Bakıdakı Səadət sarayı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
05.07.2012 [23:54]
Dünən Bakı şəhərindəki Səadət sarayı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.
Bakının memarlıq ansamblında özünəməxsus yeri olan Səadət sarayının binası məşhur azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən XX əsrin əvvəllərində tikdirilib. Həyat yoldaşı Liza xanım Tuqanova ilə birgə tez-tez Avropa səyahətinə çıxan və belə səfərlərdən birində xanımının Venesiyada bir saraya heyranlığını görən M.Muxtarov bu binanın bənzərini Bakıda tikdirmək qərarına gəlir. Bakının memarlıq incilərindən biri olan bu bina polyak mənşəli arxitektor İosif Ploşkonun layihəsi əsasında, “Qasımov qardaşları” şirkəti tərəfindən tikilib.
Bina fransız qotik üslubunda inşa edilib, interyeri klassik, qotik və rokoko ənənəsində işlənib. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə ölkə əhəmiyyətli tarixi və memarlıq abidəsi kimi qeydə alınıb. Səadət sarayı uzun illər Bakıda nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi şöhrət qazanıb.
Prezident İlham Əliyevin Bakıda tarixi memarlıq abidələrinin qorunması, paytaxtın simasının müasirləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində 2007-ci ildə Səadət sarayında da təmir-bərpa və yenidənqurma işlərinə başlanıb. Burada yenidənqurma işləri 2010-cu ildə yüksək sürətlə aparılıb.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına və xanımına binada həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, binada ümumi bərpa işləri və interyerin yenidən qurulması fransalı, italiyalı və yerli mütəxəssislər tərəfindən hazırlanmış layihə əsasında həyata keçirilib. Yenidənqurma işləri zamanı binanın interyerində 12 min 500-dən artıq bəzək elementi bərpa olunub. Döşəmə, divarlar mozaik mərmər və parketlə üzlənib, məhəccərlər şəbəkə metaldan hazırlanıb.
Fasaddakı qırılmış bəzək elementləri və lövhələr yeniləri ilə əvəz olunub, çatlar bərpa edilib, binanın tikintisində istifadə olunmuş vulkan tipli üzlük daşlarının eynisi tapılaraq dəyişdirilib. Bünövrə yeni dəmir-beton lövhələrlə möhkəmləndirilib və binanın qrunt sularından müdafiəsi təmin edilib. Səadət sarayının 9 bal gücündə zəlzələyə davamlı hala gətirilməsi üçün binanın konstruksiyası, yükdaşıyan divarları, arakəsmələri xüsusi “Histeretik dempfer” sistemi ilə möhkəmləndirilib. Bu cür yenidənqurma işləri dünyanın bir çox yerlərində - Berlin Tarixi Muzeyi, London Britaniya Muzeyi və digər tarixi əhəmiyyət kəsb edən abidələrdə də həyata keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva neft milyonçusu Murtuza Muxtarovun həyat və fəaliyyətinin əks olunduğu fotoşəkillərə baxıblar. Bu fotolar arasında 20-ci əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən Bakı elitasının nümayəndələrinin də şəkilləri var. Həmin fotolar o dövrün ziyalı qadınlarının, Şərqdə ilk dəfə Azərbaycanda açılan qızlar məktəbinin, qadın məclisinin üzvlərinin fəaliyyəti barədə geniş məlumat verir. Bina ilə tanışlıq zamanı o da qeyd olunub ki, interyerdə aparılan təmir-bərpa işləri xüsusi zövq və dizaynla, ən əsası isə tarixi görkəm saxlanılmaqla həyata keçirilib.
Təmir-bərpa işlərindən sonra bina təyinatına görə yenidən planlaşdırılıb və iki hissəyə ayrılıb. Birinci hissə işgüzar görüşlərin və rəsmi qəbulların keçirilməsi, ikinci hissə isə nikah mərasimlərinin təşkili üçün nəzərdə tutulub. Binada geniş hollarla yanaşı, üstü açıq terras da yaradılıb. İnteryeri klassik üslubda işlənən təntənəli mərasim, rokoko üslublu VİP qəbul, rəqs və gözləmə zalları, qəbul zamanı elektron və texniki xidmətin təmin edilməsi üçün otaqlar da Səadət sarayının funksionallığını artıran yeniliklər sırasındadır. Bununla yanaşı, interyeri qotik və rokoko üslublarında işlənən rəsmi görüş otağı, rəsmi danışıqların aparılması üçün geniş zallar və digər yardımçı otaqlar da qonaqların zövqünü oxşayacaq.
Beləliklə, yüksək zövqlə və bütün parametrlər nəzərə alınaraq görülən əsaslı yenidənqurma işləri nəticəsində Bakının daha bir memarlıq abidəsinə yeni həyat verilib, Səadət sarayının əvvəlki şöhrəti qaytarılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

