Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəlib

Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəlib

18.04.2025 [10:31]

Qadın voleybolçuların Yüksək Liqasında finalçılar bəlli olub.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal oyunları çərçivəsində “Milli Aviasiya Akademiyası” “Azərreyl”lə, “Abşeron” isə “Gəncə” ilə qarşılaşıb. Günün ilk oyununda “Azerreyl” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər.

Gərgin keçən bu matçda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.

Cütün ilk qarşılaşmasında “dəmiryolçular” eyni hesabla qalib gəldiyindən ümumi nəticə bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Azərreyl” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda oyuna çıxacaq.

Ardınca meydana “Gəncə” və “Abşeron” çıxıb. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn “Abşeron” bu dəfə rəqibini 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanan ikinci komanda olub.

Beləliklə, qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə”, finalda isə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30