Azərbaycan Avropa Olimpiya Oyunlarının hazırlığına başlayıb
15.12.2012 [01:42]
Bu mötəbər idman tədbirini ən yüksək səviyyədə reallaşdırmaq üçün bütün işlər müasir standartlara uyğun həyata keçirilir
Məlum olduğu kimi, 2015-ci ildə ölkəmiz Avropanın ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Qitənin tarixində ilk dəfə baş tutacaq Olimpiya Oyunlarına ev sahibi kimi Bakının seçilməsi ölkəmizin artan nüfuzunun, əldə etdiyi uğurların məntiqi nəticəsidir. Azərbaycan maliyyə-iqtisadi gücü ilə qitə miqyaslı yarışı yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Son vaxtlar Bakıda həyata keçirilən nəhəng infrastruktur layihələri paytaxtımızı qitənin ən müasir və gözəl şəhərlərindən birinə çevirib. Müasir şəhər infrastrukturuna malik olan paytaxt Bakı istənilən miqyaslı yarışı qəbul etmək iqtidarındadır. Bura həm idman infrastrukturu, həm də yol-nəqliyyat, hotel infrastrukturu daxildir. Hazırda Bakıda bir sıra müasir idman qurğularının inşası davam etdirilir ki, həmin arenalar da 2015-ci ilin yay ayında keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər istifadəyə veriləcək. Hələlik dəqiqləşməyən məsələ “Olimpiya şəhərciyi” və ya “Olimpiya kəndi” ilə bağlıdır. Azərbaycan iddia etdiyi Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi təqdirdə müasir “Olimpiya şəhərciyi”nin salınması ilə bağlı dəqiq plana sahibdir. Bu plan Beynəlxalq Olimpiya Komitəsində keçirilən təqdimat mərasimində də təqdim edilib. İlkin olaraq həmin şəhərciyin dəniz sahilində yerləşən və köçürülməsi nəzərdə tutulan zavodların yerində salınması planlaşdırılıb. Amma Avropa Olimpiya Oyunlarına iki il vaxt qalıb və həmin vaxta qədər yeni şəhərciyin salınması vaxt etibarilə oyunlara qədər tamamlanmaya bilər. Lakin Azərbaycanın alternativ variantları da artıq hazırdır. Bu məkanlardan biri də “Koroğlu” metrostansiyasının yaxınlığında inşa edilmiş şəhərcikdir. Bəzi mütəxəssislər buradakı binalardan Avropa Olimpiya Oyunları vaxtı şəhərcik kimi istifadə edilməsinin mümkünlüyünü bildirirlər. Dünən yolumuzu həmin ərazidən saldıq.
Metronun yaxınlığında inşa edilmiş və müasir görünüşə malik olan hündürmərtəbəli binaların yaratdığı ansambl buranın “Olimpiya şəhərciyi” üçün ideal yer olduğunu göstərir. Bir-birinin ardınca sıralanan müasir çoxmərtəbəli binaların əksəriyyətinin inşası, demək olar ki, başa çatıb. Binaların zahiri görünüşü tam hazırdır, sadəcə daxilində müəyyən kosmetik işlər aparmaqla binalardan Avropa Olimpiya Oyunları üçün isifadə etmək, həmin binalarda oyunlarda iştirak etmək üçün gələn idmançıları, nümayəndə heyətlərini yerləşdirmək mümkündür. Binaların həyətləri də təmirlidir. Orada olarkən müşahidə etdik ki, “şəhərcik” adlandırılan həmin ərazidə bir neçə yeni bina da tikilir. Hələlik həmin binalarda yaşayış yoxdur, hərçənd binaların birinin həyətində uşaqların əylənməsi üçün nəzərdə tutulan müxtəlif yelləncəklər də quraşdırılıb. Ətrafda söhbətləşdiymiz şəxslər də binaların tikintisinin başa çatdığını, amma yaşayış olmadığını bildirdilər. Bura “Olimpiya şəhərciyi” üçün demək olar ki, idealdır. Metronun 15-20 metrliyində, nəqliyyatın gur işlədiyi yerdə yerləşməsi buranı çox əlverişli edir. Digər tərəfdən, Beynəlxalq Olimpiya Komitəsinin kriteriyalarına görə, idmançıların qaldığı yer yarışların keçirildiyi arenalara yaxın olmalıdır. İdmançıların bir məkanda və arenalara yaxın yerlərdə qalması həm vaxt, həm də təhlükəsizliyin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin ərazinin hava limanına yaxın olması çox böyük üstünlükdür. Həmin yerin ideal “Olimpiya şəhərciyi” kimi seçilməsinin ən mühüm səbəblərindən biri də Avropa Olimpiya Oyunlarının açılışının keçiriləcəyi 65 minlik Olimpiya stadionunun lap yaxınlıqda, təxminən 5 dəqiqəlik məsafədə yerləşməsidir.
Prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin iştirakı ilə təməli qoyulan arenanın tikinti meydançasını da ziyarət etdik. Qızğın işin getdiyi və beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Öyrəndik ki, burada jurnalistlərin işləməsi üçün nəzərdə tutulan bina 2 min kvadratmetrlik ərazini əhatə edəcək. Stadionun ətrafında ümumi sahəsi 13847 kvadratmetr olacaq hovuz yaradılacaq, 81574 kvadratmetrlik yaşıllıq sahəsi salınacaq. Ümumilikdə, 18 girişi olacaq stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək 7 dayanacaq fəaliyyət göstərəcək.
Stadionun ətrafı və tribunaların üstü hava şəraitindən asılı olaraq özünütənzimləmə xüsusiyyətinə malik membran örtüklə bağlanacaq. “Olimpiya şəhərciyi” ilə açılışın keçiriləcəyi stadion arasındakı qısa məsafə həmin ərazi üçün çox böyük üstünlük deməkdir. Oranın başqa bir üstünlüyü isə şəhərcik olması nəzərdə tutulan binalarla üzbəüz Gimnastika Mərkəzinin inşa edilməsidir. Belə ki, yolun bir tərəfində Gimnastika Mərkəzi inşa edilir, üzbəüzdə isə şəhərcik kimi istifadəsi planlaşdırılan binalar yerləşir. Yeri gəlmişkən, ərazidə olduğumuz zaman kompleksdə qızğın işlərin getdiyinin şahidi olduq. 6-8 min tamaşaçı tutumuna malik olacaq arena əsasən müsabiqə səviyyəsində ritmik və bədii gimnastikaya ev sahibliyi etmək üçün layihələşdirilir. Arena xüsusi olaraq, müxtəlif funksiyaları icra etmək və ya tələb olunduğu təqdirdə idman tədbirləri keçirmək məqsədilə əsas arenaya uyğunlaşdırılmaq üçün layihələşdirilib. Arena beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri üçün də nəzərdə tutulur. Burada yardımçı otaqlar, təlim zalları, auditoriyalar, yeməkxanalar, idman zalları inşa olunacaq. Arenanın imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə, onlardan yuxarıda isə VIP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin, arena meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq. Gimnastika Mərkəzi beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək. Arenanın 300-dən çox maşının saxlanması üçün yeraltı avtomobil dayanacağı da olacaq. Bu arena da Olimpiya stadionu kimi 2015-ci ildə istifadəyə veriləcək. Bu işlər onu göstərir ki, Azərbaycan nəinki Avropanın Olimpiya Oyunlarını, o cümlədən, planetin bir nömrəli idman yarışı olan Yay Olimpiya Oyunlarını da ən yüksək səviyyədə keçirə bilər. Avropa Olimpiya Oyunları bu yolda ilk böyük sınaq olacaq.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51

