Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bundesliqa: “Borussiya Dormund” və “Bayer Leverkuzen” səfərdə qələbə qazanıb

Bundesliqa: “Borussiya Dormund” və “Bayer Leverkuzen” səfərdə qələbə qazanıb

06.04.2025 [12:45]

Bundeslianın 28-ci turunun ikinci oyun günündə çempionatda ikinci yerdə qərarlaşan “Bayer Leverkuzen” səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüşdə leverkuzenlilər minimal hesabla qalib gəliblər. “Borussiya Dortmund” da səfərdə qələbə qazanıb. Dortmund təmsilçisi “Frayburq”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Leyptsiq” - “Hoffenhaym” - 3:1

“Maynts” - “Holştayn Kiel” - 1:1

“Boxum” - “Ştutqart” - 0:4

“Verder Bremen” - “Ayntraxt Frankfurt” - 2:0.

Xatırladaq ki, “Bavariya” səfərdə “Auqsburq”u 3:1 hesabı ilə məğlub edib.

Tura aprelin 6-da oynanılacaq “St Pauli” - “Borussiya Münxenqladbax” və “Union Berlin” - “Volfsburq” görüşləri ilə yekun vurulacaq.

Bundesliqaya 68 xalla “Bavariya” liderlik edir. Münxenliləri 62 xalla “Bayer Leverkuzen” izləyir.

Paylaş:
Baxılıb: 219 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30