“Bakı-2015”-in məşəl estafeti qədim Beyləqanda
13.05.2015 [10:26]
Azərbaycan Prezidenti İlham Əliyevin birinci Avropa Oyunlarının Bakıdakı Atəşgah məbədində alovlandırdığı məşəl respublikamızın bölgələrini dolaşaraq mayın 9-da qədim Beyləqan şəhərinə gətirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin qərb girişində məşəlin təntənəli qarşılanma mərasimi olub. Minlərlə beyləqanlının alqış sədaları altında Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Əli Sarıyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürüb. On məşəlçi 3,1 kilometr məsafədə yürüşə başlayıb. Onlar şəhərin mərkəzi küçələrindən və Heydər Əliyev prospektindən keçərək Ulu öndərin adını daşıyan parka gəliblər. “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin sərbəst güləş üzrə məşqçi müəllimi Nofəl Hüseynov məşəli burada qurulmuş səhnəyə qaldıraraq kasanı və çırağı alovlandırıb. Birinci Avropa Oyunlarının sonuna qədər şəhərdə yanacaq çırağı isə 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə Kazımlı rayon ictimaiyyətinə təqdim edib.
Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Məşəl Heydər Əliyev Parkına gətirilərkən tədbir iştirakçıları daha bir əlamətdar hadisənin - yeni ailə quran iki gəncin nikah mərasiminin də şahidi olublar. Rayonun Birinci Aşıqlı kənd sakinləri Qadir Paşayevlə Əsmayə Paşayevanın nikahı məhz bu unudulmaz gündə rəsmiləşdirilib.
Estafet iştirakçılarını böyük coşqu ilə qarşılayan rayon sakinləri arasında gənclər üstünlük təşkil edib. Əlinəzərli kəndindən gəlmiş Zaur Quliyev sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Biz beyləqanlı gənclər birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən və məşəl estafetinin bu gün doğma rayonumuzda alovlandırılmasından sonsuz fərəh və qürur hissi keçiririk. Bu tarixi hadisə Azərbaycanı dünyada müasir, demokratik, tolerant, sülhsevər, daim inkişaf edən, qüdrətlənən bir dövlət kimi bir daha tanıdacaq. Buna görə rayon gəncləri adından Prezident İlham Əliyevə və ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Lamiyə Əliyeva isə deyib: “Bu günlər respublikamızın əhalisi böyük fərəh içərisindədir. Azərbaycanı bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli indi bizim rayonumuzda alovlanmağa başladı. Bu möhtəşəm mərasimi izləmək üçün minlərlə beyləqanlı küçələrə axışıb. Gördüyünüz kimi, uşaqdan ahıla kimi hamı bayram əhval-ruhiyyəsindədir. Respublikamızın gündən-günə çiçəklənməsinə və bugünkü unudulmaz günə görə ölkəmizin hər bir vətəndaşı kimi azərbaycanlı olmağımla fəxr edirəm”.
Tarixi hadisəni sevincini yaşayan rayon sakini Tofiq Sadıqov fikirlərini belə ifadə edib: “Azərbaycan birinci Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. Biz bu gün ölkənin digər bölgələrində olduğu kimi, Beyləqanda da məşəlin necə coşqu və fəxarətlə qarşılandığını gördük. Bütün bu alqışlar xalqımızın Avropa Oyunlarına verdiyi yüksək dəyərin və keçirdiyi sevinc hissinin göstəricisidir. İnanıram ki, bütün dünyanın diqqət mərkəzində olan bu möhtəşəm idman bayramı yüksək səviyyədə keçəcək. Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

