Naxçıvan şəhərində yeni idman qurğuları istifadəyə verilib
07.12.2024 [23:38]
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərində 8 yerdə açıq hava idman qurğuları quraşdırılır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, artıq quraşdırma işi tamamlanan 5 idman meydançası əhalinin istifadəsinə verilib. Bu münasibətlə dekabrın 7-si təqdimat tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Dövlət Proqramı çərçivəsində həyata keçirilən sosial layihənin əhəmiyyəti barədə danışıb, qurğuların quraşdırılması ilə bağlı məlumatları diqqətə çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müxtəlif sahələrdə xidmət keyfiyyətinin artırılması, vətəndaş məmnunluğuna xidmət edən digər məsələlərin həlli prioritetdir. Naxçıvan şəhərində açıq hava idman qurğularının istifadəyə verilməsini bədən tərbiyəsi və idmanın inkişafı, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi və şəhər infrastrukturunun zənginləşməsinə töhfə kimi dəyərləndirən Məcid Seyidov sakinləri təbrik edib, sözügedən idman meydançalarının ümumi məqsədlər baxımından faydalı olacağına inamını ifadə edib. Göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, yeni idman meydançaları Heydər Əliyev prospekti, Əliabad qəsəbəsi, Əziz Əliyev küçəsi (2 yer) və Əlincə məhəlləsində yerləşir. Şəhərin daha 3 ərazisində quraşdırma işləri yekun mərhələdədir və qarşıdakı günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. Hər birinin sahəsi 76 kvadratmetr olan idman meydançalarında 12 dəst müxtəlif funksiyalı açıq hava tipli idman aləti, ətrafında oturacaqlar və zibil qutuları var. Müxtəlif yaş qruplarına uyğun dizayn edilən alətlər fiziki hazırlığı artırmaq, əzələləri möhkəmləndirmək və müxtəlif məşq proqramlarının icrası üçün əlverişlidir.
Xəbər lenti
Hamısına baxİdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39

