Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İran Futbol Federasiyası FIFA-ya rəsmi şikayət ünvanlayıb

İran Futbol Federasiyası FIFA-ya rəsmi şikayət ünvanlayıb

19.06.2026 [19:13]

İran Futbol Federasiyası dünya çempionatı zamanı tətbiq olunan səyahət məhdudiyyətləri ilə bağlı FIFA-ya rəsmi şikayət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, mövcud qaydalara əsasən, İran millisinə ABŞ ərazisinə oyundan yalnız bir gün əvvəl daxil olmağa və qarşılaşma başa çatan gün ölkəni tərk etməyə icazə verilir.

Federasiya bu məhdudiyyətlərin iştirakçı komandalar üçün bərabər şərait prinsipinə zidd olduğunu və komandanın hazırlıq prosesinə mənfi təsir göstərdiyini bildirib. İran tərəfi oyunlardan 48 saat əvvəl ev sahibi şəhərlərə gəlmək üçün etdiyi müraciətlərin bir neçə dəfə rədd edildiyini də açıqlayıb.

Hazırda İran millisi bazasını Meksikanın Tixuana şəhərində qurub. ABŞ Daxili Təhlükəsizlik Departamentinin nümayəndəsi isə komandanın bu şərtlərlə əvvəlcədən razılaşdığını bəyan edib.

Qeyd edək ki, İran yığmasını qrup mərhələsində ABŞ-də Belçika və Misir millilərinə qarşı daha iki oyun gözləyir.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30