Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Lökbatanda yaşayış binasında baş verən yanğın söndürülüb

Lökbatanda yaşayış binasında baş verən yanğın söndürülüb

22.01.2026 [14:49]

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğının genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzilin mətbəx mebelinin 3 poqonometr hissəsi, soyuducu və paltaryuyan maşın qismən yanıb.

Mənzil yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30