamed İltaf ölkəmizlə mədəni əlaqələrlə yanaşı, biznes sahəsində əməkdaşlığın daha da genişləndirilməsində də maraqlı olduqlarını vurğulayıb.
Dövlətimizin başçısı NATO-nun çikaqo sammitində Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə görüşünü və ikitərəfli əlaqələrimizlə bağlı aparılan müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli münasibətlərinin tarixinin zəngin olduğunu vurğulayan Prezident İlham Əliyev enerji sektorunda, sərmayə qoyuluşu və eləcə də iqtisadiyyatın digər sahələrində əməkdaşlığın önəmini qeyd edib. Bu gün keçirilən 19-cu Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bp-nin Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu, təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurlu əməkdaşlıq etdiyini deyib.
Sonda xatirə şəkli çəkdirilib.
Paylaş:
Baxılıb: 877 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30