YAP Saatlı rayon təşkilatı Qarabağa səfər təşkil edib
20.07.2026 [12:17]
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı tərəfindən Qarabağ iqtisadi rayonuna maarifləndirici səfər təşkil olunub.
Səfərdə YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və müavinləri, gənc partiya üzvləri və fəalları iştirak ediblər.
Səfərin ilk ünvanı Ağdam şəhəri olub. İştirakçılar işğaldan azad olunmuş şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri, yeni yaşayış məhəllələri və abadlıq tədbirləri ilə yaxından tanış olublar. Bildirilib ki, Ağdamın yenidən qurulması dövlətimizin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin uğurlu nəticəsidir.
Daha sonra iştirakçılar Əsgəran qalasını ziyarət ediblər. Onlara XVIII əsr Azərbaycan memarlığının nadir nümunələrindən olan qalanın tarixi, memarlıq xüsusiyyətləri və Qarabağ xanlığının müdafiəsində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Əsgəran qalası xalqımızın zəngin tarixi-mədəni irsinin və dövlətçilik ənənələrinin mühüm rəmzlərindən biridir.
Səfər çərçivəsində Xocalı şəhəri də ziyarət olunub. Burada iştirakçılar şəhərdə aparılan bərpa və yenidənqurma işləri, yaradılan yeni infrastruktur və həyata keçirilən layihələr barədə məlumatlandırılıblar.
Daha sonra Xankəndi şəhərinə səfər edən iştirakçılar burada həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yenilənən şəhər infrastrukturu və formalaşdırılan müasir yaşayış mühiti ilə yaxından tanış olublar. Bildirilib ki, həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi inkişafına və dayanıqlı gələcəyinin təmin olunmasına mühüm töhfə verir.
Səfərin son ünvanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri olub. İştirakçılar şəhərin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olaraq Yuxarı Gövhər Ağa məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və digər tarixi məkanları ziyarət ediblər. Onlara Şuşada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin tarixi simasının qorunaraq bərpası istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Səfərin sonunda vurğulanıb ki, belə maarifləndirici səfərlər işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini yaxından izləmək, tarixi-mədəni irsimizi daha dərindən öyrənmək, milli həmrəyliyin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

