Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Rəşad Hüseynov: “Bakı-2015” birinci Avropa Oyunları həm unikal, həm də tarixi hadisədir

Rəşad Hüseynov: “Bakı-2015” birinci Avropa Oyunları həm unikal, həm də tarixi hadisədir

02.06.2015 [16:36]

“Bakı-2015” birinci Avropa Oyunları həm unikal, həm də tarixi hadisədir”. Bunu qəzetimizə açıqlamasında karate üzrə 4 qat Avropa, 6 qat Dünya çempionu Rəşad Hüseynov deyib. Onun sözlərinə görə, dünya səviyyəsində hər hansı bir sahədə ilkə imza atmaq çox şərəfli işdir: “Bilirsiniz ki, ölkəmiz yenidən daha bir möhtəşəm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Hər yerdə bayram ab-havası yaşanır. Sevindirici haldır ki, bu möhtəşəm tədbirə indi böyükdən-kiçiyə hər kəs öz töhfəsini verməyə çalışır. Bu, çox qürurverici bir məqamdır. Bu, həm də vətəndaşlarımızın ilk Avropa Oyunlarına verdiyi böyük önəmin nəticəsidir. Onlar yaxşı anlayırlar ki, bu Oyunlar bizə ölkəmizi tanıtmaq, eyni zamanda, təbliğ etmək baxımından mühüm fayda verəcək”.
Rəşad Hüseynov, həmçinin, ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmizi gözü götürməyənlərə qarşı tutarlı cavab olacağını da bildirib: “Azərbaycanın imza atdığı uğurlara qısqanclıqla yanaşan qara qüvvələr daim mövcud olub. Təəssüflər olsun ki, onlar bu gün yenidən fəaliyyətə keçərək, tezliklə ölkəmizdə baş tutacaq böyük idman təntənəsinə qarşı müxtəlif qarayaxma kampaniyalarına başlayıblar. Amma onların bu hərəkətləri heç bir nəticə verməyəcək. Əksinə, düşünürəm ki, biz ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə bu yarışların əleyhdarlarına tutarlı cavab vermiş olacağıq”.
Vüsalə

Paylaş:
Baxılıb: 820 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30