/ / Birinci kanal: Birinci Avropa Oyunlarının iştirakçıları Bakının küçələrində gəzişməyə tələsirlər
Birinci kanal: Birinci Avropa Oyunlarının iştirakçıları Bakının küçələrində gəzişməyə tələsirlər
24.06.2015 [09:35]
“Yarışlar arasındakı müddətdə və ya ondan sonra birinci Avropa Oyunlarının iştirakçıları Bakının küçələrindən keçərək görməli yerləri gəzməyə və milli mətbəx nümunələrindən dadmağa tələsirlər”, - bu fikirlər Rusiya televiziyasının Birinci kanalının reportajında səsləndirilirb.
Bu gün doğum gününü və Oyunlarda qazandığı qələbəni bayram edən Rusiya gimnastı Nikita İqnatyev deyib: “İstər komanda yarışlarında, istərsə də şəxsi birinciliklərdə rəqabət çox yüksəkdir, uşaqlar çox ciddidirlər, Avropa çempionatında olduğu kimi, ən güclülər toplaşıblar”.
Rusiya idmançıları İçərişəhərdə gəzirlər. “Bakının əsas rəmzlərindən biri olan Qız qalası Oyunlara uyğun bəzədilib. Əlbəttə ki, orijinalı yox. Müxtəlif ölkələrin rəssamlarından xahiş olunub ki, maketləri milli üsluba uyğun olaraq bəzəsinlər. Maketlər abidənin qarşısında yerləşdirilib ki, yarışların qonaqları şəhərlə tanış olarkən burada onların yolunun necə gözlənildiyini əyani görə bilsinlər”, - deyə reportajın müəllifi Munisa Usmanova qeyd edib.
Fransadan gələn çimərlik voleybolçuları Maksim və Romeyn İçərişəhərdə Əli Şəmsi ilə görüşüblər. Onlardan Romeyn di Ciantommasonun fikrincə, Azərbaycanda insanlar heyrətamiz dərəcədə səmimi və qonaqpərvərdirlər. “Doğrudur, onlar maşın sürmək qaydalarını pozurlar, lakin bu, tamam başqa məsələdir”, - deyə idmançı əlavə edir.
Gimnastlar Marqarita Mamun və Yana Kudryavtseva isə əmindirlər ki, bədii gimnastika üçün təkcə texnika azdır, bunun üçün sevgi və ilham lazımdır. Onlar elə bu sevgi və ilhamın dalınca da qədim “Atəşgah” məbədinə gəliblər. “Biz bura gəlmək istəyirdik. Çünki bilirdik ki, ilk Avropa Oyunları üçün müqəddəs alov buradan götürülüb”, - deyə Marqarita Mamun izah edir. “Ümid edirik ki, daha yaxşı, emosional çıxış etməyə güc toplayacağıq”, - deyə Yana Kudryavtseva əminliklə qeyd edir.
“Alova saatlarla baxmaq olardı, lakin isti hava və yarış qrafiki burada çox dayanmağa imkan vermir. Odun sehrimi kömək etdi, bu məlum deyil, lakin Yana və Marqarita bədii gimnastika üzrə Avropa Oyunlarının bütün qızıl medallarını topladılar”, - deyə birinci kanalın müxbiri reportajın sonunda bildirir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49

