Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Mbappe iki dünya çempionatında ən çox qol vuran futbolçu olub

Mbappe iki dünya çempionatında ən çox qol vuran futbolçu olub

20.07.2026 [08:45]

Fransa millisinin hücumçusu Kilian Mbappe iki dünya çempionatında bombardir olan ilk futbolçu kimi tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı forvard 2022 və 2026-cı il dünya çempionatlarında müvafiq olaraq 8 və 10 qol vuraraq hər iki turnirdə ən məhsuldar oyunçu olub.

Mbappe 2024-cü ildən İspaniyanın “Real Madrid” klubunda çıxış edir. O, 2024/2025 mövsümündə komandanın heyətində İspaniya Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Fransalı futbolçu 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal əldə edib. O, dünya çempionatları tarixində 22 qolla ən çox fərqlənən futbolçudur.

2026-cı il FIFA Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilib. İlk dəfə 48 komandanın iştirak etdiyi turnirin qalibi İspaniya olub, Fransa millisi isə dördüncü yeri tutub.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31