Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Abşeron və Gəncədə mağazaları talayan dəstənin üzvləri saxlanılıb

Abşeron və Gəncədə mağazaları talayan dəstənin üzvləri saxlanılıb

24.01.2026 [16:31]

Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan A. Qurbanov, Ü. Şərifov və S. Kərimov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.

Faktlar üzrə araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30