Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

21.03.2026 [11:52]

Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın aldığı xəsarətlərdən ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Paylaş:
Baxılıb: 322 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30