Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / İsmayıllıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO

İsmayıllıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO

18.09.2024 [12:02]

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Yeniazerbaycan.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İsmayıllı şəhərində yerləşən “Sandal” ayaqqabı təmiri və tikiş sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

  • obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
  • ərazidə yanğına qarşı ara məsafəsi gözlənilməyib və yanar tullantılardan təmizlənməyib;
  • obyektin yanar konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;
  • obyekt yanğın təhlükəsizliyi orqanının çağırış telefon nömrələrini bildirən göstərici lövhələrlə təmin edilməyib və siqaret çəkilməsi üçün xüsusi yer ayrılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş İsmayıllı şəhərində yerləşən “Sandal” ayaqqabı təmiri və tikiş sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Paylaş:
Baxılıb: 988 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30