Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları müəyyənləşib

03.02.2025 [11:27]

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları məlum olub.

AZƏRTAC xəbər verir ki, 1/16 finalın hər iki görüşündə Paşam Əlizadəni məğlub edən Eltac Səfərli adını növbəti mərhələyə yazdırıb. Kənan Qarayevi üstələyən (1,5-0,5) Vüqar Əsədli 1/8 finalda mübarizəni davam etdirmək imkanı qazanıb.

Hər iki partiyada Ümid Aslanova qalib gələn Məhəmməd Muradlı, eyni zamanda Xəzər Babazadəni məğlub edən Fərid Abbasov növbəti mərhələyə vəsiqə əldə edib.

1/16 finalda Murad İbrahimlidən güclü olan Əhməd Əhmədzadə, həmçinin iki oyunun nəticəsinə görə Vüqar Manafovu üstələyən Misrətdin İskəndərov mərhələ adlayıb. Read Səmədov-Şiroğlan Talıbov duelində birinci qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Nicat Məmmədov-Süleyman Süleymanlı, Azər Mirzəyev-Vüqar Rəsulov və Namiq Quliyev-Rəhim Qasımov partiyalarında bərabərlik qeydə alındığından qalib tay-brekdə müəyyənləşəcək.

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30