Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

23.04.2025 [22:34]

Futbol üzrə Azərbaycan Kubokunda finala yüksələn ilk komanda bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”la qarşılaşıb. İlk görüşdə Naxçıvan klubu 1:0 hesabı ilə qalib gəlsə də, bu üstünlüyünü ikinci oyunda qoruya bilməyib. Rəqibini 3 cavabsız qolla məğlub edən Ağdam klubu adını finala yazdırıb.

"Köhlən atlar"ın heyətində qolları Yassin Benzia, Nəriman Axundzadə və Toral Bayramov vurublar.

Yarımfinalın digər oyununda isə “Sabah” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.

Komandalar arasında birinci duel “tələbələr”in qələbəsi ilə yekunlaşıb – 2:1.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30