Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Cud Bellinqem hakimi təhqir etdiyinə görə iki oyunluq cəzalanıb

Cud Bellinqem hakimi təhqir etdiyinə görə iki oyunluq cəzalanıb

19.02.2025 [23:17]

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Cud Bellinqem iki oyunluq cəzalanıb.

AZƏRTAC AS nəşrinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə oyunda (1:1) hakimin ünvanına qeyri-etik ifadələr səsləndirdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsi ingiltərəli oyunçunun hakim Munuera Monteroya qarşı işlətdiyi sözləri təhqiredici hesab edib. Buna görə də futbolçu ölkə çempionatında fevralın 23-də "Jirona"ya, martın 2-də isə "Betis"ə qarşı keçiriləcək matçları buraxacaq. Qadağa İspaniya Kral Kubokunun yarımfinalında "Real Sosyedad"la fevralın 26-da təşkil olunacaq ilk matça şamil edilməyəcək.

Madrid təmsilçisi RFEF-in qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. Bellinqem görüşdən sonra referini təhqir etmədiyini bildirib.

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30