Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Yük avtomobili yoldan çıxaraq aşıb

Yük avtomobili yoldan çıxaraq aşıb

27.02.2026 [12:22]

Dünən saat 16 radələrində Bakı-Qazax avtomobil yolunun 243-cü kilometrliyində Heydər Mirzəyevin idarə etdiyi yük avtomobili əvvəlcə yol çiynində quraşdırılmış dəmir səddə çırpılıb, sonra yoldan çıxaraq aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

BDYPİ xüsusilə yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları iş və istirahət rejiminə əməl etməyə, səhhətində problem olduğu, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə çağırıb: “Unutmayaq, yolda məsuliyyət təkcə özümüzün deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün vacib şərtdir”,-deyə məlumatda qeyd olunub.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30