Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

10.12.2025 [12:37]

Dekabrın 9-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 267, o cümlədən borclu şəxs qismində axtarışda olan 235, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 3 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər də saxlanılıb.

Paylaş:
Baxılıb: 990 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30